Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 0,72 Mb.
səhifə22/29
tarix16.12.2023
ölçüsü0,72 Mb.
#181085
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
zizov-li-sk-nd-r-809Mq (1)

Qeydiyyat metodu müəyyən hadisələr, əşyalar və xərclərin hesablanması yolu ilə alınan informasiyadan istifadəyə əsaslanır. Bu metodla, məsələn, məmulatın istismar müddətində onun imtinalarının sayı, məmulatın yaradılması və istismarına çəkilən bütün xərclər, mürəkkəb məmulatın bütün hissələrinin sayı, uzunömürlülük, imtinasızlıq, saxlanılma müddəti, həmçinin standartlaşdırma və eyniləşdirmə, patent-hüquq göstəriciləri və s. təyin edilir.
Orqanoleptik metod insanın hissetmə orqanları tərəfindən qəbul edilən duyğu və təsvirlərin nəticəsində alınan informasiyanın istifadəsinə əsaslanır. Buraya insanın görmə, eşitmə, iybilmə, ağrını hissetmə və dadbilmə kimi hiss və duyğuları daxildir. Bu metodla keyfıyyət göstəriciləri konkret fərdin subyektiv təsəvvürlərinə, iş təcrübəsinə əsaslanır və əsasən balla ifadə olunur. Aydındır ki, bu metodla keyfıyyət göstəricilərinin dəqiqliyi və dürüstlüyü insanın qabiliyyəti, sənətkarlığı və vərdişlərindən xeyli dərəcədə asılıdır. Məhz buna görə də bu metodla məhsulun keyfıyyət göstəricilərinin təyinində texniki vasitələrin istifadəsi də istisna edilmir. Bunlara, məsələn, lupa, mikroskop, mikrofon və s. texniki vasitələri aid etmək olar. Orqanoleptik metodla əsasən məhsulun erqonomik və estetik keyfıyyət göstəriciləri təyin edilir.
Hesabat metodunda məmulatın keyfıyyət göstəricilərinin ədədi qiymət­lərinin təyini nəzəri və ya empirik asılılıqlardan istifadəyə əsaslanır. Bu metod texnikanın layihələndirilməsi və konstruksiya edilməsində, hələ məmulatın özü-nün təcrübə-sınaq obyekti kimi istifadə edilməsi mümkün olmadıqda tətbiq olunur. Adətən hesabat metodunu keyfıyyət göstəricilərinin normativ (optimal) qiymətlə­rinin təyinində (məsələn, məhsuldarlığın, əmək tutumunun, etibarlılığın və s.) istifadə edirlər.
Çox vaxt keyfıyyət göstəricilərinin qiymətlərini bir neçə metodu eyni zamanda tətbiq etməklə tapırlar. Məsələn, təmirəyararlığın normativ göstəricisi müxtəlif ixtisasa və peşə hazırlığına malik işçilərin orta əmək sərfləri (norma- saatla) kimi təyin edilə bilər. Bu zaman verilmiş növ məhsulun təmirində iştirak edən şəxslərin əməyinin miqdarını hesablamaq üçün qeydiyyat metodundan, təmirdə müxtəlif işlərin müddətini müəyyən etmək üçün isə ölçmə metodundan istifadə edilir.
Keyfıyyət göstəricilərinin qiymətlərinin təyininin ənənəvi metodunda informasiyalar ənənəvi mənbələrdən alınır və onları müəssisənin müvafiq struktur bölmələrinin işçiləri yerinə yetirirlər. Belə bölmələrə laboratoriyalar, sınaq stan­siya­ları, poliqonlar (eksperimental bölmələr) və konstruktor şöbələri, hesablama mərkəzləri, keyfıyyətə nəzarət şöbələri, digər bölmə və xidmətlər aid edilir. Labo­ratoriyalarda, məsələn, materialların fıziki-mexaniki xassələri, texniki məmulat­ların istismarında səs, titrəmə, şüalanma, enerji sərfı və digər lazımi məlumatlar əldə edilir. Sınaq stansiya və poliqonlarında etibarlılıq, ekolojilik və təhlükəsizlik, həmçinin məhsulun keyfıyyətini səciyyələndirən digər məlumatlar əldə edilir.
Ekspert metodu məhsulun keyfıyyət göstəricilərinin qiymətlərinin təyinində o vaxt istifadə olunur ki, digər, daha obyektiv metodlarla bu göstəriciləri təyin etmək mümkün olmur.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin