Şəkil 7. Təşkilatın (müəssisənin) keyfıyyətin idarəetmə sisteminin sadə modeli:
1-birbaşa əlaqə kanalı ilə keyfıyyətin idarə olunması üçün idarəedən təsir və informasiya; 2-əksinə əlaqə kanalı ilə idarəolunan yarımsistemin keyfıyyətinin vəziyyəti haqda informasiya; 3-sistemin girişində keyfıyyət; 4-sistemin çıxışında keyfıyyət (məhsulun, xidmətin, yerinə yetirilən öhdəliklərin keyfıyyəti); 5-keyfıyyətin idarəolunmasında xarici təsir; 6-xaric olunan informasiya və sənədlərin (həllin) keyfıyyəti; 7-ətraf mühitin keyfıyyəti haqqında informasiya.
Kİ inkişafı ilə ölkənin qabaqçıl müəssisələrində Kİ-nin avtomat sistemləri kompleksi yaranmağa başladı. Kİ kompleks sistemləri və Kİ avtomat sistemləri xalq təsərrüfatının müxtəlif sahələrinin bir sıra müəssisələrində müvəffəqiyyətlə yayılır və geniş istifadə olunur.
Ümumiyyətlə, müəssisələr səviyyəsində Kİ sisteminin inkişaf etdirilməsində aparılan işlərin tam kompleksini müsbət qiymətləndirmək olar.
1. Bir çox hallarda keyfiyyət sahəsində işlərin vəziyyətinin kifayət qədər dərin analizi aparılmırdı, bu isə təbii olaraq sistemin yaranmasında və fəaliyyətində səthi yanaşmaya, Kİ üzrə funksiya məsələlərinin çox məhdud sahə tutmasına, idarəetmə- nin vacib prinsiplərinə riayət edilməməsinə gətirib çıxarırdı.
2. Məhsulun keyfıyyəti və əmək dərəcəsinin dəyəri hər zaman obyektiv qiymətləndirilmirdi (istər işlədilən metodların natamam olması, istərsə də müəssisələrin olduqca mərkəzləşdirilmiş inzibati idarəedilməsində çatışmamazlıqlarla bağlı olan səbəblərdən).
3. Kİ-nin öyrənilməsinin əhəmiyyəti lazımi qədər qiymətləndirilmirdi. Bu da keyfıyyət sahəsində görülən bütün işlərin işçilər tərəfindən anlaşılmamasına gətirib çıxarırdı. Ona görə də dərslər bir çox hallarda lazımi səviyyədə keçirilmirdi.
4. Məhsulun keyfıyyətinin yüksəldilməsi və təmin edilməsi işində müəssisələrin və təşkilatların hamısı iştrak etmirdi.
5. Sistem çərçivəsində Kİ üzrə işə bir çox hallarda müəssisələrin rəhbərləri yox, TNŞ rəisləri başçılıq edirdi. Rəhbərlər və TNŞ arasında «plan üçün» və «keyfiyyət üçün» işində (bir sox hallarda axırıncıların xeyrinə olmayan) təbii ziddiyyət yaranırdı.
6. Sistemlər materialların, detalların, düyünlərin və məhsulun defekt və dayanmalarını üzə çıxartdıqda, səbəblərin «öyrənilməsi»ni operativ aparmırdılar.
7. Kİ-nın əsasını təşkil edən prinsiplər müəssisələrdə, real şəraitdə çox vaxt yaddan çıxarılırdılar və onların bir qismi həyata keçmirdi.
8. Kİ prinsiplərinin realizəsi zamanı ideologiya və fəaliyyətin zəif stimullaşdırılması həyata keçirdi.
9. Kİ çərçivəsində yüksək keyfıyyətli məhsulun istehsalı lazımınca dəyərləndirilmirdi.
10. Kİ sistemləri başqa idarəetmə sistemləri ilə zəif qarşılıqlı əlaqələndirilirdi.
11. Sistemin yaranması və fəalliyyəti zamanı Kİ-nın insani amili demək olar ki, nəzərə alınmırdı.
Bundan başqa, kompleks Kİ zamanı ticarət-texniki xidmətə və məhsulun xüsusiyətlərinin onun tələbatına olan sosial-psixoloji təsirinə praktik olaraq diqqət yetirilmirdi. Bununla bərabər Kİ sistemlərinin effektivliyinin aşağı olması ancaq göstərilən çatışmamazlıqlarla şərtləndirilmir, həm də əhəmiyyətli dərəcədə aşağı səviyyəli istehsalatın olması ilə bağlıdır.
Əsas səbəb kimi onu göstərmək olar ki, Kİ aparılması mexanizmi lazımı qaydada istiqamətləndirilməmişdir, yəni o alıcıya və rəqabət aparma bacarığına malik olan məhsulun buraxılmasına və stabil parametrlərlə yüksək keyfıyyətli xidmət göstərilməsinə yönəlməmişdir.
Bizim ölkədə Kİ aid işlərin inkişafının təhlili göstərir ki, idarəetmədən sistemli yanaşmanın nəinki keyfıyyət məsələlərində, hətta müəssisənin bütün fəaliyyətində daha çox istifadə etmək lazımdır. Bu kimi təcrübə 70-80-ci illərdə SSRİ istehsalatında toplanmışdır. Onun ümümiləşdirilməsi, müəssisə tərəfındən istehsal sahələri və onun yarımsistemlərinin yaranmasını və fəaliyyətini qaydaya salan sənaye müəssisələrinin və istehsalat birliyinin idarə olunmasında dövlət standartları kompleksinin yaradılmasına və eksperimental qaydada tətbiq edilməsinə imkan yaratdı. Belə istehsal sahələrinə Kİ-nin standartlaşdırma əsasında tətbiqi müəyyən dərəcədə işin texniki-iqtisadi göstəricilərinin yüksəlməsinə, onların fəaliyyətinin daha yüksək iqtisadi effekt almasına səbəb olur.
Bu proseslər tətbiq olunmuş bir çox müəssisələr hesab edirdilər ki:
idarəetmə aparatında fəaliyyətin təkrar edilməsi istisna olunurdu;
idarə işçilərinin məsuliyyəti və əmək intizamı artırdı, məsələnin həlli və standartların tələb olunması ilə çalışqanlıq və nəzarətin təşkil edilməsı yaxşılaşırdı.
Bütövlükdə bu standartların tətbiqi əvvəllər müəssisələrdə fəaliyyətdə olan bütün sistemləri qaydaya salırdı.
İstehsal sahələrinə Kİ-ni standartlaşdırma əsasında tətbiq etdikdə əsas çatışmamazlıqlara və çətinliklərə o zaman aşağıda göstərilənləri aid edirdilər:
1) bir çox mütəxəssislərin belə sistemlərin yaradılması zərurətini anlamaması;
2) müəssisə rəhbərlərinin aşağı dərəcədə aktivliyi;
3) mütəxəssis və rəhbərlərin aşağı dərəcədə idarəetmə hazırlığı;
4) baş və baza təşkilatları tərəfındən zəif metodiki rəhbərlik;
5) idarəetmədə (təkmilləşdirmə və uyğunlaşmada) xüsusi şöbələrin olmaması;
6) inzibati komanda sistemi şəraitində idarəetmənin təkmilləşdirilməsi işində marağın olmaması.
Əsas çatışmamazlıqlar mərkəzləşdirilmiş planlı bölüşdürülmüş iqtisadiyyatın təbiətinin özündən doğurdu.