Borc kapitalının quruluşunda olan dəyişik
8 saylı cədvəl.
Kapitalın mənbələri
Məbləği, man.
Kapitalın quruluşu, %-lə
İlin əvvəlinə
ilin axırına
ilin əvvəlinə
ilin axırına
Dəyişiklik
+, -
Qısamüddətli bank
kreditləri
15000
-
2,8
-
-2,8
Kreditor borcları:
Əmək ödənişləri üzrə
73050
68760
13,9
6,5
-7,4
Mal satanlara
378575
721870
71,9
68,1
-3,8
Sosial sığorta
orqanlarına
59928
129376
11,4
12,2
+0,8
Büdcəyə
-
139566
-
13,2
+13,2
Cəmi
526513
1059572
100
100
x
Cədvəldən görünür ki, borc kapitalının quruluşunda bank kreditləri ilin əvvəlinə
2,8 % olduğu halda, ilin axırına qısamüddətli bank kreditləri ödənilmişdir.
71
Kreditor borclarının tərkibində mallara, iş və xidmətlərə görə mal göndərənlərə
olan borcdur ki, o da ilin əvvəlinə nisbətən azalmış, xüsusi çəki etibarı ilə də azalmışdır,
eyni zamanda sosial sığorta və təminat üzrə olan borc, büdcəyə olan borcun həcmi və
xüsusi çəkisi il ərzində artmışdır.
Qeyd etmək lazımdır ki, müəssisə borcu vaxtında qaytarmadıqda müəssisəyə
cərimə hesablanır, bu da müəssisənin maliyyə vəziyyətinə təsir edir. Buna görə təhlil
prosesində kreditor borcunun mövcudluğu, aşkar olunma tarixi, tərkibi, malsatanlara,
əmək ödənişləri üzrə, sosial sığorta orqanlarına, büdcəyə vaxtı keçmiş borcların
əmələgəlmə səbəblərini öyrənmək lazımdır, ödənişlərin vaxtının keçməsinə görə
ödənilən cərimə məbləğini müəyyən etmək lazımdır.
Kreditor borclarını təhlil edərək nəzərə almaq lazımdır ki, kreditor borcları eyni
zamanda debitor borclarının örtülmə mənbələri sayılır. Buna görə təhlil prosesində
debitor və kreditor borcları məbləğlərini müqayisə etmək lazımdır. Əgər birinci
ikincidən artıq olarsa, onda bu debitor borclarında xüsusi kapitalın səfərbərliyə
alınmasını göstərir.
Beləliklə müəssisə fəaliyyətinin maliyyələşdirmə mənbələrinin səmərəli təşkili və
onun bazar sabitliyini qiymətləndirmək üçün xüsusi və borc vəsaitlərinin quruluşunu
təhlil etmək lazımdır. Bu an çox mühümdür, birincisi, maliyyə risk dərəcəsini öyrənmək
üçün informasiyalar xarici istehlakçılar (məsələn, banklar və digər malsatanlar) üçün
mühümdür və ikincisi maliyyə strategiyasının işlənilməsi və maliyyə təşkilinin
perspektivli variantını müəyyən etmək üçün müəssisənin özü üçün lazımdır.
Balansın aktivində müəssisənin sərəncamında olan kapitalın yerləşməsi haqqında,
yəni konkret əmlak və material qiymətlilərə kapital qoyuluşu haqqında, məhsul istehsalı
və satışına müəssisə xərcləri haqqında, sərbəst pul vəsaitlərinin qalıqları haqqında
məlumatlar olur. Hər bir növ kapitalın yerləşməsi balansın ayrı-ayrı maddələrinə
uyğundur.
Balansda göstərilən məlumatlar üzrə müəssisənin aktivində hansı dəyişikliklər
olmasını, müəssisənin hansı hissəsinin hərəkətdə olmamasını, hansı hissənin dövriyyə
vəsaiti olmasını, o cümlədən istehsal və tədavül sferasında olanları görmək olar.
72
Balansın aktiv maddələrinin əsas qruplaşma əlaməti onların likvidlik dərəcəsi
(nağd pula çevrilmə sürəti) hesab olunur. Bu əlamət üzrə balansın bütün aktivləri əsas
kapitala, yaxud uzunmüddətli kapitala (I bölmə) və cari (dövriyyə) aktivlərinə (II və III
bölmələr) bölünür.
Müəssisə vəsaitləri onun daxili dövriyyəsində və ondan kənarda (debitor borcları,
qiymətli kağızların, aksiyaların satın alınması) istifadə oluna bilər.
Dövriyyə kapitalı istehsal sferasında (ehtiyatlar, bitməmiş istehsal, gələcək dövrün
xərcləri) və tədavül sferasında (anbarda olan hazır məhsullar, qısa müddətli maliyyə
qoyuluşları, kassa və bankda olan hesablarda nağd pul vəsaiti, mallar və s.) ola bilər.
Kapitala pul və material formasında depozitlər, qısamüddətli maliyyə qoyuluşları,
hesablaşmalarda olan vəsaitlər daxildir. Material formasında aktivlərə - əsas vəsaitlər,
bitməmiş əsaslı tikinti, ehtiyatlar, bitməmiş istehsal, hazır məhullar daxildir. İnflyasiya
dövründə pul formasında olan aktivlərdə yerləşən vəsaitlər onların alıcılıq qabiliyyətinin
azalmasına gətirib çıxarır.
Maliyyə vəziyyəti və onun səmərəliliyinin yüksəldilməsində müəssisə vəsaitinin
yerləşməsinin çox böyük əhəmiyyəti vardır. Buradan da müəssisənin maliyyə vəziyyəti
istehsal və maliyyə fəaliyyətinin nəticələrindən asılıdır, yəni əsas və dövriyyə
vəsaitlərinə hansı ayırmalar olmuşdur, onların nə qədəri istehsal və nə qədəri tədavül
sferasındadır, onların optimal nisbəti nə dərəcədədir. Əgər müəssisənin yaradılmış
istehsal gücü tam istifadə edilmirsə, xammal, material yoxdursa, bu vəziyyət
müəssisənin maliyyə nəticəsinə və onun maliyyə vəziyyətinə pis təsir etdiyini göstərir.
Əgər yaradılan artıq istehsal ehtiyatları mövcud istehsalat sahəsində tez emal edilmirsə,
bunlar da müəssisənin maliyyə vəziyyətinə pis təsir edir. Nəticədə kapital dondurulur,
onun dövriyyəsi gecikdirilir və nəticə kimi maliyyə vəziyyəti pisləşir. Yaxşı maliyyə
nəticəsi və yüksək rentabellik səviyyəsi olan müəssisə əgər o, öz maliyyə resurslarını
səmərəli istifadə etmirsə, normativdən artıq istehsal ehtiyatlarına vəsait qoyursa yaxud
çoxlu miqdarda debitor borclarına yol verilirsə müəssisə maliyyə çətinliyinə məruz qala
bilər.
Buna görə müəssisə aktivinin təhlili prosesində onların tərkibi və quruluşunda olan
dəyişikliyi öyrənmək və onlara qiymət vermək lazımdır.
|