İnvestisiya risklərinin sığortalanması eyni vaxtda sığortanın üç sahəsinə daxildir: şəxsi sığorta, əmlak sığortası və məsuliyyət sığortası.
İnvestisiya risklərinin sığortalanması obyektlərini həyatının və sağlamlığının qorunub saxlanılması, əmlakın sahibliyi və sərəncam verilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərin maraqları, sahibkarlıq investisiya fəaliyyətinin həyata keçirilməsi prosesində üçüncü şəxs qarşısında məsuliyyət, əmlak maraqları təşkil edirlər.Sığortanın predmeti isə müxtəlif təzahürlərdə investisiya fəaliyyətidir.
İnvestisiya layihələrinin sığortalanmasının əsas problemləri aşağıdakılardır:
düzgün təşkili kifayət qədər mürəkkəb olan layihələrin reallaşması və maliyyələşdirilməsi risklərinin sığortalanması. Sığorta fəaliyyəti lisenziyalaşdırılır. Lisenziya almaqdan ötrü sənədlərin hazırlanması, xüsusilə investisiya layihələrinin reallaşdırılması və maliyyələşdirilməsilə əlaqədar sığorta bazarının yeni seqmentini mənimsəyərkən sığorta şirkətləri üçün çətindir;
layihələrin reallaşdırılmasının real mövcud praktikasını obyektiv qiymətləndirilməsilə əlaqədar çətinlik;
investisiya layihələrinin reallaşdırılması və maliyyələşdirilməsi risklərinin sığortalanması.
Sığorta biznesində aktuarlı kalkulyasiyanın rolu çox vacibdir. Bir tərəfdən o, sığortaçıya göstərdiyi xidmətin maya dəyərini müəyyənləşdirməyə imkan verir, digər tərəfdən isə onun köməyilə sığorta şirkətinin fəaliyyətində iqtisadi, maliyyə və təşkilati müvəffəqiyyətlərin, yaxud nöqsanların səbəblərinin hərtərəfli təhlili və aşkara çıxarılması üçün şərait yaradılır. Aktuarlı kalkulyasiya müqavilə üzrə sığorta haqlarının həcmini müəyyənləşdirməyə imkan verir. Həmin haqların miqdarı sığorta edən tərəfindən qəbul olunan riskin ölçülməsini nəzərdə tutur.