Gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi məqsədi ilə aparılan işlər 2014-2018-ci illərdə də davam etdiriləcəkdirBunlarla yanaşı ucqar rayon və kənd yerlərində yaşayan gənclər üçün məlumat məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcək, gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması üçün müvafiq şəraitin yaradılması istiqamətində tədbirlər davam etdiriləcəkdir:
• regionlarda gənclərin inkişafı üçün şəraitin daha da yaxşılaşdırılması;
• gənclərin məşğulluğunun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
• gənc mütəxəssislərin regionlarda işləməsinin təşviq edilməsi;
• regionlarda uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği;
• regionlarda idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi işlərinin davam etdirilməsi.
Dövlət Proqramında qeyd olunanbütün bu istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, habelə ölkə əhalisinin rifahının daha da yüksəldilməsi və yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
3. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri "Azərbaycan Respublikasıda regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" daxilində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
•Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ;
•Ölkəmizdə olan digər büdcədənkənar dövlət fondları hesabına ;
• mülkiyyət formasından asılı olmayaraq idarə həmçinin müəssisə və təşkilatların vəsaitləri hesabına ;
• Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri hesabına;
•yerli və xarici sahibkarların vəsaitləri hesabına ;
•beynəlxalq təşkilatların və xarici ölkələrin maliyyə vəsaitləri hesabına ;
• habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına.
NƏTİCƏ Magistr dissertasiyasında yerinə yetirilmiş nəzəri və praktik tədqiqatların nəticələri aşağıdakı kimi ümumiləşdirilmişdir.Təcrübə göstərir ki, maliyyə sisteminin ayrı-ayrı sahə və həlqələrindən deyil, onun kompleks şəkildə inkişafı və təkmilləşdirilməsi iqtisadi yüksəlişə nail olmağın ən vacib və zəruri şərtlərindən biridir.
Maliyyə sistemini təşkil edən alətlər vasitəsilə, bir qrup insanlar, təşkilatlar və dövlətlər tərəfindən qəbul edilmiş yığım qərarları bu yığım vəsaitlərini müxtəlif insanlara, təşkilatlara və ya dövlətlərə investisiya yatırmaq imkanı yaradır. Maliyyə sistemi geniş imkanlara malikdir və bu imkanları öyrənərkən, maliyyə sisteminin əsas elementlərinə nəzər salmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sisteminin rolu getdikcə artmaqdadır. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsi də, genişlənir. Maliyyə fəaliyyəti dedikdə isə, iqtisadi subyektlərin digər subyektlərdən borc alması və ya investisiya və istehlak məqsədilə digər subyektlərə borc verməsidir. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsinin genişlənməsi maliyyə aktivlərinin daha geniş sahələrə yayılması ilə əlaqədardır.
İqtisadi münasibətlərin müəyyən tərəflərini özündə əks etdirən maliyyə sistemi, onun həlqələri ölkənin inkişaf səviyyəsindən asılıdır.Bu gün maliyə sistemi iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Təsadüfi deyildir ki, maliyyə sistemi ölkənin maliyyə siyasətində həmişə xüsusi yer tutur. Məhz buna görə son illər ölkəmizdə maliyyə sisteminə və onun həlqələrinə dair bir sıra mühüm qərarlar qəbul edilir.
Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sistemi özündə bütövlükdə iqtisadiyyatın real sektorunun inkişafına və yaranmış sosial problemlərin həllinə aparan ayrı-ayrı bölmələrinin həm stabil həmdə effektiv həmçinin fəaliyyət göstərməsini təmin edən bir birilə qarşılıqlı əlaqəli kompleks addımlar, alətlər toplusu hesab edilən maliyyə institutlarını ozündə əks etdirir.
Maliyyə sisteminin bu günkü günümüzdə olan tələbləri səviyyəsində qurulması məqsədi ilə qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkədə istehsalın artırılması məqsədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası, onun yenidənqurulması o cümlədən yeni iş yerlərinin açılması və ölkədə keçirilən islahatların dəstəklənməsi məqsədi ilə xaricdən hökumət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə habelə elektrik-enerji sektorunun yenidən bərpa edilməsi və qurulmasına və digər mühüm olan digər sahələrin maliyyələşdirilməsinə yönəldilməsi həyata keçirilir. Cəlb edilən investisiya məqsədli kreditlərə xidmət bilavasitə büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir. İnkişaf etmiş dövlətlərin inkişafının ilkin mərhələsində iqtisadiyyatın nisbətən zəif sahələrini inkişaf etdirmək üçün nizamlayıcı yaxud tənzimləyici siyasətdən geniş istifadə etmişlər.
Respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə maliyyə sisteminin səmərəliyini təmin etməklə yanaşı eyni anda ölkədə sabit büdcə-vergi sistemi həmçinin pul-kredit və gömrük sisteminin qurulmasını tələb edir. İqtisadiyyatda müəyyən tarazlaşmış balans əldə etmək isə dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməlidir.