Kid = XK/ÜDM x 100%
-
Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir:
Kix = İK/ÜDM x 100%
-
Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal:
Ke = XK/T(K) x 100%
Burada Ke ehtiyac əmsalı, XK xarici kapital və T(K) ölkədə kapitala olan tələbdir.
-
Digər nisbi göstəricilər: xarici və ya qarışıq müəssisələrin milli istehsalda payı, kapital ixracının (idxalının) əvvəlki dövrə nisbətən artım tempi, adambaşına düşən xarici investisiya.
Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək.
Qeyd olunan göstəricilərin müqayisəsi milli təsərrüfat üçün xarici iqtisadi amilin rolunu, müəyyən dövr üçün onun dinamikasını müəyyən etməyə imkan verir.
ÜDM anlayışına başqa bir tərəfdən baxsaq, yəni həmişəki yanaşmalardan fərqli olaraq, deyə bilərik ki, ÜDM uğurlu rifah göstəricisi kimi xarakterizə etməyənlər də çoxdur. Ona görə ÜDM-nin metodoloji aspektlərindən, hesablanılması qaydalarından çox, onun digər makroiqtisadi göstəricilərlə müqayisəsinə, cəmiyyət həyatının real vəziyyətinin ÜDM-lə bağlı əlaqəsinə, neftlə zəngin ölkələrdə iqtisadi artım templərinə, onların təcrübəsinin acı nəticələrinə və nəhayət, iqtisadi artım templərinin Azərbaycan iqtisadiyyatının perspektiv vəziyyətinə nəzər salmalıyıq.
Davamlı iqtisadi böyümə kursu götürən ölkələrdə hədəflər öncədən müəyyənləşir. ÜDM-in artması və azalması çox etibarsızdı. Ona çox arxayın olmaq və onu iqtisadiyyatımızın tək güzgüsü hesab etmək olmaz.
Iqtisadi artımın başqa bir səbəbi onunla bağlıdı ki, geridə qalmış ölkələrin iqtisadiyyatlarında əvvəlki iqtisadi artım özündən əvvəlki ilə nisbətdə müəyyənləşir deyə, onda da iqtisadi artım böyük faizlərlə ifadə olunmağa başlayır. Ona görə də ortada belə bir paradoksal mənzərə yaranır: zəif inkişafa malik ölkələrdə iqtisadi artım böyük rəqəmlərlə, inkişaf etmiş ölkələrdə isə iqtisadi artım templəri nisbətən aşağı həddə baş verir. Çünki tənəzzül mərhələsindən sonrakı illərdəki yüksəliş templəri rəqəm nisbətini daha böyük həddə ifadə edir. Yəni başlanğıc səviyyə nə qədər aşağıdırsa, ÜDM-in artım səviyyəsi bir o qədər yüksəlməyə doğru gedir. Ona görə yüksək iqtisadi inkişafa malik ölkələrdə ÜDM-in artım templəri, zəif inkişaf etmiş ölkələrdən geri qalır. Məsələn, inkişaf etməkdə olan ölkələrdə (Çin, Braziliya, Hindistan, Koreya, Meksika) ÜDM-in ortalama artım templəri 6,5-7% olduğu halda, keçid iqtisadiyyatı olan ölkələrində (MDB) bu rəqəm 7,5-8,4% təşkil edir. ABŞ və Kanadada bu hədd 2,5-3,3% arasındadır. Inkişaf etmiş ölkələrdə isə (Avropa İttifaqı ölkələri) 2,3 % - 2,5 % intervalındadır.
Ümumilikdə götürdükdə XX əsrdə ÜDM-in artım səviyyəsi 2 amilə görə xüsusilə özünü qabarıq göstərdi:
-
Dünyada bir tərəfdən əhali sayının artması
-
Adambaşına istehsal edilən ÜDM-in sürətlə artması.
Belə ki, XX əsrdə dünya əhalisinin sayı 2,6 dəfə artdığı halda, adambaşına düşən ÜDM-in səviyyəsi 1,9 dəfə artmışdır. Son 200 ildə isə dünya əhalisinin sayı 5,6 dəfə artdığı halda, adambaşına düşən ÜDM 8 dəfə artmışdır. Deməli, ötən əsrdə əhali artımı adambaşına düşən ÜDM-i qabaqladığı halda, son 2 əsrdə ortalama olaraq admbaşına düşən ÜDM dünya üzrə əhali artımını qabaqlamışdır. Ona görə, əhali sayından və ya ÜDM-in səviyyəsindən asılı olmayaraq, dövlətlər daha çox ÜDM-in strukturuna və bölüşdürülməsi mexanizmlərinə xüsusi diqqət yetirməlidirlər. Yəni mövcud artım cəmiyyət üzvləri arasında ədalətli bölgüyə gətirib çıxarmırsa, onda ÜDM-in artımı ciddi əhəmiyyətə malik olmur. Əgər cəmiyyətdə çox az sayda adam sərvətin çox hissəsini öz əllərində cəmləşdirərsə, onda iqtisadi artımın cəmiyyət üzvləri üçün heç bir faydasından danışmaq olmaz.
ÜDM-in artım səviyyəsi cəmiyyətin rifah halının avtomatik olaraq davamlı yüksəlməsinə gətirib çıxarmır. Yəni iqtisadi artım bir çox hallarda cəmiyyət üzvlərinin xeyrinə olmayan istehsal etdikləri mal və xidmətlərə görə də baş verə bilər. Deyək ki, ÜDM artır, amma bunun hansı faktorlar hesabına baş verdiyi təhlil olunmur. Ona misal olaraq, əhalinin sosial durumunun pisləşməsi, kriminal vəziyyətin kəskin xarakter alması, pis vərdişlərin kütləviləşməsi və s. amillər hesabına siqaretdən, spirtli içkilərdən istifadənin həcmi artır. Amma bütün bunların mənfi təsirinə baxmayaraq, onun dəyəri ÜDM-də oturur. Bu zaman ÜDM-in artması cəmiyyətin hansı inkişaf göstəricisi kimi xarakterizə oluna bilər? Və ya hansısa məhsulun ətraf aləmə, ekologiyaya mənfi təsirinin çox olmasına baxmayaraq, həmin məhsullar kütləvi surətdə istehsal olunur və o da ÜDM-ə daxil edilir. Yəni başqa zərərli faktorların çox olmasına baxmayaraq, onların hesabına iqtisadi artım baş verir.
ÜDM-in artıb və ya azalmasına təsir edən faktorlardan biri də həmin dövlətin əhali sayıdır. İqtisadi artım tempi yüksək olan ölkələrdə əhalinin artım sayı həmin iqtisadi artımı aşağı salır. Əhali faktorunu təhlil etmək baxımından Çin və Azərbaycanın ÜDM müqayisəsinə diqqət edək. 2007-ci il məlumatları əsasında Azərbaycan 30 milyard ABŞ dolları həcmində ÜDM istehsal etmişdir. Çində isə bizdən təxminən 110 dəfədən çox – 3287 milyard ABŞ dolları həcmində ÜDM yaranmışdır. Azərbaycan əhalisi dünya əhalisinin 0,13%-ni, Çin əhalisi isə 20%-ni təşkil edir. Əhali sayının ÜDM-lə əlaqəli olduğunu nəzərə alsaq, onda görürük ki, bizdə adambaşına ÜDM-in səviyyəsi 3547 dollar, Çində isə 2517 dollar olmuşdur. Beləliklə, ölkənin müxtəlif regionlarında iqtisadiyyatın və sahibkarlığın daha intensiv inkişafına münbit şərait yaranmışdır.
İnsan inkişafı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin mövcud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın strukturu, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır. Həmçinin, insan inkişafının yüksək səviyyəsi insanların imkanlarının genişlənməsi, nəticədə onların yaradıcılığı və məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir. İnsanların daha yaxşı qidalanması, təhsili və sağlamlığı yüksək əmək məhsuldarlığı, təkmilləşdirilmiş texnologiya və yüksək ixrac vasitəsilə iqtisadi artıma öz töhfəsini verir. Fikrimizcə, insana qoyulan investisiyadan sonra işlərin aparılma qaydasını müəyyənləşdirərək davam etdirməklə həyata keçirilməlidir. İşlərin aparılma qaydası isə müəssisələrin işinin təşkili ilə başlamalıdır. Bu işlərin təşkili aşağıdakı standartlara cavab verərsə və göstərilən sistemlərə uyğun olarsa, işlərin gedişatını izləmək daha asan olar:
ISO 9001:2008 (2015) – Keyfiyyəti İdarəetmə Sistemi / Quality Management System /
ISO 14001:2004 – Ətraf Mühiti İdarəetmə Sistemi / Environmental Management System
OHSAS 18001:2007 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin Qiymətləndirilməsi Sistemi / Occupational Health & Safety Assessment System / Safety Management System (Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası)
Dostları ilə paylaş: |