3.2. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin sığortalanması
Sığorta bazarı – xüsusi sosial iqtisadi münasibət, pul dövriyyəsi sferasıdır ki, burada alqı-satqı obyekti rolunu sığorta müdafiəsi həyata keçirilir. Bu bazarın inkişafının və həyata keçirilməsinin obyektiv əsası öncədən gözlənilməyən şərait yarandığı hallarda zərər çəkənlərə pulla yardım edilməsi zəruriliyidir. Müasir sığorta təsnifatına görə sığorta burada həyat sığortasına və qeyri-həyat sığortasına bölünür. Sığortanın aparılması formaları dedikdə isə onun könüllü və icbari formada aparılması anlaşılır. Azərbaycanda sığortanın daha öncə sadalanan formaları və növləri fəaliyyət göstərir ki, bu dövlət və sığorta şirkətləri tərəfindən həyata keçirilir. Biznes risklərinin sığortalanmasının effektiv alətlərindən biri müqavilə öhdəliklərinin icra olunması ilə bağlı maliyyə risklərinin sığortalanmasıdır, harda ki, sığorta şirkəti kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi üzündən alınmış zərərin müəssisəyə ödənilməsini öz üzərinə alırr. Bu yüklənməmiş malın (işin, xidmətin) ödənilməməsi, malın göndərilməməsi, işin yerinə yetirilməməsi və başqa ola bilər.
Təsərrüfat subyektləri və onların icra etdiyi sazişlər, xidmətlər haqqında şəffaf və faydalı informasiyanın təqdim edilməsi bazar iqtisadiyyatının zəruri şərti hesab edilir. Sığorta xidməti sahəsində sığorta təşkilatlarının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin mövcudluğunu və sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməsinə təminatın qanunvericiliyə uyğunluğu sığorta təşkilatlarının tərtib və təqdim etdikləri mühasibat hesabatları üzrə göstəricilərlə müəyyən olunur. [19, s.175]
Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin müqaviləsi üzrə sığortaçılar qismində təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, eyni zamanda müqavilə öhdəliklərinin icra olunmaması hadisəsində sığorta edənlə sığorta müqaviləsi bağlayan fiziki şəxslər tanınırlar.
Sığorta edən sövdələşmə üzrə sığortaçı və onun kontragenti arasında müqavilə öhdəliklərini təsdiq edən sənəd olmadığı zaman sığorta sözləşməsini bağlamaqdan imtina edə bilər.Sığorta məbləği sığorta müqaviləsilə müəyyən olunan pul məbləğidir ki, bunun əsasında sığorta haqqı və sığorta ödənişinin həcmi təyin olunur. Sığorta məbləği sığortaçı və sığorta edən arasında razılaşmaya görə müəyyən edilir və sığorta dəyərindən, həmçinin, kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində gəlir itkisinin mümkün həcmindən çox ola bilməz. Sığorta haqqının miqdarı sığorta məbləğindən, tarif stavkası faiz həcmindən asılı olaraq müəyyən edilir və ona kontraktların tipindən və fərdi riskdən asılı olaraq müvafiq düzəlişlər edilə bilər. Sığortaçı sığorta edənə bütün sənədləri və dəlilləri verməyə, eləcə də sığorta edən tərəfindən həyata keçirilməsi üçün zəruri olan bütün məlumatları bildirməyə borcludur.
Bundan başqa, müəssisə öz sığorta şirkətinə istənilən hadisə haqqında məlumat çatdırmağa borcludur, bu sığorta riskinin dərəcəsini artıra bilər. Əgər riskin dərəcəsi xeyli artarsa, onda sığorta şirkəti sığorta müqaviləsinin fəaliyyətini dayandırmağa tam hüququ var. Eyni zamanda sığorta şirkəti ona təqdim edilən informasiyanın nə qədər dəqiq olmasını yoxlaya bilər.
Dünyanın əksər ölkələri üçün intellektual mülkiyyət sferası iqtisadi inkişafın əsas potensialı hesab edilir. Dünyada iqtisadi artımın ¾ hissəsi elmi-texniki tərəqqi hesabına təmin edilir. İntellektual mülkiyyət obyektlərilə beynəlxalq ticarətin həcmi hər il artır. Dövlət və təsərrüfat subyektləri onlara məxsus intellektual mülkiyyətin qeyri-qanuni istifadəsindən böyük zərərə məruz qalırlar. Bununla əlaqədar həmin ziyanın kompensasiyasına tələbat artır. Bu şəraitdə dövlətin güc tədbirləri ikinci plana keçir, keyfiyyətcə yeni metoda zərurət yaranır.
Belə situasiyada mümkün itkilərdən intellektual mülkiyyət sahiblərinin müdafiə forması kimi sığorta haqqında məsələ aktuallıq kəsb edir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin əksəriyyətində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Fransada sığorta şirkətləri intellektual mülkiyyətin sığorta bazarında uzun müddət uğurla işləyirlər. Məsələn, Fransada bu növ sığorta 1980-ci ildə qurulmuşdır.
Dostları ilə paylaş: |