Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”


Şəkil 5. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi



Yüklə 0,72 Mb.
səhifə11/29
tarix16.12.2023
ölçüsü0,72 Mb.
#181085
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
zizov-li-sk-nd-r-809Mq (1)

Şəkil 5. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi
1.3. Sənaye mallarının keyfiyyətinə texniki nəzаrətin növləri

Məhsulun keyfiyyəti onun konstruksiyasının işlənilməsi dövründə qoyul­maqla istehsalatda təmin edilir. Keyfiyyət qabaqcıl texnologiyanın tətbiqi, tex­no­loji intizama əməl edilməsi, tələb olunan istehsal mədəniyyəti səviyyəsinin təmin edilməsi, bütün mərhələlərdə onun texnoloji prosesinə nəzarətin ciddi təşkili və məhsulun standartlara və digər normativ sənədlərə uyğunluğunun təmin edilməsi sayəsində əldə edilir.


Məhsulun istehlak xassələrini və onun keyfiyyətini nəzərdə tutan keyfiyyətə nəzarətin tələbləri məcburi qaydada bütün standartlara və texniki şərtlərə daxil edilir. Keyfiyyətə nəzarət aşağıdakı tələbləri müəyyən edir: standartlaşdırmaya məruz qalacaq məhsulun sınaq növlərini; sınaqların müntəzəmliyini; texniki tələblərin hər bir maddəsi üzrə sınaq üsullarını; sınaqlar üçün seçmə nəzarəti tətbiq edilərkən nümunələrin hazırlanmasını və seçmə qaydalarını; nəzarətin aparılma qaydalarını; məhsulun standartlara, yaxud texniki şərtlərə uyğunluğu haqqında nəzarət prosesinin parametrlərini və mülahizə meyarlarını; lazımi dəqiqlik göstərilməklə nəzarət-ölçü avadanlıqlarına, cihaz və alətlərə, həmçinin sınaq stendlərinə və qurğulara qoyulan tələbləri; nəzarətin nəticələrinin işlənməsi üsullarını; nəzarətin nəticələrinin protokollarının formasını.
Hazır məmulatların təhvil-təslim, dövrü, tipli, attestasiya və istismar sınaq növləri mövcuddur.
Təhvil-təslim və müntəzəm sınaqlar mal göndərən (istehsalçı) üçün məc­buri olmaqla, hazırlanmış məhsulun keyfıyyətinin standartın tələblərinə uyğun­lu­ğunu yoxlamaq üçün aparılır. Bu məqsədlə istehlakçı da təhvil-təslim sınaqlarını apara bilər. Belə sınaqlarda tətbiq edilən üsullar adətən arbitraj məqsədilə müqayisəli nəticə almaq üçün istifadə edilir. Onları, həmçinin məhsulun keyfıyyətinə müfəttiş nəzarəti zamanı da tətbiq edirlər. Müntəzəm sınaqlar üçün nümunələr müəyyən dövrdə hazırlanmış məhsuldan təsadüfi seçmə üsulu ilə götürülür.
Tipli sınaqlar hər bir yeni məhsul növü mənimsənildikdə, həmçinin məh­sulun keyfiyyətinə və texniki xarakteristikasına təsir göstərə bilən konstruksiya, hazırlanma texnologiyası, yaxud materiallar dəyişdirildikdə istehsalçı tərəfindən keçirilməlidir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin