Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,52 Mb.
səhifə29/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   22   23   24   25   26   27   28   29   30
aysel-2

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Azərbaycanda sahibkarlıq risklərinin sığortalanması zəif in­ki­şaf etmişdir ki, bu da sığorta bazarının kifayət qədər inkişaf tap­maması ilə bağlıdır. Biznes risklərinin sığortalanmasının zəif inki­şafının əsas səbəblərindən biri sığorta şirkətlərinə sahib­kar­ların inanmaması faktıdır və bu növ sığorta haqqında zəruri informasiyaların olmamasıdır.

Dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sığorta xidmətləri geniş yayılmışdır. İnkişaf etmiş qərb ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi və sosial həyatda təsərrüfat subyektlərinin, fərdi təsərrüfatların istənilən addımı məhz sığorta münasibətləri ilə müşayiət olunur. Belə ki, bu ölkələrin istər hüquqi, istərsə də fiziki şəxsləri sığortanın bir çox növləri üzrə öz əmlak və sağlamlığını, bir sözlə, malik olduqları nə varsa, hamısını bütün risklərdən sığorta etdiririrlər. Bununla da hər bir şəxs qabaqcadan cüzi bir məbləğ ödəməklə öz sağlamlığını və əmlakını təminat altına almış olur və hər hansı hadisə nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün heç bir əlavə xərc sərf etmədən sığorta şirkətlərinin ödədikləri vəsaitlər hesabına tez bir zamanda bərpa olunaraq hadisədən əvvəlki vəziyyətinə qaytarılır. Yəni həmin şəxs iqtisadi çətinliyə düşmür və öz fəaliyyətini əvvəlki kimi davam etdirir.



Bildiyimiz kimi hər bir hüquqi və fiziki şəxsin iqtisadi vəziyyəti onun təmsil olunduğu ölkənin iqtisadi vəziyyətinə birbaşa təsir edir.Ona görə də sığorta xidmətlərindən geniş istifadə olunan ölkələrdə iqtisadi cəhətdən öz inkişaf tempini saxlamaqla əhalinin gəlir və yaşayış səviyyəsi yüksək olur. Bir sözlə, sığorta iqtisadi inkişafa təsir edən əsas amillərdən biridir.

Respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığortasisteminə inteqrasiyasının təmin edilməsi üçün aşağıdakı tədbirlər həyatakeçirilməlidir:

  • ölkənin sığorta şirkətlərinin sığorta , maliyyə və investisiya fəaliyyətinin prioritetistiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə qaydalarının təkmilləşdirilməsi yolu ilə sığorta resurslarının hərəkətinin səmərəli dövlət tənzimlənməsi mexanizminin işlənib hazırlanması,

  • beynəlxalq sığorta münasibətlərinin və dünya sığorta bazarının qloballaşması meyllərinin təhlili əsasında milli sığorta şirkətlərinin maliyyə sabitliyinin amili kimi təkrarsığorta institutunun inkişaf prespektivlərinin müəyyənləşdirilməsi,

  • lisenziyalaşdırma və cari nəzarət funksiyalarının bir-birindən ayrılması,eləcə də sığorta,investisiya və təkrarsığorta fəaliyyətinə dövlət zəmanəti verilməsini nəzərdə tutan Milli Sığorta Ehtiyatlarını yaradılması,

  • milli sığorta təşkilatlarının maliyyə strategiyası,planlaşdırılması və büdcələşdirilməsi sisteminin işlənib hazırlanması,uçot və hesabatın beynəlxalq standartlara uyğunlaşdırılması,

  • beynəlxalq sığorta və sığorta nəzarəti təşkilatları ilə inteqrasiyanın dərinləşməsi üçün tədbirlərin görülməsi.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin