Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Investisiya riskinin sığortalanması



Yüklə 0,52 Mb.
səhifə26/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   22   23   24   25   26   27   28   29   30
aysel-2

3.3. Investisiya riskinin sığortalanması
Əgər bir sahədə investisiya yatırımları artırsa,demək ,orada gəlir,məhsuldarlıq var. Son illərin statistik məlumatlarının təhlili göstərir ki,sığorta riskli sahə olsa da,həm də gəlirli sahədir.Respublikamızda 1992-ci ildən indiyədək heç bir şirkət müflis olaraq bazarı tərk etməmişdir.Bağlanan şirkətlərin fəaliyyətlərinin dayandırılması səbəbi kimi sığorta işinin lazımi səviyyədə təşkil edilməməsi,əhalidə sığorta maarifçiliyinin kifayət qədər olmaması və s. göstərmək olar. Sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün sığorta təşkilatının imkanlarından yüksək olan öhdəlikləri təkrarsığortaya verilməlidir.Təkrarsığorta dedikdə sığorta müqaviləsi üzrə məsuliyyət daşıyan sığortaçının risk məbləğinin mümkün ölçüsünü digər sığortaçıya (təkrarsığortaçıya)təqdim etməsi başa düşülür.Təkrarsığorta prosesində sığortaetdirən və yenidən sığortaçı arasında hüquqi cəhətli qarşılıqlımünasibətlər yaranmır.Sığorta etdirən şəxs qarşısında mümkün zərərin ödənilməsinə görə məsuliyyəti bilavasitə olaraq sığortaçı daşıyır. Sığortaçının ödəniş qabiliyyətinin təmin edilməsi üçün ödəniş qabiliyyətinintəmin olunması üçün aktivlərin ümumi məbləği və onun öhdəçiliyiüzrə məbləğinin arasında mövcud olan fərq kimi hesablanan sığortaçının sərbəst aktivlərinin ölçüsü normativ ölçüyə uyğun olmalıdır,yəni A-H≥N Burada A- sığortaçının aktivlərinin faktiki ölçüsü,H-sığortaçının öhdəçiliyinin faktiki həcmi,N- isə aktivlərin sığortaçının öhdəçiliyindən yüksək olmasını xarakterizə edən normativ ölçüdür. Sığortaçıların ödəniş qabiliyyətlərinin təmin olunması üçün müxtəlif risklərin sığortası üzrə maksimal məsuliyyətin normativlərinə əməl etmək lazımdır.

Qanunvericiliyə əsasən müxtəlif riskli sığorta müqaviləsi üzrə maksimal məsuliyyət sığortaçının şəxsi vəsaitlərinin 10%-dən çox olmamalıdır. Sığorta təşkilatlarının ödəniş qabiliyyətinə onun investisiya siyasəti və aktivlərin yerləşdirilməsi əhəmiyyətli şəkildə təsir göstərir.Məsələn ,təsəvvür edək ki,sığorta kompaniyası sığorta ehtiyatlarını düzgün şəkildə hesablamışdır və o müəyyən olunmuş ölçüyə uyğun olan sərbəst aktivlərə malikdir.Lakin bu kompaniya vəsaitlərini etibarsız bankın və investisiya fondunun depozitlərinə cəlb etmişdir.Belə sığortaçının ödənişinin təmin olunmaması bankın müflisləşməsi və ya onun vəsaitlərdən düzgün şəkildə istifadə etməməsi ilə əlaqədardır.Sığortaçıların sığorta ödənişi üzrə öhdəçiliklərinin yerinə yetirilməsi ilə bilavasitə əlaqədar olan vəsaitlərinin investisiyaya cəlb olunması riskinin azaldılması məqsədi ilə sığortanəzarət tərəfindən investisiyaların xüsusi rejimi müəyyən edilmişdir.Qaydalara əsasən investisiyaların ayrı-ayrı növləri qadağan edilmişdir. Qiymətli kağızlar depozitlər ,daşınmaz əmlak ,valyuta qiymətliləri və s. növlərin əldə edilməsinə yönəldilmiş investisiyalara ümumi məbləğdən maksimal və ya minimal kvotala müəyyən edilmişdir.

Risk dedikdə, bu və ya digər iş adamının fəaliyyət növündən, təbii hadisədən irəli gələn mümkün itki qorxusu başa düşülür. O, riskə gedən adam üçün mənfi, arzu edilməyən nəticədir. Müxtəlif idarəetmə qərarları müxtəlif risk dərəcələrinə malikdir.

Risk hadisəsini olacağını, və ya olmayacağını, olacağı təqdirdə isə üç cür iqtisadi nəticə: mənfi (uduzma, zərər), sıfır, müsbət (uduş, fayda, mənfəət) gözlənildiyini ifadə edir.

Bazar iqtisadiyyatı şəraitində firma və şirkətlər risk etmədən heç nə qazana bilmir. Buna görə də riskə getmək və onları idarə etmək, başqa sözlə desək, risk hadisəsinin yaxınlaşmasını müəyyən dərəcədə proqnozlaşdırmaq və risk dərəcəsini azaltmağa imkan verən tədbirlər görmək qaçılmazdır.

İnvestisiya gəliri – sığorta əməliyyatlarının aparıl­ma­sından alınan mənfəətdən başqa sığorta edənin mənfəətinin əlavə mənbəyidir. Mənfəətli investisiya fəaliyyətinin nəticəsində tarif dərəcəsinin strukturunda nəzərdə tutlmuş gəlir dərəcəsi azalır.Müvəqqəti sərbəst vəsaitlərin yerləşdirilməsinin effek­tiv­liyindən və etibarlılığından təkcə sığorta edənin gəliri deyil, həm də onun ödəməqabiliyyəti, yəni bütün öhdəliklərinin ödənilməsi imkanından asılıdır. Bununla əlaqədar sığorta ehtiyatlarının yer­ləş­dirilməsi dövlət tərəfindən möhkəm nəzarət altında saxlanılır.[22, s.191]

“İnvestisiya” – xarici mənşəli söz olub tərcümədə gəlirin və sosial effektin alınması məqsədilə hər hansı müəssisəyə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur. İqtisadi ədəbiyyatlarda investisiya anlayışı barədə müxtəlif fikirlərə rast gəlinir. Onların içərisində ən geniş yayılan və tez-tez istifadə olunan tərif belədir. İnvestisiya gəlir əldə etmək məqsədilə iqtisadiyyatın müxtəlif sahələrinə, müəssisələrə, sahibkarlıq layihələrinə, sosial-iqtisadi proqramlara pul vəsaitinin və digər kapitalın uzunmüddətli qoyuluşudur.

“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda göstərilir ki, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsaitlər və sərvətlər aşağıdakılardan ibarətdir: − pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; − daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər); − müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; − texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nou-hau”). Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yatırımları kapital qoyuluşları şəklində həyata keçirilir. İnvestorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusu investisiya fəaliyyəti adlanır. İnvestisiya fəaliyyətinin növləri aşağıdakılardır:

− özəl investisiya fəaliyyəti;

− dövlət investisiya fəaliyyəti;

− xarici investisiya fəaliyyəti;

− birgə investisiya fəaliyyəti.

İnvestisiya fəaliyyətinə investisiya – inşaat prosesləri daxildir. Bunsuz əsas fondlarının təkrar istehsalı (yeni obyektlərin tikilməsi, müəssisələrin texniki silahlanması, genişləndirilməsi, istehsal güclərinin artırılması) qeyrimümkündür. Kapital qoyuluşu – əsas kapitala (əsas fondlara) yönəldilən real investisiyadır. Başqa sözlə, yeni obyektlərin inşasına, mövcud müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına və texniki silahlanmasına, maşın və avadanlıqların alınmasına, layihə-axtarış işlərinə çəkilən xərclərdir. İqtisadi məzmununa görə kapital qoyuluşu ictimai məhsulun (yığım fondunun) əsas fondların təkrar istehsalına yönəldilən hissəsidir. Formasına görə kapital qoyuluşu pul vəsaitləri şəklində çıxış edir, hansı ki, əsaslı tikintiyə, əsas fondların tərkibinə daxil olan avadanlıqların və digər əmək vasitələrinin alınmasına sərf olunur.

Beləliklə, kapital qoyuluşu xalq təsərrüfatının inkişafı və əhalinin sosial tələbatının ödənilməsi üçün nəzərdə tutulan əsas fondların yaradılması və təzələnməsi ilə əlaqədar ictimai zəruri xərclərin məcmusudur. Əsas fondların təkrar istehsalı formalarına görə kapital qoyuluşu təsnifləşdirilir: − yeni tikintiyə; − mövcud müəssisələrin genişləndirilməsinə; − texniki silahlanmaya və yenidənqurmaya. Texnoloji əlamətlərinə görə kapital qoyuluşu bölünür: − tikintiyə və montaj işlərinə; − maşın və avadanlıqların alınmasına; − sair kapital işlərinə və xərclərə. İnvestisiyanın uçotu, təhlili və effektivliyinin yüksəldilməsi məqsədilə onun elmi cəhətdən əsaslandırılmış təsnifatı vacibdir.

İnvestisiya məqsədlərinə görə iki kateqoriyaya ayrılır:

1. Əsas fondların yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya. Elmi ədəbiyyatlarda və praktikada bu investisiya kapital qoyuluşu formasında real investisiya kimi işlədilir.

2. Portfel investisiya – qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır. Kapital əmələgətirən investisiya əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir. Real investisiya başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir. Portfel (maliyyə) investisiyası – faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır). Fiktiv kapitalın yaranması kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Fiktiv kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır. Fiktiv kapitalın əsas funksiyası istehsalın təşkili və genişləndirilməsi üçün pul vəsaitlərini səfərbərliyə almaqdır. İstənilən müəssisə vaxtaşırı istehsal güclərinin və maddi-texniki bazanın təzələnməsinə ehtiyac duyur. Əsas kapitalın yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və texniki cəhətdən silahlanmasına çəkilən xərclər bununla əlaqədardır. Bu isə bazardakı dəyişikliklərin obyektiv və subyektiv səbəblərindən irəli gəlir. Aydındır ki, müəssisə bu dəyişikliklərə istehsalın həcmini artırmaq, yeni məhsul növlərini mənimsəmək və investisiya qoymaq vasitəsilə reaksiya verir.

Müəssisənin xarici dəyişikliklərə reaksiyavermə dərəcəsi müxtəlifdir. Bazarda reallaşdırılan məhsulun həcmini saxlamağa ehtiyac olduğu halda əsas fondların köhnəlmiş hissəsinə kapital qoyuluşu ağrısız keçir. Çünki tələb olunan məhsula vəsait qoyuluşunun riski minimumdur. Əsas fəaliyyətin genişləndirilməsinə investisiya qoymaq və ya istehsal fəaliyyətinin yeni istiqamətlərinə kapital qoymaq haqqında məsələlər çətinliklə həll olunur. Belə ki, bu halda bir sıra yeni amilləri –bazarda əmtəənin satılma şəraitini, əlavə maddi, əmək və maliyyə resurslarının mövcudluğunu, yeni bazarların mənimsənilməsi imkanlarını və s. nəzərə almaq lazım gəlir. Elə olan təqdirdə gələcək fəaliyyətin inkişaf istiqamətləri və investisiya qoyuluşunu planlaşdırmaq zərurəti meydana çıxır. Əsas kapitala qoyulan investisiyadan əlavə vəsait dövriyyə kapitalına (real investisiyalar) və müxtəlif maliyyə alətlərinə (məsələn, səhmlərə, istiqrazlara, qiymətli kağızların törəmələrinə) yatırılmaqla da həyata keçirilə bilər. Buna görə də investisiyalar kapital qoyuluşundan daha geniş anlayışdır, deməli, onları eyniləşdirmək yanlış fikirdir. İnvestisiyalar sərt rəqabət mübarizəsində (həm daxili, həm də xarici bazarlarda)müəssisənin fəaliyyət göstərməsinə və bir addım irəli getməsinə kömək edir, öz məhsullarının qiymətlərini daha çevik tənzimləmək imkanı yaradır və s. Çəkilən xərclərin özünüödəməsi layihələrinin reallaşdırılması və iri layihələrdən gəlir əldə olunması prosesləri uzun illər çəkir. Ona görə də inkişaf tempini artırmaq, iqtisadiyyatı canlandırmaq və dinamik inkişaf etdirmək vacibdir. Əgər aşağıda sadalananlar üçün vəsait tapılmasa, onda gələcəkdə müəssisənin normal işini və sabit maliyyə vəziyyətini təmin etmək imkanı əldən çıxa bilər:

− istehsalın genişləndirilməsi və inkişafı;

− əsas vəsaitlərin müntəzəm surətdə təzələnməsi;

− istehsalın texniki səviyyəsinin kəskin yüksəldilməsi;

− prioritet sahələrdə məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması; - təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi;

− qiymətli kağızlar və müəssisənin digər aktivlərinə vəsait qoyuluşu üzrə fəaliyyətin aktivləşdirilməsi.

Beləliklə, investisiya ən mühüm iqtisadi kateqoriyadır, bütün səviyyələrdə və sadə və geniş təkraristehsal proseslərində, struktur dəyişikliklərində, gəlirin maksimallaşdırılması və bu əsasda bir çox sosial problemlərin həllində son dərəcə əhəmiyyətli rol oynayır.

İnvestisiyalar müxtəlif əlamətlərə (meyarlara) görə təsnifləşdirilir:

1. Kapitalın yatırılma obyektlərinə görə. Yeni yaradılan müəssisələrə, mövcud əsas fondların yenidənqurulmasına, genişləndirilməsinə və texniki silahlanmasına qoyulan real investisiyalar. Onlar öz növbəsində başlanğıc investisiyalar (netto-investisiyalar) və ekstensiv investisiyalar (reinvestisiyalar) ola bilər. Gəlir əldə etmək məqsədilə, müxtəlif maliyyə alətlərinə, xüsusilə qiymətli kağızlara kapital qoyuluşu maliyyə investisiyaları hesab edilir.

2. İnvestisiya layihələrində iştirakının xarakterinə görə. Birbaşa investisiyalar. İnvestorlar investisiya qoyulan obyektlərin se- çilməsində və kapital qoyuluşunda birbaşa iştirak edirlər. Adətən birbaşa investisiyalar bilavasitə müəssisənin nizamnamə fonduna kapital qoymaq yolu ilə həyata keçirilir. Dolayısı investisiyalar – investorun başqa şəxslərin (maliyyə vasitəçilərinin) vasitəsilə kapital qoymasıdır.

3. İnvestisiya qoyma dövrünə görə. Qısamüddətli investisiyalar – bir ilə qədər dövrə kapital qoyuluşudur. Müəssisələrə qısamüddətli investisiya qoyuluşunun əsasını qısamüddətli maliyyə qoyuluşu təşkil edir. Uzunmüddətli investisiyalar – bir ildən çox dövrə kapital qoyuluşudur. Müəssisələrə uzunmüddətli investisiya qoyuluşunun əsas forması təkrar istehsala vəsait kapital qoyuluşudur.

4. Mülkiyyət formasına görə. Xüsusi investisiyalar – fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu ilə xarakterizə olunur. Dövlət investisiyaları – dövlət müəssisələrinin kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondlarının vəsaitləridir.

5. Regional mənsubiyyətinə görə. Milli (daxili) investisiyalar –ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olunur. Xarici investisiyalar – ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşudur. Ölkə müəssisələrinə investisiya qoyuluşunun əsasını real investisiya təşkil edir. Müəssisələrin əksəriyyətinə belə investisiya qoyuluşu müasir şəraitdə onların investisiya fəaliyyətinin yeganə istiqamətidir ki, bu da müəssisələrin investisiya fəaliyyəti sistemində real investisiyaların idarə edilməsinin rolunu əhəmiyyətli dərəcədə artırır.

Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları (kapital əmələ gətirən) aşağıdakı qruplara ayırmaq olar: − əsas kapitala investisiya qoyuluşu; − əsaslı təmir xərcləri; − torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin alınmasına investisiyalar; − qeyri-maddi aktivlərə (patentlər, lisenziyalar, proqram məhsulları, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələri və s.) investisiyalar; − dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar. İnvestisiyalardan effektiv istifadə edilməsi onların strukturundan əhəmiyyətli dərəcədə asılıdır. İnvestisiyaların strukturu dedikdə onların növlərə görə tərkibi, istifadə istiqamətləri və ümumi investisiya qoyuluşunda onların payı başa düşülür. İnvestisiya qoyuluşunun ümumi həcmində ən çox payı real (kapital əmələgətirən) investisiyaya (80%-ə yaxın) düşür. Kapital əmələgətirən investisiyaların strukturunda əsas yeri əsas kapitala investisiya qoyuluşu tutur. Onun tərkibinə yeni obyektlərin tikilməsinə və mövcud müəssisələrinin yenidən qurulmasına, genişləndirilməsinə və texniki silahlanmasına çəkilən xərclər daxildir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin