2.1. Sənaye mallarının keyfiyyət səviyyəsinin iqtisadi cəhətdən qiymətləndirilməsi
Məlumdur ki, məhsulun səmərəliliyi onun keyfiyyətinin ən vacib ümumiləşdirici xarakteristikalarından biridir. Qiymətləndirilən məhsulun istifadəsinin iqtisadi səmərəsi nə qədər çoxdursa, digər analoji məhsulla müqayisədə bir o qədər keyfiyyətli sayılır. Ən sadə ümumi halda iqtisadi səmərə E iqtisadi fəaliyyətin nəticəsi (mənfəət) R ilə məhsulun istehsalına çəkilən bütün xərclərin X fərqinə bərabərdir, yəni
Başqa sözlə, mənfəət şəklində iqtisadi səmərə Is gəlirdən G xərcləri X çıxdıqda qalan məbləğdir:
məhsulun istehsalçısı üçün səmərə:
burada, Gtop – məhsulun topdansatış qiyməti; V – satılan məhsulun miqdarı (həcm); Xist – məhsulun istehsal xərcləridir.
Texnikanı istismar edən istehlakçı üçün
burada, G – məhsulun istismarının faydalı səmərəsinin qiyməti; N – buraxılan məhsulun və ya yerinə yetirilən işin miqdarı; Gn – istehlak qiyməti (satış qiyməti) ilə istismar xərclərinin cəmidir.
Tam mənfəət və ya tam iqtisadi səmərə pul ifadəsi ilə belə tapılır:
Qiymətləndirilən məhsulun keyfiyyət səviyyəsi Yk.s iqtisadi səmərəliliyə görə daha sadə bir düstur ilə hesablanır:
burada, İs – qiymətləndirilən məhsuldan tam mənfəət və ya iqtisadi səmərə; İbaz – baza məhsulundan tam mənfəətdir.
Digər tərəfdən, məhsulun inteqral göstəricisi və keyfiyyət səviyyəsinin uyğun göstəricisi texniki-iqtisadi göstəricilər kimi iqtisadi göstəricilərə çevrilə bilər, əgər məhsulun dəyəri və onun faydalılığının qiyməti məlumdursa, yəni istehlak dəyəri məlum olarsa. Bu halda keyfiyyətli məhsul istehsalının inteqral iqtisadi göstəricisini belə hesablamaq olar:
Məhsulun istismarını xarakterizə edən analoji göstəricini isə belə təyin etmək olar:
Məhsulun keyfiyyətinin iqtisadi qiymətləndirilməsində xərclərin uçotunu məhsulun bütün həyat dövrünün əsas mərhələlərinin nisbətləri kimi təyin edirlər.
Qeyd edək ki, məhsulun istehsalına çəkilən xərclərə Xr tətbiqi ETİ, layihə və konstruksiyaetmə və s. xərcləri də daxil edirlər. İstismar xərclərinə isə birbaşa və dolayı xərclər (məsələn,təhlükəsizlik tədbirlərinə, məhsulun ekolojiliyinə, həmçinin lazım olduqda məhsulun məhv olunması və utilləşdirilməsinə çəkilən xərclər) daxil edilir.
Məhsulun keyfiyyətinin ümumiləşmiş iqtisadi qiymətləndirilməsini, xüsusilə pul vahidi ilə ifadəsini dəqiq tapmaq xeyli çətindir, çünki bunun üçün böyük miqdarda məlumat əldə etmək lazımdır, bunlar isə adətən çox istifadə olunmayan, ona görə də məlum olmayan məlumatlardır. Lakin bu məlumatları əldə etmək mümkün olduqda iqtisadi qiymətləndirmə tətbiq olunur.
Dostları ilə paylaş: |