Beşballı şkalaya misal Qiymətlər Ballar Əla keyfiyyət 5
Yaxşı keyfiyyət 4
Tam qənaətbəxş keyfiyyət 3
Məqbul keyfiyyət 2
Pis keyfiyyət 1
Yeddiballı şkalaya misal Qiymətlər Ballar Çox yüksək keyfiyyət 7
Yüksək keyfiyyət 6
Ortadan yüksək keyfiyyət 5
Orta keyfiyyət 4
Ortadan aşağı keyfiyyət 3
Aşağı keyfiyyət 2
Çox aşağı keyfiyyət 1
Bal hesablama sistemində ekspert metodu ilə tapılan keyfiyyətin ümumiləşmiş göstəricisini bütün ekspertlərin verdiyi qiymətlərin orta hesabı qiymətləri kimi aşağıdakı düsturla hesablayırlar:
Burada, a – ekspertlərin miqdarı; Qi – ekspertlərin balla verdiyi qiymətlərdir.
Əgər keyfiyyətin ekspertizası zamanı qiymətləndirilmə bir neçə turda aparılarsa, bu halda keyfiyyət göstəricisi hər bir turda ekspertlərin qiymətlərinin orta hesabı qiyməti kimi təyin edilir, yəni:
burada, - hər bir turda alınmış keyfiyyət göstəricisinin qiyməti;
m – sorğu turlarının sayıdır.
Ekspert metodundan bir neçə müəssisənin tender müsabiqəsinə (satışa) təqdim etdiyi texnikanın seçimində daha çox istifadə olunur.
Ekspert qiymətlərinin evristik formalaşdırılmasıparametrik göstəricilər və onların ballar ilə qiymətləri arasında asılılığı müəyyən etməkdən ibarətdir. Bunun əsasında qrafık qurulur və riyazi düstur çıxarılır. Bunlar isə keyfıyyət göstəricilərinin bal qiymətlərini natural ölçü vahidləri ilə ifadə etməyə imkan verir.
Eksperimental formalaşdırmada bal qiymətləri ilə eksperimentlə təyin olunan göstəricilərin qiymətlərinin nisbəti müəyyən edilir. Ekspert qiymətlərinineksperimental formalaşdırılması üsulu istifadə edildikdə keyfıyyət göstəricilərinin qiymətlərinin təyini daha obyektiv nəticələr verir.
Məhsulun keyfıyyətinin qiymətləndirilməsininsosioloji metodu da mövcuddur. Bu metod da ekspert metodu kimi sorğulara əsaslanır, lakin xüsusi ekspertlərin deyil, qiymətləndirilən məhsulun müxtəlif istehlakçılarının rəyi öyrənilir. Odur ki, sosioloji metod ekspert metodunun bir növü sayılır.
Məhsulun keyfıyyət göstəricilərinin qiymətlərini təyin etməyin sosioloji metodu mahiyyətcə marketinq tədqiqatları xarakteri daşıyır və ekspertlər tərəfındən deyil, məhsulun potensial istehlakçılarının köməyilə həyata keçirilir. İstehlakçıların rəylərinin toplanması sorğu və ya xüsusi anketlərin yayılması və doldurulması, həmçinin konfrans, sərgi, auksion və digər tədbirlər vasitəsilə aparılır.