3.2 Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması
Azərbaycanda tətbiq edilən regional inkişafı üzrə dövlət proqramları iqtisadi idarəetmədə dövlət tənzimlənməsinin bir forması olmaqla, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi,ölkə iqtisadiyyatının diversifikasiyasını, sahəvi və regional strukturlarının təkmilləşdirilməsini, əhalinin məşğulluq səviyyəsinin və regionların investisiya cəlbediciliyinin yüksəldilməsini təmin edir.
Maliyyə sisteminin günün tələbləri səviyyəsində qurulması məqsədi ilə bütün iqtisadi tədbirlərin həyata keçirilməsi respublikada regional inkişafın artırılması məqsədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası,maliyyə sistemində islahatların aparılması və yeni qanunların qəbul olunması, yeni iş yerlərinin açılması , fəaliyyəti dayandırılmış iş yerlərinin fəaliyyət mexanizmlərinin bərpa edilməsi və ölkədə keçirilən bir sıra islahatların dəstəklənməsi məqsədi ilə xaricdən ölkə zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə, və başqa bir çox mühüm sahələrin maliyyələşdirilməsinə yönəldilməsi həyata keçirilir. Cəlb olunan investisiya məqsədliylə ayrılan kreditlərə xidmət birbaşa büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir.
Republikamızda iqtisadiyyatın inkişafı istehsalın stimullaşdırılmasında və həmçinin regionların sosial-iqtisadi inkişafında dövlət büdcəsinin təsirininhəm kəmiyyət, həm də keyfiyyət baxımından qiymətləndirilməsi qeyd edilir. Aparılan iqtisadi islahatların müasir mərhələsində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq istehsal və sosial sahələrin inkişafına büdcə vəsaitlərinin investsiya edilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır. Bu baxımdan vergilərin rolunu xüsusi qeyd etmək lazımdır.Belə ki, vergilər büdcə gəlirlərinin formalaşmasına habelə istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. Bir çox İnkişaf etmiş ölkələrdə vergilər iqtisadiyyatda tənzimləyci bir vasitə kimi də çıxış edir. Vergilər dövlətin istehsalın genişləndirilməsinə onun yeni texnika və texnologiya ilə təmin olunmasına , istehsalın strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsi olmaqla, onun əsas maliyyə mexanizmidir.
Baş verə biləcək bir çox müxtəlif səbəblərdən iqtisadiyyatda, o cümlədən, maliyyə sistemində yarana biləcək qeyri tarazlığı aradan götürməkdən ötrü beynəlxalq təcrübədən istifadə etməklə dövlətin iqtisadiyyatın aparıcısı sahələrinə bu və ya digər formada müdaxilə etməsi baş verir.
İdarəetmə və mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilat, müəssisə, eləcə də hər bir dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqtisadi məsələləri həll etmək üçün maliyyədən istifadə edir. Başqa sözlə desək, hər bir iqtisadi islahat etibarlı və güclü maliyyə təminatına malik olmalıdır. Ö cümlədən, regional inkişaf istiqamətində aparılan işlər, həyata keçirilən layihələr də güclü maliyyə sərfiyyatı tələb edir. Bu mənada qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında maliyyə resursları və bu resurslardan səmərəli istifadəni təmin etməyə yönəldilmiş siyasəti əhəmiyyətli rol oynayır. Dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan maliyyə siyasəti, həm də regionların sosial-iqtisadi inkişafında regional resursların iştirakını təmin edir və tənzimləyir. Başqa sözlə desək, maliyyə siyasəti dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsi, məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadəsinə yönəldilmiş iqtisadi fəaliyyət sahəsidir. Bu sahənin başlıca məqsədlərindən biri də, maliyyə resurslarının toplanması, ədalətli bölüşdürülməsi və səmərəli istifadəsidir.
Yerli və xarici təcrübədən aydın olur ki, istənilən regionun inkişafını təmin etmək üçün vacib amillərdən biri də həmin regionun maliyyə resursları və bu resurslardan istifadə səviyyəsidir. Regionların maliyyə resursları istər regional inkişafın təkanverici qüvvəsi kimi, istərsə də dövlət maliyyəsinin vacib tərkib hissələrindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Müvafiq region ərazisinin tələbatının ödənilməsinə xidmət edən regional maliyyə resursları, əsasən yerli büdcələri əhatə edir. Başqa sözlə desək, regional büdcələr əhaliyə sosial-mədəni və kommunal-məişət xidmətlərinin göstərilməsi ilə bağlı olan geniş əhatəli tədbirlərin maliyyələşdirilməsini təmin edir. Təbii ki, bütün bunlar regional inkişaf baxımından olduqca ciddi əhəmiyyətə malikdir
2014-2018-ci illəri əhatə edən birinci regional dövlət proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Əsas kapitala investisiyaların tərkibində Bakı şəhərinin xüsusi çəkisi xeyli azalmış, regionlarınkı isə dəfələrlə artmışdır. Yerli büdcə gəlirlərinin miqyasının iqtisadi inkişafa adekvat planlaşdırılmamasını regional inkişafa qoyulan investisiyaların həcmi də göstərir. Sosial infrastruktur obyektlərində çalışanlar regionda fəaliyyət göstərən kommersiya təşkilatlarına və fərdi sahibkarlara xidmət etdiyinə görə ədalətli olar ki, onlarda yerli büdcə gəlirlərinin tələb olunan həcmdə formalaşmasında daha fəal iştirak etsinlər. Bundan başqa onların hesabına müəyyən normativlər, məsələn, əhalinin adambaşına düşən ayırmalar əsasında yerli icra hakimiy-yəti orqanlarının büdcədən kənar fondlarının yaradılması düzgün olardı. Bu, eyni zamanda həmin orqanların region iqtisadiyyatının inkişafında maddi maraqlarını yüksəldə bilərdi.
Ölkə prezidentinin 27 fevral 2014-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» yaxın 4 ildə respublikanın bütünlükdə iqtisadi inkişaf strategiyasını müəyyən etmişdir.
Dostları ilə paylaş: |