Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


  III Fəsil. Sənaye müəssisələrində audit tədqiqatlarının



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
abdurahmanov meftun

 


63 
III Fəsil. Sənaye müəssisələrində audit tədqiqatlarının 
təkmilləşdirilməsi istiqamətləri 
3.1 Təşkilatın maliyyə vəziyətinin daxili təhlili metodikası 
Müəssisənin maliyyə vəziyyəti (M.M.V) – bu subyektin maliyyə münasibətlərini, 
bazarın və müəyyən tarixə vəziyyət üzrə onun öz fəaliyyətini maliyyələşdirmə 
qabiliyyətini əks etdirən iqtisadi kateqoriyadır. Təchizat istehsalat, satış və maliyyə 
fəaliyyəti prosesində nəticə kimi – müəssisənin maliyyə vəziyyəti maliyyə resurslarına 
tələbat, onun əmələ gəlmə mənbələri və vəsaitlərin strukturasının dəyişməsi, kapitalın 
dövriyyə prosesinin arasıkəsilmədən dəyişməsi baş verir. 
Maliyyə vəziyyəti sabit, qeyri sabit (böhran qabağı) və böhran vəziyyətində ola 
bilər. Müəssisənin öz vaxtında ödəmə qabiliyyəti, geniş şəkildə öz fəaliyyətini 
maliyyələşdirmək, əlverişli olmayan şəraitdə özünün ödəmə qabiliyyətini saxlamaq, 
müəssisənin yaxşı maliyyə vəziyyətinin olmasını göstərir. 
Müəssisənin maliyyə vəziyyəti onun istehsal, kommersiya və maliyyə
fəaliyyətinin nəticələrindən asılıdır. Əgər istehsal və maliyyə planları müvəffəqiyyətlə 
yerinə yetirilirsə, onda bu vəziyyət müəssisənin maliyyə vəziyyətinə müsbət təsir edir. 
Və əksinə, istehsal və məhsulların satışı üzrə planın yerinə yetirilməməsi nəticəsində 
məhsulların maya dəyərinin yüksəlməsi, satışdan gəlirin və mənfəət məbləğinin 
azalması bir nəticə kimi müəssisənin maliyyə vəziyyətinin və onun ödəmə 
qabiliyyətinin pisləşməsini göstərir. 
Sabit maliyyə vəziyyəti öz növbəsində istehsal planının yerinə yetirilməsinə və 
istehsalın lazımi resurslara olan ehtiyacının təmin edilməsinə müsbət təsir edir. Buna 
görə təsərrüfat fəaliyyətinin tərkib hissəsi kimi maliyyə fəaliyyəti pul resurslarının 
planauyğun daxil olması və xərclənməsinin təmin edilməsinə, hesablaşma intizamının 
yerinə yetirilməsinə, xüsusi və borc kapitalının səmərəli nisbətdə əldə olunmasına və 
onun istifadəsinin daha səmərəli olmasına yönəldilir. 
Maliyyə fəaliyyətinin əsas məqsədi – istehsalın səmərəli inkişafı üçün maliyyə 
resurslarının harada, nə vaxt və necə istifadə olunmasını və maksimum mənfəət 
alınmasını həll etməkdir. 


64 
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən və müəssisənin müflisləşməsinə 
yol verməmək üçün maliyyə ilə necə idarə olunmasını, tərkibi və əmələ gəlmə 
mənbələrinə görə kapitalın strukturasının necə olmasını, xüsusi vəsaitlərin və borc 
vəsaitlərinin hansı nisbətdə olmasını yaxşı bilmək lazımdır. Eyni zamanda işgüzar 
aktivlik kimi – bazar iqtisadiyyatı anlayışının, müəssisənin likvidliyini, rentabellik 
sərhəddini, maliyyə sabitliyi ehtiyatını (təhlükəsiz zonanı), riskin dərəcəsini, maliyyə 
vasitəsinin səmərəsini və s.-ni , eləcə də onların təhlilinin metodikasını bilmək lazımdır. 
Təhlilin əsas vəzifələri: 
1. Müəssisənin maliyyə vəziyyətinin və onun ödəmə qabiliyyətinin yaxşılaşırılması 
ehtiyatlarının axtarılması və maliyyə fəaliyyətində çatışmazlığın öz vaxtında aşkar 
edilməsi və aradan qaldırılması. 
2. Respublikamızın istifadəsinin müxtəlif variantlarında maliyyə vəziyyətinin 
modelinin hazırlanması və mümkün maliyyə nəticələrinin proqnozlaşdırılması. 
3. 
Müəssisənin 
maliyyə 
vəziyyətinin 
möhkəmləndirilməsi 
və 
maliyyə 
resurslarından daha səmərəli istifadə olunmasına yönəldilmiş konkret tədbirlərin 
hazırlanması. 
Müəssisənin maliyyə vəziyyəti sabitliyinin qiymətləndirilməsi üçün dəyişiklikləri 
xarakterizə edən bir çox göstəricilər sistemindən istifadə olunur: 
a) müəssisənin kapitalının quruluşu, onun yerləşməsi və əmələgəlmə mənbələri; 
b) ondan istifadənin səmərəliliyi və intensivliyi; 
v) müəssisənin ödəmə və krediti ödəmə qabiliyyəti; 
q) onun maliyyə sabitliyi ehtiyatı. 
Maliyyə vəziyyətinin təhlili əsasən nisbi göstəricilərlə əsaslandırılır, belə ki, 
inflyasiya şəraitində balansın nisbi göstəricilərini praktiki olaraq müqayisə şəklinə 
gətirmək mümkün olmur. 
Təhlil olunan müəssisənin nisbi göstəricilərini aşağıdakılarla müqayisə etmək olar: 
- müflislik imkanlarını proqnozlaşdırmaq və risk dərəcəsini qiymətləndirmək üçün 
ümumi qəbul olunmuş “normalar”la; 


65 
- digər müəssisənin eyni məlumatları ilə müqayisə aparılmalıdır ki, bu da 
müəssisənin güclü və zəif cəhətlərinin və onun imkanlarının aşkar edilməsinə imkan 
verir. 
- maliyyə vəziyyətinin yaxşılaşdırılması yaxud pisləşməsi təmayülünü öyrənmək 
üçün əvvəlki illərin oxşar məlumatları ilə müqayisə aparılmalıdır. 
Müəssisənin maliyyə vəziyyətinin təhlilində nəinki müəssisənin rəhbərləri və 
müvafiq xidmət işçiləri məşğul olur, eyni zamanda resurslardan istifadənin 
səmərəliliyini öyrənmək məqsədi ilə müəssisənin sahibkarları, investorlar, kreditləşmə 
şəraitini öyrənmək və risk dərəcəsini müəyyən etmək üçün banklar, büdcəyə vəsaitin 
daxil olması planının yerinə yetirilməsi üçün vergi müfəttişliyi, ödənişlərin öz vaxtında 
alınması üçün malgöndərənlər və s. məşğul olur. Bunlarla əlaqədar təhlil daxili və xarici 
təhlilə bölünür. 
Daxili təhlil müəssisə işçiləri tərəfindən aparılır və onun nəticəsi maliyyə 
vəziyyətini planlaşdırmaq, nəzarət etmək və proqnozlaşdırmaq üçün istifadə edilir. 
Onun məqsədi – pul vəsaitlərinin planauyğun daxil olmasını təmin etmək və borc 
vəsaitlərini elə yerləşdirmək lazımdır ki, müəssisənin normal fəaliyyəti üçün şərait 
yaradılması, maksimum mənfəət alınması və müflislik riskinin aradan qaldırılması 
mümkün olsun. 
Xarici təhlil - investorlar, malgöndərənlər və dərc olunan hesabat əsasında isə 
nəzarətedici orqanlar tərəfindən aparılır. Onun məqsədi – qoyulmuş vəsaitin gəlirli 
olması imkanını müəyyən etməkdir ki, maksimum mənfəət təmin edilsin və risk 
itkisinin aradan qaldırılması mümkün olsun. 
Maliyyə vəziyyətinin təhlili üçün əsasən aşağıdakı informasiya mənbələrindən 
istifadə olunur: 
- mühasibat balansı ( 1 №-li forma); 
- mənfəət və zərərlər haqqında hesabat ( 2 №-li forma); 
- kapitalın hərəkəti ( 3 №-li forma); 
- digər hesabat formaları; 
- ilkin və mühasibat uçotunun analitik məlumatları. 


66 
Mühasibat balansında müəssisənin sərəncamında olan vəsaitlər və vəsaitlərin 
əmələ gəlmə mənbələri haqqında informasiya olur. 
Müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək və proqnozlaşdırmaq üçün 
balansı yaxşı oxumağı bacarmaq və onun təhlili metodikasını yaxşı bilmək lazımdır. 
Müəssisəsinin balansın aktivində müəssisə vəsaitləri üç bölmə üzrə qruplaşdırılır: 
1. Uzunmüddətli aktivlər (qalıq dəyəri ilə vəsaitlər, uzunmüddətli maliyyə 
qoyuluşları, bitməmiş əsaslı tikintilər, müəssisə təsisçiləri ilə hesablaşmalar, icarəyə 
götürənlərlə hesablaşmalar və s.). 
2. Qeyri-maddi aktivlər (satın alınmış patentlər, lisenziyalar, torpaq sahələrindən, 
təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, broker yerləri, “nou-hau” proqram 
məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları, təşkilatı xərclər, ticarət markaları, 
əmtəə nişanları və s.). 
3. Cari aktivlər (istehsal ehtiyatları, bitməmiş istehsal üzrə məsrəflər, hazır
məhsullar, mallar, debitorlarla hesablaşmalar, pul vəsaitləri və sair aktivlər). 
Müəssisə vəsaitlərinin mənbələri balansın passivində əks etdirilir və iki qrupa 
bölünür: 
1. Xüsusi vəsaitlərin mənbələri (nizamnamə kapitalı, fondlar və ehtiyatlar, 
bölüşdürülməmiş mənfəət və s.). 
2. Hesablaşmalar və sair passivlər (uzunmüddətli və qısa müddətli maliyyə 
öhdəlikləri üzrə borclar, yəni uzunmüddətli bank kreditləri, bir ildən artıq müddətə olan 
borclar, qısamüddətli bank kreditləri, qısamüddətli borclar, əmək ödənişləri üzrə, sosial 
sığorta ə təminat üzrə borclar, digər kreditorlara olan borclar və s.) 
Balans müəssisənin maliyyə vəziyyətinin xarici təhlili üçün lazımi informasiyalar 
alınmasına imkan verir. Daxili təhlilin aparılması isə balansın bir çox göstəricilərinin 
izah edilməsini, şərh edilməsini tələb edir. 
Balansın passivində göstərilən məlumatlar xüsusi və borc kapitalda nə kimi 
dəyişikliklər olmasını, müəssisənin dövriyyəsinə nə qədər uzun və qısamüddətli borc 
vəsaitlərinin daxil edilməsini müəyyən etməyə imkan verir ki, vəsaitlər haradan alınıb, 
onlara görə müəssisə kimə borcludur . 


67 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin