Magistr dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş,üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısıdan ibarətdir. Onun ümumi həcmi 92 səhifədir. İşdə 7 cədvəl və 6 qrafik verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısmda 29 adda ədəbiyyat adı vardır.
Işin birinci fəslində ÜDM-un komponentləri, hesablanması metodları, MHS-də onun rolu nəzəri cəhətdən əsaslandırılmışdır. Ikinci fəsil ÜDM –un göstəricilər sistemi və statistik təhlilə həsr edilmişdir. Burada ÜDM-un inkişaf dinamikası verilmiş, iqtisadiyyatın sahələri üzrə təhlili aparılmışdır. Işin üçüncü fəslində ÜDM-un komponentlərinin beynəlxalq müqayisəsi aparılmış, onun regionda və dunyada rolu qiymətləndirilmiş, proqnoz qiymətləri hesablanmışdır. Dissertasiya işinin sonunda praktiki və metodolojı əhəmiyyət kəsb edən elmi cəhətdən əsaslandırılmış nəticə və təkliflər verilmişdir.