3.2. Sənaye mallarının keyfiyyətinin idarə edilməsinin kompleks sistemləri
70-ci illərin əvvəllərində keçmiş SSRİ Dövlətstandart müxtəlif nazirliklərin müəssisə və təşkilatları ilə əməkdaşlıqda Kİ-nın əsas prinsiplərinin və metodologiyasının öyrənilməsi üzrə aktiv iş aparırdı. Kompleks sistemlərin (KS) yaradılması və tətbiqi Kİ-si haqqında bilik və istehsalatın qabaqcıl təcrübəsi əsasında həyata keçirilirdi. Bunun hamısı, Kİ-nın qurulmasının ancaq təşkilati-metodik vəziyyətini yaratmağa imkan vermişdir. Bununla bərabər, bu sistemlərin elementlərinə daha aşağı dərəcəli sistem kimi (yarımsistem) baxılmağa başlandı. Aşkar olmuşdu ki, Kİ sistemi konkret təyin olunmalıdır və uyğun olaraq onun bütün elementlərinə qarşılıqlı əlaqə xarakteri verən istiqamətli funksiya olmalıdır. Kİ sistemində belə funksiyanın realizə olunmasında həmişə idarə olunma obyekti (idarə olunan yarımsistem) və idarə olunma subyekti (idarə edən yarımsistem) göstərmək olar. Onların arasında birbaşa (subyektdən obyektə-idarə edən informasiya və təsir) və əksinə (obyektdən subyektə-obyektin vəziyyəti haqda informasiya) əlaqə kanalları ilə əlaqə yaranmalıdır (şəkil 7). Şübhəsiz ki, başqa daxili və xarici əlaqələr də həyata keçirilməlidir. Vacib və prinsipial başlanğıc vəziyyət odur ki, Kİ istehsalatda idarə olunmanın ayrılmaz hissəsidir, yəni sistemli yanaşmada Kİ yarımsistemi bütünlüklə istehsal sisteminə daxil olur.
Sistemin layihələrinin araşdırılması prosesində, layihə hazırlamanın bütün qaydalarına əməl etdikdə, həqiqətən kompleks Kİ-nin realizə edilməsinə, keyfiyyət sahəsində müəssisənin hərtərəfli fəaliyyətinin əlaqələndirilməsinə imkan yaranmışdır. Bununla belə, əsas rolu sistemin layihəsinin ən əhəmiyyətli sənədlərindən biri olan – kompleks plan oynamalıdır.
Kompleks sistemlərin Kİ layihələndirmə və tətbiqetmə metodları demək olar ki, xalq təsərrüfatının bütün sahələrində inkişaf etmişdir. Elm və təcrübənin yaratdığı ən son tövsiyələr ilə işləyən müəssisələr, bir qayda olaraq, keyfiyyətin yüksəlməsi və təmin edilməsi sahəsində yüksək göstəricilərə nail olurlar. Kİ sisteminin fəaliyyəti nəticəsində yüksək keyfiyyətli məhsulun buraxılışı həcmi artır və müvafiq olaraq zay mal və reklamasiyaların sayı və s. azalır.
Dostları ilə paylaş: |