Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 181,24 Kb.
səhifə42/53
tarix02.01.2022
ölçüsü181,24 Kb.
#1161
1   ...   38   39   40   41   42   43   44   45   ...   53
Qurğuşun sənayenin və kənd təsərrüfatının intensivliyi ilə əlaqədar ətraf mühitdə geniş yayılan elementdir. Məlum olan bir sıra səbəblərlə yanaşı torpağa pestisid istifadəsi zamanı da daxil olur. Qurğuşun bitkilər üçün mütləq lazımlı olmayıb, təbii halda torpaqda az miqdarda mövcuddur. Torpaqdakı qurğuşun konsentrasiyası yol verilən həddi keçmədiyi müddətcə insan və bitki sağlamlığı baxımından ciddi təhlükə yaratmır. Qurğuşun hüceyrə turqoruna və hüceyrə divarına mənfi təsir etməsi, yarpaq sahəsini azaltması səbəbiylə bitkilərin su rejiminə təsir etməsilə xarakterizə olunur. Eyni zamanda kök inkişafına təsir edərək bitkilərdə kation və anionun miqdarını azaldır və qidalı maddələrin mənimsənilməsinə mənfi təsir göstərir.

Nikel əkinçilik məqsədilə istifadə olunan torpaqda aşağı konsentrasiyada mövcuddur. Lakin, bəzi torpaqlarda nikelin konsentrasiyası 100-5000 mq/ kq arasında dəyişir. Nikel kömür (10-50 mq/ kq), neft(49-345 mq/ kq), polad, aşqar istehsalı, qalvanik və elektron sənayesində istifadə edilir. Kritik toksiki səviyyə torpaqda 100 mq/ kq, həssas bitkilərdə >10 mq / q və orta səviyyədə həssas bitkilərdə isə > 50 mq/ q təşkil edir.

Nikel bir sıra fermentlərin quruluş maddəsidir. Bu səbəblə nikelin konsentrasiyası az olan bitkilər kompleks şəklində tətbiq olunan azotlu gübrələrdən yararlanmadıqları kimi bu bitkilərə toksiki təsir göstərirlər.

Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, tərkibində nikel olmayan soya paxlasına yüksək konsentrasiyada nikel tətbiq etdikdə ferment aktivliyi aşağı düşür və yarpaq uclarında nekozlar əmələ gəlir. Lakin normal konsentrasiyada tətbiq edildikdə ferment aktivliyi 4,5 dəfə artır, nekroz əmələ gəlməsi minimuma enir.

Bitkidə nikelin konsentrasiyasının çox olması xlorofil sintezi və yağ mübadiləsinə mənfi təsir edir. Eyni zamanda, bitki köklərinin digər qida elementlərini almasına maneə törədərək qida elementləri ilə bağlı nöqsanların meydana çıxmasına səbəb olur.

Paxla bitkisinə 0,1, 0,3 və 0,5 mq konentrasiyada Ni tətbiq olunan təcrübədə bitkinin xlorofil, karotenoid və ümumi piqment miqdarının azaldığı təyin olunmuşdur. 0,1 mq nikel tətbiq olunan yarpaqlarında xlorofil miqdarı 27,8%, 0,5 mq Ni dozasında isə, 35,1% nisbətində azalmışdır.

Xrom paslanmayan polad istehsalı, müxtəlif lehim və pas əngəlləyicilərin istehsalı ilə əlaqədar metallurgiya sənayesində, boya, lak, şüşə və keramika materiallarında, dəri sənayesində istifadə edilir. Təbii olaraq torpaqda mövcuddur. Torpaqda 5-100 mq / kq nisbətində rast gəlinir. Bitkilərin isə quru çəkisindən 100 mq/ kq çox olması bitkilər üçün toksiki təsirlidir.

Bitki orqanizmində toksiki səviyyəyə çatan xromun bitkidə ilk təsiri toxumların cücərməsini zəiflətməkdir. Xrom kök hüceyrələrinin bölünmə və uzanmasına maneə törədərək kökün inkişafına mane olur. Bu vəziyyət torpaqdan alınan qida maddələrinin və suyun azalmasına yol açaraq bitkilərin böyümə və inkişafına mənfi təsir göstərir. Bu səbəbdən bitkinin məhsuldarlığında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir.

Tədqiq olunan ərazidə metallurgiya sənayesinin, kənd təsərrüfatının, nəqliyyatın inkişafı bir çox çirkləndiricilərlə birlikdə ağır metalların da ətraf mühitdəki miqdarlarını artırmaqdadır. Bu vəziyyət xüsusilə, aktiv hərəkət etmə qabiliyyəti olmayan bitkilərdə xüsusən məhsul itkisi olmaq üzrə bir çox mənfiliyə səbəb olmaqdadır. Həddindən artıq metal mənimsəyən bitkilərdə bir sıra dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin yaratdığı problemlərin bir qismi gözlə görülə bilən olsa da, digər bir qisminin müəyyən olunması üçün biokimyəvi analizlər aparılmalıdır.

Ağır metalların bitkilərdə səbəb olduğu dəyişikliklər ilkin olaraq kök sistemində müşahidə edilir. Yüksək miqdarda metal mənimsəmiş bitkilərdə köklər, normal bitki köklərinə görə olduqca qısa olur. Saçaq köklərin sayında azalma, yan köklərdə artma ya da azalma müşahidə edilir. Bunların xaricində epidermis və hipodermisdə bəzi struktur dəyişiklikləri də müəyyən olunmuşdur. Metal qəbulu davam etdikcə gövdənin böyüməsi də zəifləyir. İstər kök, istərsə də gövdənin yaş və quru kütlələrində azalma meydana gəlir və bitkinin inkişafı yavaşlayır. Metalın növündən və təsir xüsusiyyətlərindən asılı olaraq yarpaq sahələrində kiçilmə, saralma və nekrotik ləkələrin meydana gəlməsi də müşahidə edilir.

Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox yığılır, yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə fərqlənir. [12]

Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır, onlara ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində yayılma xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Yerkökünün kökmeyvəsinin (dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. Kökmeyvənin başcıq hissəsində dəmirin miqdarı yüksək olur, qalan hissəsində isə bərabər paylanır, orta hissəsində sinkin və qurğuşunun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Xörək (qida) çuğundurunun kökmeyvəsinin aşağı hissəsinə nisbətən başqa bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Kartof bitkisinin yumrusunun orta yumşaq hissəsində kadmium, sink və qurğuşunun miqdarı az olur, yumrunun kənar hissəsində dəmirin miqdarı yüksək olur. Mis kartof yumrusunun bütün hissələrində bərabər paylanmışdır. Kələm digər tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır.

Sənayeləşmə və şəhərləşmənin təbiətdə meydana gətirdiyi ən əhəmiyyətli problemlərdən biri ətraf mühit çirkliliyi olaraq qəbul edilir. Son dövrlərdə faydalı qazıntıların, kimya sənayesinin istifadə etdikləri metal ehtiva edən kənd təsərrüfatı dərmanları, böyük sənaye komplekslərinin yaydığı qaz və tozların torpaq və bitkiləri çirkləndirdiyi müəyyən edilmişdir. Xüsusilə ağır metal çirkliliyi bu tip torpaqlar üzərində yaşayan bitkilər üçün böyük bir potensial təhlükədir. Buna görə də bu cür ağır metal çirkliliyi görülən torpaqlar üzərində təmizləmə metodları tətbiq olunaraq məhsuldarlığın artırılmasına yönəldilmiş işlər aparılmalıdır. [17]

Ağır metallar bioloji proseslərdə iştirak dərəcələrinə görə həyati və qeyri-həyati olaraq təsnif olunur. Həyati olaraq qeyd olunan ağır metalların orqanizmdə müəyyən bir konsentrasiyada olması tələb olunur və bu metallar bioloji reaksiyalarda iştirak etdiklərinə görə nizamlı olaraq qida vasitəsilə qəbulu məcburidir. Məsələn, mis heyvanlarda və insanlarda qırmızı qan hüceyrələrinin və bir çox oksidləşmə və reduksiya prosesinin ayrılmaz parçasıdır. Bununla müqayisədə qeyri-həyati ağır metallar çox aşağı konsentrasiyada belə, orqanizmə ciddi təhlükə törədərək sağlamlıq problemlərinə gətirib çıxarır.

Ağır metalın həyati olub olmadığı nəzərə alınan orqanizmə da bağlıdır. Məsələn, nikel bitkilər baxımından toksiki təsir göstərərkən, heyvanlarda iz elementi olaraq mövcudluğu zəruridir.

Bəzi sistemlərdə ağır metalların təsir mexanizmi konsentrasiyaya bağlı olaraq da dəyişir. Bu cür orqanizmlərdə metalların konsentrasiyası nəzərə alınmalıdır. Ağır metalların yol verilən həddən artıq konsentrasiyası toksiki təsir göstərir. Bu ümumi prosesin əksinə ağır metallar yalnız konsentrasiyadan asılı olaraq təsir göstərmirlər, təsir eyni zamanda canlının növünə və metal ionunun quruluşuna da bağlıdır (kimyəvi quruluşu, redoks və kompleks yaratması qabiliyyəti, bədənə alınış şəkli, ətraf mühitdə çoxluq ehtimalı, lokal pH dəyəri və s.). Bununla əlaqədar, içməli sularda və qida məhsullarında ağır metalların konsentrasiya həddi müəyyən olunmuşdur və bu normalara lazımi qurumlar tərəfindən nəzarətin təşkili zəruridir.



Kimyəvi elementlər üçün qida məhsullarında YVQ, mq/kq məhsul


Yüklə 181,24 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin