Konkret nomenklaturvə ya başqa sözlə, konkret növ məmulatların nomenklaturu qiymətləndirilən məmulat və ya məmulat sırasının (bir neçə eyni növlü) keyfiyyət göstəricilərinin daha dəqiqləşdirilmiş siyahısıdır. Bu daha tam nomenklaturdur, bütün xarakterik əlamətləri nəzərə alınmaqla bu və ya digər məmulatın real keyfıyyətini adekvat qiymətləndirməyə imkan verir.
Məmulatların keyfıyyətini qiymətləndirmə (ekspertiza) təcrübəsində və göstəricilər nomenklaturunun seçilməsində iki hala rast gəlinir.
Birinci halda, verilmiş məmulat qrupunun keyfıyyət göstəricilərinin geniş nomenklaturu əvvəlcədən işlənməmişdir. Belə vəziyyətdə qiymətləndirilən məhsulu səciyyələndirən keyfıyyət göstəricilərinintipik nomenklaturu seçilir. Tipik nomenklatur əsasında əvvəlcə analoji məmulatlar üçün geniş nomenklatur formalaşdırılır. Bundan sonra qiymətləndirilən məhsulun keyfıyyət göstəricilərinin konkret nomenklaturunun əsaslandırılmış seçimi aparılır.
İkinci, daha sadə halda, verilmiş məmulat qrupu üçün geniş nomenklatur məlumdur. Ona görə verilmiş məmulat və məmulat qrupunun keyfıyyətinin miqdarca qiymətləndirilməsi müəyyən baza göstəricisinin ədədi qiyməti, müəyyən keyfıyyət səviyyəsinin saxlanmasını tələb edir, yəni bunlar məmulatın texniki səviyyəsini müəyyən edir. Aydındır ki, yuxarıdakı söz birləşmələrinin müəyyən fərqi də mövcuddur. Birinci hər hansı məhsula, ikinci isə əsasən texniki məmulatlara daha çox aiddir.
FƏSİL III. SƏNAYE MƏMULATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏRİNİN TƏYİN EDİLMƏSİ METODLARI
Sənaye məhsulunun keyfiyyət göstəricilərinin ədədi qiymətlərinin təyini metodları iki qrupa bölünür:
İnformasiyanın alınma üsuluna görə məhsulun keyfıyyət göstəricilərinin ədədi qiymətlərinin təyini metodları bunlardır: ölçmə, qeydiyyat, orqanoleptik və hesabı. İnformasiya mənbələrinə görə isə göstəricilərin qiymətlərinin təyin edilməsi ənənəvi, ekspert, sosioloji (marketinq) metodları ilə aparılır.
Məhsulun keyfıyyət göstəricilərinin ədədi qiymətlərinin ölçmə metodu ilə təyini texniki ölçmə vasitələrinin istifadə edilməsilə alınan informasiyalara əsaslanır. Ölçmələrin nəticələri zəruri hallarda müvafıq hesablamalar və çevrilmələr aparmaqla normal və ya standart şərtlərə, məsələn, normal temperatura (+20°C), normal atmosfer təzyiqinə (1,013∙105 N/m2 və s.) gətirilir. Ölçmə metodu ilə əksər keyfıyyət göstəriciləri təyin edilir. Məsələn, məmulatın kütləsi, forması, ölçüləri, mexaniki və elektrik gərginliyi, mühərrikin dövrlər sayı, nəqliyyat vasitələrinin sürəti və digər fərdi keyfıyyət göstəriciləri məhz ölçmə ilə təyin edilir.