54
və xalis satış dəyərinin daha kiçik olanı ilə qiymətləndirilir.
e) Kənar təsdiq
Təsdiq - müəyyən informasiya və ya mövcud vəziyyət barədə bilavasitə üçüncü
şəxsdən yazılı təqdimatın əldə edilməsi prosesidir.
- Verilən tarixə olan qalıqları təsdiq edən bank məktubu.
- Debitor borclarının sirkulyasiyası ki, bu zaman qalıqların təsdiqlənməsi üçün
müştərilərə sorğular göndərilir.
- Şərti öhdəliklərlə bağlı ekspert hüquqşünasların təsdiqi.
- Üçüncü tərəflərə məxsus olan mal-material ehtiyatları və ya investisiyalann
təsdiqlənməsi.
- Müqavilə şərtlərinə və ya iqtisadi subyektin üçüncü tərəflə birgə əməliyyatlarına
edilən dəyişikliklərin təfərrüatları barədə təsdiq.
f) Təkrar hesablama
Təkrar hesablama sənədlərin və qeydlərin riyazi dəqiqliyinin yoxlanılmasını daxil
edir. O, əl usulu və ya (CAAT - computer-assited audit tecnniques) Kompüterləşdirilmiş
audit metodları vasitəsilə yerinə yetirilə bilər. Məsələn: Amortizasiya hesablamaları
auditorun işçi heyəti tərəfindən təkrar hesablamaqla yoxlanılır
Dostları ilə paylaş: