Keyfiyyət çoxlu xüsusiyyətlərə malik olan həcmli, mürəkkəb və universal kateqoriyadır.
Fəlsəfi nöqteyi-nəzərdən keyfıyyət müzakirə olunan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o, spesifik olur, digər obyektlərdən seçilir. Bununla belə keyfıyyət bir çox obyektləri bir ortaya cəmləyir, yəni həmcins edir. Keyfıyyət kateqoriyası insanın obyektiv reallığı dərk etməsinin münasib pilləsini bildirir. Araşdırmanın ilkin mərhələsində obyekt ilk əvvəl hansısa bir xüsusiyyətlə və yaxud bir sıra xüsusiyyətlərlə seçilir. Fəlsəfi nöqteyi-nəzərdən burada xüsusiyyət obyektin keyfiyyətinin müəyyən tərəfinin başqa, qarşılıqlı əlaqədə ola biləcək, obyektlərə münasibətinə yanaşma üsulu kimi izah olunur. Nə qədər ki, hər bir obyekt başqa cisim və hadisələrlə qarşılıqlı əlaqədədir o, külli miqdarda xüsusiyyətlərə malik ola bilər. Ancaq keyfıyyəti xüsusiyyətlər cəmi kimi təyin etmək təşəbbüsü müvəffəqiyyətlə nəticələnmir. Bu, tamamilə konkret maddi obyektlərə aiddir. O ki, qaldı məmulatlara, keyfiyyət kateqoriyası ancaq ayrı-ayrı xüsusiyyətlər demək deyil, o, bu obyektin funksional birlikdə mühüm xüsusiyyətlərinin bütöv xarakteristikasını bildirməlidir.
Keyfiyyətin sosial nöqteyi-nəzəri ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin müzakirə olunan obyektə münasibətindən asılıdır.
Keyfiyyətin texniki tərəfi araşdırılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılıdır.
Təhsildə texniki qanunauyğunluq və fiziki, elektromexaniki və digər eyni təyinatlı cisimlərin xüsusiyyətlərinin aşkarlanması araşdırmalar obyekti olurlar. Mühəndis mövqeyindən keyfıyyət seçilən obyektin cəm xüsusiyyətinin hansısa bir etalona görə müqayisəsində araşdırılır.
İqtisadi mövqedən keyfiyyətə, araşdırılan obyektin istehlakı və istehlakın dəyər nəticəsi kimi baxılır. Madam ki, bu və ya digər obyektin keyfıyyətinə tələbat müxtəlifdir, deməli bu obyekt istehlakçılar tərəfındən müxtəlif qiymətləndirilir. Nəticə etibarı ilə iqtisadi nöqteyi-nəzərdən bilmək vacibdir ki, keyfiyyət nə qədər tələbatla uyğunlaşır.
Hüquqi nöqteyi-nəzərdən keyfıyyət obyektin NTS-də müəyyən edilmiş tələblərə cavab verən xüsusiyətlərinin cəmi kimi üzə çıxır.
«Keyfiyyət» termininin müəyyənləşdirilməsində onun anlaşılmasının müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Ancaq ədəbiyyatlarda (istər ölkə, istərsə də xarici) bu suala birtərəfli yanaşma üzündən onun coxlu ifadələrinə rast gəlmək olar. Məsələn, İSO 9000 seriyalı standartlarda keyfıyyət xüsusiyyətlərin birləşməsi və məhsul, yaxud xidmətin xarakteristikası kimi müəyyənləşdirilir.
Bir sıra xarici ədəbiyyat mənbələrində keyfiyyətə istehlakçıların tələblərinə uyğunluq kimi baxılır, bəzən isə keyfıyyət istismara uyğunluq kimi izah olunur. Ancaq keyfıyyətin müəyyənləşdirilməsinə bu cür yanaşma onun yalnız bir tərəfini əks etdirir.
Bunun əsasında məhsulu təsərrüfat fəaliyyətinin əhəmiyyətli nəticəsi kimi üzə çıxan və müəyyən tələbləri təmin etmək üçün əvvəlcədən təyin olunan, bütün müxtəlif maddi dəyərlərin birliyi kimi qəbul etmək lazımdır. Burada məhsul ümumiləşdirilmiş maddi anlayışdır və özündə məmulatları və texnologiyaları birləşdirir.
Bazar və rəqabət şəraitində dünyanın inkişaf etmiş ölkələri yüksək keyfiyyəti strateji ticarət simvolu və milli sərvətlərin ən mənalı mənbəyi kimi qəbul edirlər. Keyfıyyət bir çox şeydə hökumətin nüfuzunu müəyyən edir, hər bir insanın və bütövlükdə cəmiyyətin tələbatının təmin olunmasının əsasına qulluq edir, rəqabətə dözümlülüyün mühüm vasitəsi olur. Ancaq onun əsasında müəssisə rəqabət şəraitində davam gətirə bilər, buna görə də tam obyektiv olaraq görünür ki, bazar şəraitində keyfıyyəti yüksəltmək və təmin etmək üçün fəaliyyət birincilik təşkil etməlidir.
Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər çoxdur. Onların arasında aşağıdakıları xüsusi qeyd edək:
Şəxsi, istehsalat və ictimai təlabatın daim güclənməsi;
Elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın və bütün dünya cəmiyyətlərinin inkişafında ETİ-nin rolunun və sürətinin güclənməsi;
Xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi;
Nisbətən aşağı keyfıyyətli məhsul və xidmətləri istehlakçıların qəbul etməməsi;
İstehsalatın intensivləşdirilməsinə doğru tələblərin çoxalması və müəssisənin müvəffəqiyyətlə yaşamasında vacib faktor kimi keyfiyyətin effektinin artması.
Sadalanan səbəblərlə yanaşı, həmçinin dünya bazarlarında rəqabətin yüksəlməsini də qeyd etmək lazımdır. Rəqabət ancaq xarici bazarda yox, ölkə daxilində də realdır.
Məhsulun və xidmətin keyflyyətinə lazımi münasibət olmazsa istər bazar, rəqabət və müqayisəli açıq iqtisadiyyat şəraitində, istərsə də təsərrüfatçılığın başqa sistemlərində hər hansı bir iş, bir qayda olaraq, uğursuzluğa düçar olacaq.
Hamıya məlumdur ki, bir çox ölkələrdə alıcılar kifayət qədər orta qiymətlərlə ancaq o məhsulu alırlar ki, beynəlxalq standartlara uyğundur və yaxud onu ötüb keçir, yüksək istehsal keyfıyyəti var və tamamilə onların tələbatını təmin edir. Dünyanın o ölkələri ki, keyfiyyətə, onun idarə olunmasına ciddi diqqət göstərirlər, həmçinin alıcıları buna əmin edirlər, onlar ixracatın istər yüksək həcmini, istərsə də struktur göstəricilərini əldə edirlər. Buna sübut ancaq ənənəvi texniki inkişaf etmiş ölkələr (ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri) deyil, Cənubi-Şərqi Asiya ölkələrinin bir qismi də ola bilər.
Hər hansı bir böyük problemin həlli effektiv idarə olunmadan mümkün deyildir. Elmin, texnikanın, istehsalatın bütün təcrübəsini və potensialını, işçilərin bütün bilik və bacarığını təxirə salınmaz problemin həllinə yönəltmək lazımdır.
Kİ-nin elmi-nəzəri əsası bizim ölkədə 70-80-cı illərdə yer alıb. O vaxt araşdırmalar, eksperimentlər aparılır və monoqrafiyalar, kitablar və məqalələr dərc olunurdu. Burada bütün təcrübələrin xüsusi prinsipial nəticəsi kimi o göstərilir ki, idarəetmə metodları və mülkiyyət formaları ilə bərabər, istifadəsindən asılı olmayaraq, Kİ hər hansı bir istehsalatın ayrılmaz hissəsi, funksiyasıdır. Hər halda keyfıyyətin sistematik yüksəldilməsinə ancaq lokal xarakterli təsir ilə nail olmaq mümkün deyil, çünki bir sahənin və yaxud bir tədarükçünün çox da yüksək olmayan Kİ-si o keyfıyyətli məhsulun başqa sahə və yaxud başqa müəssisədə yaradılıb və hazırlanmasına gətirib çıxardır. Kİ-də kompleks xarakterli tədbirlər tətbiq etmək vacibdir.
Keçmiş SSRİ-də inzibati-komanda metodlarından istifadə edən mərkəzləşdirilmiş planlı iqtisadiyyat şəraitində ən yaxşı dünya nümunəli keyflyyətə çatmağa yönəldilmiş Kİ konsepsiyası rəsmi idi. Qeyd etmək lazımdır ki, Kİ ilə yanaşı, müəssisədə idarəetmədə başqa istiqamətlərlə yanaşı bu vacib şərtləri də qəbul etmək lazımdır: müştərilərə məhsulun vaxtında çatdırılmasının təmin edilməsi; məhsulun istehsal həcminin yüksəldilməsi, buraxılan məhsulun maya dəyərinin azalması. Lakin Kİ-nin rolu, o cumlədən də rəqəbətaparma bacarığı bütövlükdə ba- zar şəraitində son dərəcə böyükdür. Bununla bərabər, əsasən keyfıyyətin yüksəldilməsi və təmin edilməsinə dair bütün fəaliyyət ancaq alıcılara yönəldilir.
İdarəetmədə həmişə müvəffəqiyyəti təmin edən və bütün idarəetmə məqsədlərinə çatmasını müəyyən edən əsas istiqamət seçilir. Hazırda bazar iqtisadiyyatı şəraitində belə istiqamət Kİ-dır.