3.3. Beynəlxalq standartlar və keyflyyətin idarə edilməsinin inkişafının müasir istiqamətləri
Başqa ölkələrin təcrübəsi göstərir ki, son illər daha effektiv sistemlər İSO 9000 seriyalı standartların tələblərini təmin edən sistemlərdir. Kompleks sənaye müəssisələrində İSO-nun qüvvədə olan tələblərinə uyğunluq bütün dünya alıcıları tərəfindən praktik olaraq qəbul olunur o zəmanətlə ki, istehsalçı stabil keyfıyyətli məhsul tədarük edə bilər və müqavilədə nəzərdə tutulmuş şərtlər və öhdəlikləri yerinə yetirər.
İSO və QOST standartlarında bir sıra çatışmamazlıqlara baxmayaraq, onların tələblərini hazırkı mərhələdə minimal gərəklilik kimi qəbul etmək məqsədəuyğundur. Keyfıyyətə ümumi rəhbərlik etmə İSO standartları ilə uyğunluqda keyfiyyət sahəsində siyasəti müəyyən edir. O, keyfiyyət sahəsində və rəqabət aparma bacarığında rəhbərliyin məsuliyyətini, keyfıyyətin planlaşdırılmasını, işlərin aparılmasını, dəyərini və başqa hərəkətləri tənzimləyir.
Kİ nəzəri və praktiki təcrübəsinin təhlili göstərir ki, bazar münasibətlərinə uyğun olaraq və bizim ölkədə yaranan şəraitlə idarəetməyə ancaq doğma və yaxud xarici yanaşmanın birmənalı istifadəsi arzulanan nəticəyə nail olmağa yol verməz. Burada əsas keyfıyyətin təmin edilməsi, inkişafın labüdlüyü və sistemli yanaşmanın daha geniş istifadəsidir. Buna aşağıdakıları əlavə etmək lazımdır:
keyfiyyətin yüksəldilməsi sahəsində məqsəd və məsələlər hər bir müəssisənin, fırmanın, şirkətin və s. iqtisadi siyasətinin mərkəzində olmalıdır. Onların fəaliyyətinin məqsədi, bir qayda olaraq, aşağıdakılar olmalıdır: tələbatın təmin olunması və alıcıların tələbləri; alıcının gözlədiyi keyfıyyətə (qiyməti nəzərə almaqla) minimal xərclərlə çatma; məhsulun tədarükü və qoyulan müddətdə alıcılara xidmət göstərilməsi;
keyfıyyət sahəsində məqsədə çatmağın əsas kriteri kimi, alıcıların tələblərinin təmin edilməsini qəbul etmək lazımdır;
keyfiyyət sahəsində məqsədlərə çatmağın daha effektiv metodları kimi Kİ-rı kompleks və sistemli yanaşmanın tanınması və tətbiqi;
fasiləsiz və sistematik öyrədilmə, ixtisaslı kadrların professional hazırlığı və təminetmə sahəsində və Kİ-da onların ixtisasının daim yüksəlməsi;
keyfiyyətin yüksəlməsində, təmin edilməsində və yaxşılaşmasında bütün işçilərin daim vicdanlı, yaradıcı işi vacibdir;
məhsulu hazırlayan və icra edən hər bir kəsə, bütün işçilərin alıcılara və sifarişçilərə dərin hörmətlə münasibəti tələb olunur;
müxtəlif vəzifə kateqoriyalı işçilərə qayğı və hörmət şəraiti yaratmaq lazımdır və onların ehtiyacına, tələbatına, güzaranına diqqət lazımdır, yəni insan amilini nəzərə almaq vacibdir.
Xarici inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən çıxış edərək, mövcud olan Kİ sistemlərinin birincilik qazanan istiqamətləri arasında aşağıdakıları qeyd etmək olar:
- Kİ sahəsində fasiləsiz öyrətmə sisteminin yaranması və bütün işçilərin alıcılara, sifarişçilərə hörmətlə münasibəti üslubunda tərbiyə edilməsi əsasən bu işçilərə və müəssisənin rəhbərlərinə lazımdır. Kİ sistemi hamıya aydın olmalıdır; kütləvi informasiya vasitəsini cəlb etmək məqsədəuyğundur. Müxtəlif kateqoriyalı işçilər üçün məhsulun keyfıyyəti haqqında kütləvi jurnallar nəşr etmək lazımdır, məhsulun Kİ sahəsində öyrətmə və ixtisasartırma üçün ixtisaslaşdırılmış mərkəzlər yaratmaq vacibdir. Bunun tədrisini başqa ölkələrdən olan mütəxəssislər də həyata keçirə bilərlər. Bu istiqamət son dərəcə əhəmiyyətlidir, çünki rəqabətaparma bacarığına malik olan məhsulu və xidməti ancaq yüksək ixtisaslı mütəxəssislər yarada bilər;
- məhsulun istehsalı sahəsində, yüksək və stabil keyfıyyətdə xidmət göstərilməsində stimullaşdırmanın rolunun yüksəlməsi, hazırlanan məhsulun keyfıyyətinin yaxşılaşmasına və yüksəlməsinə yönəldilmiş müxtəlif müsabiqələrin keçirilməsi təcrübəsini genişləndirmək məqsədəuyğundur;
- keyfıyyət qruplarına daha geniş dairəli işçilərin cəlb edilməsi və onların işinin aktivliyinin və səmərəliliyinin yüksəlməsi;
- Kİ sisteminin mükəmməlləşməsinə dair aparılan bütün işlərdə mütəxəssislərdən istifadə edilməsi.