2011-2015-ci illər ərzində sığorta haqlarının yüksəliş dinamikasının çox olması öz növbəsində sığortaçıların sığorta portfeli üzrə risklərinin də həcmini sürətlə artırmışdır. Bu cür yüksəliş tempi sığorta sektorunda maliyyə sabitliyinin təmin olunması üçün adekvat tədbirlərin görülməsi gərəkli olmuş, maliyyə sabitliyinin təmin olunmasının əsas elementlərinin tələb olunan kapitalın minimum məbləğinin, sığortaçıların və təkrarsığortaçıların investisiya siyasətinin və sığorta ehtiyatlarının formalaşdırılmasının anlatılan artış dinamikasına uyğun tərzdə tənzimlənməsi üçün müvafiq tədbirlər keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli ,Q-09 nömrəli Qərarı ilə fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin göztərilən qaydada artırılması müəyyən olunmuşdur:
Cədvəl 8.
Biznes fəaliyyətində gözlənilən mənfəətin azaldılması nədənləri sadalanan qrup risklərlə şərtləşir:
təbii fəlakət, qəza və digər analoji hadisələr olarkən istehsal prosesinin pozulması ilə bağlı risklər;
bazar konyunkturunun dəyişilməsi, malgöndərənlər, və ya məhsul və xidmətlərin istehlakçıları tərəfindən müqavilənin yerinə yetirilməməsi riskləri;
hər hansı istehsal növünün pul vəsaitləri və digər resurslarla investisiyalaşdırılması ilə bağlı risklər;
yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı risklər (innovasiya riskləri).
Bu qrup risklər biznes fəaliyyətinin sığortalanması sferasını təşkil edir.
Biznes risklərinin sığortalanması dedikdə - fəaliyyətin dayanması ucbatından, və ya sığorta halının baş verməsilə yaranmış əmlak ziyanı sonucunda dəyən zərərdən sığorta müdafiəsini nəzərdə tutan əmlak sığortasının növü anlaşılır.
Nəzəriyyədə biznesin sadalananlar əsas tipləri vardır:
əsas istehsal (əmtəənin hazırlanması, işin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, onların reallaşdırılması);
köməkçi istehsal (injinirinq, məsləhətçi xidmət, nou-xau, elmi-tədqiqat və təcrübi-konstruktor işləri, audit və s.);
innovasiya (elmi-texniki yeniliklərin tətbiqi üçün işlənməsi və əmtəə istehsalçılarına ötürülməsi);
ticarət-vasitəçilik (ticarət, birja, broker, agent fəaliyyəti, komisyon ticarət);
maliyyə-kredit (bankların, investisiya fondları və şirkətlərin, sığorta təşkilatlarının fəaliyyəti);
sosial sferada xidmətlərin göstərilməsi (tibb, təhsil, idman, turizm, istirahət, mədəniyyət).
Biznes fəaliyyətinin sığortalanması növləri sığorta predmetlərinin adlarına, yaxud sığorta hadisələrinin nəticələrinə əsasən uyğun gəlir. Onları biznes fəaliyyətinin mərhələlərinə uyğun olaraq şərti bölmək olar.
Birinci mərhələ kapitalın investisiyalaşdırılması ilə əlaqədardır, əsas fondlara və dövriyyə vasitələrinə, elmi-texniki məhsula, həmçinin, qiymətli kağızlara yönəldilə bilər. Qoyulan kapitalın sığorta təminatı investisiyanın və maliyyə təminatının sığortalanmasının köməyilə həyata keçirilir. İkinci mərhələdə sahibkarın sığorta müdafiəsinin dövretməsi təbii fəlakətdən, qəzadan və üçüncü şəxsin qeyri-qanuni hərəkətlərindən ziyanın kompensasiyasına təminat verən əmlak sığortasının müxtəlif növləri tərəfindən təmin edilə bilər. Dövretmənin üçüncü mərhələsində ödənişlərin, ixrac kreditlərinin sığortalanması baş verir.
Biznes fəaliyyətində sığortası həyata keçirilən risklər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:
nəticənin xarakterindən asılı olaraq xalis, ehtikar (spekulyativ). Xalis risklər, dedikdə ziyanın mümkünlüyü, yaxud situasiyanın ziyansızlığı başa düşülür. Xalis risklərin xüsusiyyəti odur ki, onlar həmişə praktiki sahibkar üçün, bütövlükdə cəmiyyət üçün itki əmələ gətirir. Spekulyativ risklər sahibkar üçün ya itki, ya da mənfəət gətirir;
yaranma sferasına görə - xarici və daxili. Xarici risklər sahibkarın fəaliyyətilə bilavasitə əlaqədar deyil və onun nəzarətindən kənarda yerləşir. Daxili risklər sahibkarın fəaliyyətilə bilavasitə əlaqədardır və onun nəzarəti altında olur; sövdələşmə üzrə ödənilməməsi riski kreditin qaytarılmaması riski, keyfiyyətsiz əmtəənin alınması riski;
müddətinə görə - qısamüddətli və daimi. Qısamüddətli risklər qısa zaman kəsiyində yarana bilər. Məsələn, yüklərin daşınması və əmtəənin saxlanılması zamanı. Daimi risklər bəzi vəziyyətlərlə əlaqədar daim iştirak edirlər (məsələn, müəssisənin coğrafi vəziyyəti, yaxud iqtisadiyyatın konkret sahəsinin xüsusiyyəti);
baş verməsi təbiətindən asılı olaraq sahibkar öz fəaliyyəti prosesində siyasi, texniki, istehsal, kommersiya, maliyyə və s. kimi risklərlə üzləşə bilər;
risk dərəcəsinə görə, hansı ki, itki halının baş verməsi ehtimalı ilə və mümkün ziyanın riyazi gözlənilməsi ilə xarakterizə olunur. Riskin səviyyəsi gözlənilən itki miqyasının sahibkarın əmlakının həcminə olan nisbətdən, həmçinin həmin itkinin baş verməsi ehtimalından asılıdır. Səviyyəsindən asılı olaraq risk ola bilər: itki təkcə gözlənilən mənfəətdən deyil, həm də zərərin yaranmasından mümkün olanda kritik; əgər kapitalın, əmlakın itkisi mümkündürsə, bəzən isə sahibkar müflisləşərsə, onda katostrofik.
riskin obyektinə görə sahibkarın əsas fondlarına təhlükə yaradan sahibkarlıq riskini və qeyri-material aktivlərə təhlükə yaradan riski ayırmaq olar. Birinci növə təbii, katostrofik və siyasi və delikt risklər aid edilir. İkinci növə maliyyə vəsaitlərinə təhlükə yaradan siyasi və bazar risklərinin müəyyən hissəsini aid etmək olar.
Qeyri-material aktivlərə təhlükə yaradan risklərə sahibkar tərəfindən reputasiyanın itirlməsi riskini (qudvil)aid etmək olar.
Azərbaycanda biznes risklərinin sığortalanması zəif inkişaf etmişdir ki, bu da sığorta bazarının kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. Biznes risklərinin sığortalanmasının zəif inkişafının əsas səbəblərindən biri sığorta şirkətlərinə sahibkarların inanmaması faktıdır və bu növ sığorta haqqında zəruri informasiyaların yetərsizliyidir.
İstehsalda fasilədən zərərin sığortalanması sahibkarlıq risklərinin sığortalanmasının mühüm hissəsidir. Praktikada onun tətbiqi biznesin növündən bilavasitə asılıdır. Aydındır ki, istehsal prosesinin fasiləsizliyi, əmtəənin reallaşdırılması, işin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi kommersiya fəaliyyətinin uğurla inkişaf etdirilməsinin başlıca şərtlərindən biridir. İstənilən müəssisə istehsalın boş dayanması nəticəsində əmələ gəlmiş zərərdən sığortalana bilər. Boşdayanma müxtəlif səbəblərdən: yanğın, avadanlığın sındırılması, təbii fəlakət, kommersiya amilləri və başqa ekstremal situasiyalar nəticəsində baş verə bilər. Buna əsaslanaraq müəyyənləşdirmək olar ki, istehsalda fasilələrdən sığortalanma sığorta müqaviləsində nəzərdə tutulan hadisələrin baş verməsilə əlaqədar öz fəaliyyətinin həyata keçirilməsinin qeyri-mümkünlüyü üzündən dəyən itkinin müəssisələrə ödənilməsinə yönəldilmişdir. Boşdayanma hadisəsinin sığortalanması əmlak sığortası ilə sıx əlaqədardır.
İsveçrə təkrarsığorta cəmiyyətinin qiymətləndirilməsinə görə fəaliyyətdə fasiləliyin sığortalanması sığorta şirkətləri üçün çox rentabellidir və tez-tez ənənəvi sığorta növlərində bonus kimi istifadə olunur. Məsələn, Almaniyada fəaliyyətdə fasiləlikdən zərərin sığortalanması üzrə ödənilən məbləğ əmlakın ənənəvi sığortalanmasına nisbətən 2 dəfə çoxdur.
İstehsalda fasilələrdən sığortalanmanın aşağıdakı müqavilələri daha geniş yayılmışdır:
yanğın və digər ekstremal hadisələr nəticəsində boşdayanma hadisəsinin sığortalanması;
avadanlığın və maşının sındırılmasından sığortalanma, belə ki, sıradan çıxması müəssisəyə xeyli ziyan verə bilər;
elektrik avadanlıqlarının sındırılması ilə bağlı fasilə hadisəsinin sığortalanması rabitə vasitələrinin və başqa yüksək texnoloji elektrotexniki qurğuların işində boşdayanmadan ziyanın ödənilməsini təmin edir.
malgöndərən müəssisələrdə baş vermiş gözlənilməz hadisələr nəticəsində elektrik enerjisinin və su təchizatının pozulması ilə əlaqədar boşdayanma hadisəsinin sığortalanması;
müvəqqəti mənfəətin sığortası və bazar konyunkturunun dəyişilməsi nəticəsində gəlirin itkisindən sığortalanma.
Boşdayanmadan sığortalanma zamanı sığorta şirkəti aşağıdakı şərtlər mövcud olarkən kompensasiya ödəyirlər; sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verəndə, əmlak korlananda. Bunun nəticəsində o təyinatı üzrə istifadəyə yararlı olmur, bu da, öz növbəsində iqtisadi itkilərə gətirib çıxarır.
Dostları ilə paylaş: |