Cədvəl 2.
Kollagenin struktur elementləri
Struktur elementinin adı
Diametri, mk
Elektron mikroskopik fibril
0,1
Mikroskopik fibril
0,5
Lif
1-2
Lif dəstəsi
30-200
Gön toxumasında lif dəstələri bir-birləri ilə sıx toxunaraq gön qatının derma
təbəqəsini əmələ gətirir. Liflər arasındakı məsamələr isə çox şaxələnmiş kapillyar
sistem yaradır ki, bu da gönün gigiyenik xassəsində əsas rol oynayır.
Gönün strukturası onun mexaniki xassələrini təyin edir. Bu baxımdan
strukturun aşağıdakı ən vacib üç xarakteristikasını qeyd etmək lazımdır:
1. Struktur elementlərin dermanın səthinə görə (yəni horizantal vəziyyətdə
yaratdığı bucaq) vəziyyəti;
2. Struktur elementlərin bir-biri ilə ayrılma dərəcəsi (toxunma kompaktlığı).
Gönun və ya dermanın 100 çəki vahidi zülal saxlayan həcmi (həcmi çıxış) ayrılma
xarakteristikası rolunu oynayır;
15
3. Struktur elementlərin nazikliyi, gön istehsalında lif dəstələrinin kiçik
ölçülü elementlərə ayrılması nəticəsində yaranır.
Yağ qatı – dermanın retikulyar qatı ilə əzələ qatı arasında yerləşir. Bu qat
dermanın retikulyar qatının altında toplanan yağ hüceyrələrindən ibarətdir və ona
görə də bu qatın toxuması yumşaq və boş olur. Bu qatda yay-payız aylarında çoxlu
miqdarda yağ ehtiyatı toplanır ki, heyvanlar bundan qış aylarında qidalanırlar. Ona
görə də bu qatın qalınlığı mövsümdən asılı olaraq dəyişir. Məsələn, payızda bu qat
yay aylarındakı bol yemdən sonra qalın olur, yazda isə qış mövsümündə yemin
çatışmamazlığından nazikləşir və ya tam sorulur.
Əzələ qatı – yağ qatının altında yerləşir və köndələn-zolaqlı əzələ
toxumasından təşkil olunmuşdur. Bu qat, yağ qatı və dərialtı hüceyrələrlə zəif
birləşir, dərinin möhkəmliyi üçün bir əhəmiyyət kəsb etmir və dəri xammalının
aşılanmaya hazırlıq prosesində təmizlənir.
Dərialtı hüceyrə – aralarında qan damarları yerləşən, yumşaq bağlayıcı
toxumaların pərdəciyindən ibarətdir. Bu qatın aşağı hissədə yerləşən əzələ və
dermanın qatları ilə zəif əlaqədə olması cəmdəkdən dərinin çıxarılmasını
asanlaşdırır. Dərinin çıxarılması zamanı yağ toxumalarını tamamilə təmizləmək
lazımdır (onları cəmdəkdə saxlamaq lazımdır), çünki quyruq kökünün dibində və
başqa yerlərdə qalan yağ yığımları uzunmüddətli saxlanma zamanı oksidləşir və
dərinin xarab olmasına şərait yaradır.
Piy və tər vəziləri – Piy vəziləri tüklərin ətrafında və ya kənarında
yerləşərək, ayrı-ayrı xırda çantalara bənzəməklə çıxış yolları ilə tük çantasının
kanalcıqları ilə birləşir. Piy vəzilərindən ayrılan maddə epidnomis və tükün
səthlərinə yaxılır. Tər vəzi boru şəkilli olur, yuxarı hissəsi çıxış xətti kimi gönün
səthində tərin ayrılması üçün açıq olur. Aşağı hissəsi isə dolaşıq borucuq şəkilli
olaraq dermanın termostativ qatında yerləşməklə tər ayırır.
Tər vəziləri orqanizmin termotənzimlənməsində tərin epidermis səthinə
çıxarılaraq buxarlanmasında iştirak edir.
16
Tər vəzilərinin inkişafı müxtəlif heyvanlarda eyni cür deyil. Məsələn,
qoyunlarda tər vəziləri bütün dəri səthində çoxlu miqdarda olur. Tər, piy
vəzilərinin ayırdığı maddə ilə birləşərək özlülü tərkibli yağlı tər əmələ gətirir.
Xəzlik heyvanların çoxunda (yırtıcı, gəmirici) tər vəziləri dərinin ancaq bəzi
sahələrində yerləşir.
Qan damarları və sinir telləri. Dərinin derma qatından qan damarları keçir
ki, damarlar onu qidalandırır, lakin əsəb telləri isə hissiyyatı qavrayır. Xəzlik
heyvanların, xüsusilə ilgəglə və ya özü tutulan heyvanların dərilərinin lətində qan
damarları yaxşı gözə çarpır. Ancaq heyvan tələ ilə tutularsa, bəzən qan
damarlarının partlaması və daxilə qan yayılması nəticəsində qaralmış yerlər olur.
Tük əzələsi. Tüklərin çoxusu hamar əzələ lifləri ilə təchiz olunmuşlar ki,
bunlar tük əzələsi kimi dikəlir. Əzələ bir ucu ilə tük çantasının xarici divarına, o bir
ucu ilə digər tükün tük çantasının yuxarı hissəsinə bərkidilmiş olur. Tük əzələsi
bilavasitə piy vəzinin altında yerləşmişdir. Əzələnin yığışması zamanı tüklü çanta
dartılır, nəticədə tük qalxır və «dimdik» şəklini alır. Bu zaman tüklər arasındakı
qatlarda hava çoxalır və orqanizmin istilik buraxması azalır. Eyni zamanda piy
vəziləri maye buraxır və gön örtüyünün səthini yağlandırır.
17
III. DƏRILƏRIN KONSERVLƏŞDIRILMƏSI VƏ ONUN XAMMALIN
XASSƏLƏRINƏ TƏSIRI
Heyvan cəmdəyindən yenicə çıxarılmış dərilər isti və buğlanan olduğundan
təzə dəri adlanır. Heyvanın öldürülməsindən başlayaraq onun dərisi bakterioloji və
fermentli proseslərin təsirinə məruz qalır, xammalın keyfiyyətini aşağı salan
nöqsanlar əmələ gəlir və gönlərin yararlı sahəsi azalır. Təzə dəri bu vəziyyətdə
saxlanıla bilməz, çünki nəmlik və zülallar dərinin çürüməyə gətirib çıxaran
bakterioloji prosesin inkişafı üçün ən yararlı mühitdir.
Təzə dərilər temperaturu və nəmliyi yüksək olan örtülü yerlərdə saxlanılan
zaman onlarda çürümə xüsusilə tez gedir. Bu vaxt çürüdücü bakteriyalar (aeroblar
və anaeroblar) birinci növbədə lətin yumşaq örtüyünü və epidermisi zədələyir.
Dərinin xarab olmasının ilk əlaməti onun seliklənməsi, təzəliyinin itirməsi
və lət üzünün rənginin dəyişməsidir. Sonra lət arabir qaralır, çürümədən xarakterik
ammonyak iyi gəlir və axırda dərinin əsas zülalı olan kollagen tez dağılmağa
başlayır.
Ona görə də dərinin ilkin emalının ən vacib əməliyyatlarından biri də onun
konservləşdirilməsidir. Bu əməliyyatı dondurulma, duzsuz qurudulma, yaşduzlama
(natrium xloridlə susuzlaşdırılma), quru duzla (natrium xloridlə susuzlaşdırıb sonra
qurutmaq), pikelləşdirmə (turşu və duz məhlulu ilə işlənilmə), qıcırtma və
şüalandırma ilə aparmaq olar.
Dondurulma-aşağı
temperaturda
bakteriya
və
fermentlərin
həyat
fəaliyyətinin dayandırılması deməkdir. Ancaq bu üsulla konservləşdirmədə nəzərə
almaq lazımdır ki, dondurma və donu açılmanın sürəti dərinin keyfiyyətinə mənfi
təsir edir. Əgər dəri çox aşağı temperaturda və güclü küləkdə dondurularsa, bu
zaman dəridə çox güclü susuzlaşma, örtüyündə dəyişilmə gedir və ağarmış ləkələr
tipli nöqsan alınır. Bu nöqsanlı yerləri isə aşılamaq mümkün olmur.
Ümumiyyətlə, dondurulma müvəqqəti bir üsul kimi çox az hallarda tətbiq
olunur. Ona görə də dəri qəbulu və tədarükü ilə məşğul olan təşkilatlar belə
dərilərin donunu tez açaraq yaş duzlaşdırma ilə konservləşdirməlidirlər.
18
Düzgün və tez donu açılmış xammalın kütləsi 5%-ə qədər və yuxarıda qeyd
olunan nöqsanlı dərilərin kütləsi isə 25%-ə qədər azala bilər.
Duzsuz qurudulma – üsulu mikroorqanizmlərin həyat fəaliyyətinin susuz
mühitdə dayandırılmasına əsaslanır. Qurudulmanın ilk şərti müəyyən temperatur
rejiminə (20-35C) ciddi rəayət etməkdir. Çünki temperatur aşağı olarkən
susuzlaşma çox gec gedir və bakterial proses üçün əlverişli mühit qalır. Günəş
şüası altında (açıq yerdə) yüksək temperaturda qurudulmada yaxşı nəticə vermir.
Çünki dərinin səthi tez büzüşüb, yığılır və onun bütün qalınlığı boyunca qurudulma
getmir, daxili təbəqələrdə su mühiti qalır.
Qurudulmanın ikinci vacib şərti, qurudulma aparılan yerin (otağın, binanın)
havasının nisbi nəmliyi 45-60% olmasıdır.
Qurudulmanın üçüncü şərti binanın və ya otağın havasının dövr edilməsi və
tez-tez dəyişdirilməsidir ki, nəm hava tez çıxarılsın və dərinin bütün hissələri üçün
eyni bərabər şərait yaransın.
Qurudulmanın dördüncü şərti odur ki, dəri çox dəqiqliklə tam açılmalı,
qurudulma bərabər getməli və nöqsan alınmamalıdır.
Duzsuz qurudulmanın üstün cəhətləri konservləşdirmədə əməliyyatın
sadəliyi, konservləşdirici maddələrə ehtiyac olmadığından dərinin təmiz və
saxlanılmasının etibarlı olmasıdır.
Xəzlik dərilərin çox qismini ancaq bu üsulla konservləşdirirlər. Qurudulma
ancaq talvar və ya xüsusi quruducularda (yuxarıda qeyd olunduğu kimi)
aparılmalıdır.
Qurudulan dərilərin ölçüsünün kiçilməsi labüddür. Bu zaman dərinin həm
sahəsi, həm də qalınlığı azalır. Təzə dərinin sahəsinin 15%-ə və qalınlığının isə 30-
40%-ə qədər azalması müşahidə olunur. Yaxşı qurudulmuş dəri özündə 15%
nəmlik saxlamalıdır (20%-ə qədər icazə verilir).
Standartla təyin olunmuşdur ki, duzsuz qurudulmada təzə dərilərin kütləsinə
görə dəri çıxımı 40% (donuz dərisindən başqa bütün dəri növləri üçün), qoyun və
keçi dərilərinin yararlı sahəsinin çıxımı isə 90% olur.
19
Yaşduzlama üsulu dəri xammalların konservləşdirilməsinin ən geniş
yayılmış üsuludur. Bu üsulda məqsəd dərinin suyunun kənar edilməsi və dərinin
qalınlığında, mikroorqanizmlərin və fermentlərin zülala təsirinin qarşısını alacaq
qatı natrium xlorid məhlulununda saxlanılmasıdır.
Konservləşdirilmə üçün nəmliyi 5%-dən çox olmayan (kalsium, maqnezium
duzları və başqa üzvi birləşmələrin ən minimal miqdarı ilə) təmiz quru duz
işlədilir. Konservləşdirmə zamanı tərkibində dəmir birləşməsi olan (0,01%-dən çox
olmaz) duzların istifadəsi qadağandır.
Konservləşdirilmədən ayrılan duzu bərpa etmək üçün mütləq antiseptik
preparatlar qatılandan sonra yenidən istifadə etmək olar.
Dəriləri xammalın növlərinə görə ayırdıqdan sonra duzlaşdırırlar: irilər,
xırdalar, donuz dəriləri, qoyun və keçi dəriləri.
Dərilərin yaş duzlanması ya qəfəsələr üzərində sərərək duzu səpməklə və ya
şorabalama-qıcqırdılma (duz məhluluna salmaq) ilə başa çatdırılır.
Səpməklə duz səpilmədə dəriləri arxa tərəfinə çevirib diqqətlə hamarlayır və
üzərinə duz səpilir. Sərilmiş dərilərin qalaqları bir qədər mailli olmalıdır. Duzu elə
səpmək lazımdır ki, dərinin qalınlığı çox olan topoqrafik sahələrdə nisbətlər çox
olsun.
Duz səpilmiş birinci dərinin üzərinə ikinci dərini yenə də arxa üzünü yuxarı
sərib (yaxa-yaxa, bud-buda) eyni qayda ilə duzlayırlar. Beləliklə, dəriləri bir-
birinin üzərinə 1m hündürlükdən az olmayaraq (1-2m-dən çox olmamalıdır) qalaq
alınana qədər duzlayaraq yığırlar.
Duzlanmış və yığılmış dəri qalaqları müəyyən müddət saxlanılır. Kiçik
dərilər 4-5 gün, iri dərilər isə 6-7 gün saxlanılır. Duzun sərfi bu üsulda təzə
xammal çəkisinin orta hesabla 40-45%-ni təşkil edir. Natrium xloridlə birlikdə
aşağıdakı antiseptiki maddələr işlədilə bilər: silisiumftoridli natrium – 1,5%,
paradixlorbenzol – 10% (duzun çəkisinə görə).
Qıcqırdılma üsulunda dəriləri qatı natrium xlorid məhlulunda («tuzluk»-da)
saxlayırlar və qalaqları əlavə olaraq quru duzla duzlayırlar. Duzluq (rusca
«tuzluk») konservləşdirmə üsulu ədəbiyyatda «tuzlukovanie» adı kimi izah edilir.
20
Bu da onu sübut edir ki, dərilərin emalı türkdilli xalqlar arasında çox qədim
vaxtlardan məlumdur.
Qıcqırdılmanı xüsusi çənlərdə, barkaslarda, barabanlarda və şnek
aparatlarında başa çatdırırlar.
Qıcqırdılmanın ümumi müddəti dəri kütləsindən və tətbiq olunan aparatın
növündən asılı olaraq 15-24 saatdır. Qıcqırdılmadan çıxarılan dərilərin suyu 2
saatdan az olmayaraq axıdılmalıdır. Sonra isə onları qalaqlarda əlavə olaraq quru
duzla duzlayırlar.
Belə əməliyyatlar mexanikləşdirilmiş axın xəttində fasilə yaratmaması, duz
ləkələrinin alınmaması üçün duzlamadan çıxarılan dərilər dərhal presslənir və quru
duz əlavəsini tərkibində silisiumftorid natrium (2%), natrium karbonat (6%) olan
suspenziya ilə əvəz edirlər.
Duz səpilmə ilə qıcqırdılmanın arasında prinsipcə fərq yoxdur.
Qıcqırdılmadan alınan xammal saxlanılmaya daha davamlı olur, dərilər bütün
sahələri boyu eyni dərəcədə duzlanır, nöqsan və çirki az olur.
Qıcqırtma üsulunun çatışmayan cəhəti duzun daha çox sərf edilməsi yəni
xammal kütləsinə görə 50-60% təşkil etməsi (səpmədə 40-50%), işçi qüvvəsinin
çoxluğu və s. aiddir.
Ümumiyyətlə, yaşduzlama üsulu ilə konservləşdirilmiş dərilərin uzun
müddət saxlanılması zamanı qızartı və duz ləkələri kimi nöqsanlar yaranır. Bu
nöqsanları aradan qaldırmaq üçün natrium xloridə natrium karbonat,
paradixlorbenzol, sink xlorid, bisulfit, bisulfat natrium, kalium fosfat, bor turşusu,
naftalin, alyumokalium kvasları və ağ neft qatırlar.
Məsələn, dana dərisinin konservləşdirilməsi üçün natrium xlorid-natrium
karbonat-paradixlorbenzol qarışığı 100:3:2 nisbətində götürülməsi tövsiyə olunur.
QOST-la təyin olunmuşdur ki, donuz dərisindən başqa bütün dəri
xammallarının yaşduzlama üsulu ilə konservləşdirilməsində dərinin yararlı
sahəsində duz səpilmədə 87%, şorabalamada 83%-dir. Donuz dərilərinin sahə üzrə
yararlı alınması sahəsi müvafiq olaraq 95% və 90%-dir.
21
Quru duzlama – üsulu yaşduzlamanın qurudulma ilə birgə tətbiqi
deməkdir.
Əvvəlcə dərinin kütləsinin 20-25% miqdarı nisbətində natrium xloridlə (yəni
yaşduzlamadakı sərfinin yarısı qədər) duzlayırlar.
Quru duzlamadan çıxan dərilərin sortlaşdırılması çox çətinləşir. Çünki astar
tərəfi duzla örtülür və tüklərin isə dib tərəfindən dermanın qurumasına görə
zəifləməsi çətinləşir. Quruduzlama isti yay ayları üçün az miqdar xammalların
konservləşdirilməsi üçün məqsədə uyğundur.
Hal-hazırda quruduzlama üsulu ilə bütün xəzlik dəri növləri, məsələn,
dovşan, ev pişiyi, xəzlik it, dana və at balası dəriləri konservləşdirilir.
Pikelləşdirmə-turşulu-duzlu konservləşdirilmə. Bu üsulun mahiyyəti
dərilərin turşu və duz məhlulu-pikel ilə işlənilməsindən ibarətdir. Belə
konservləşdirmə ən çox tükü təmizlənmiş dərilər («lüt») üçün tətbiq olunur. Pikel
üsulunun geniş yayılmış tərkibi natrium xloridin 15-20%-li məhlulunun, xlorid və
ya sulfat turşusunun 2%-li məhlulunun suda qarışığıdır.
Axır zamanlar iri buynuzlu mal-qara dəriləri üçün islatma-külləmə və pikel
üsulu çox vaxt heyvan kəsilən və dəri çıxarılan yerdə aparılır. Bu isə həmin
dərilərin duzlanmasını ixtisara salır və nəticə etibarilə bir dərinin maya dəyəri 7-
10% aşağı salınır.
Pikelləşdirilmiş tüksüz dərilər nəm yerlərdə və ya sonradan islanma
nəticəsində kiflənə və ya çürüyə bilər. Xammalın yaxşı saxlanması üçün pikel
əməliyyatından yaxşı keçirilmiş dərini həm də xromlayırlar.
Gəmiricilərdən alınan xəzlik dəriləri (eyni vaxtda çoxlu miqdarda əldə
edilərkən) belə pikel üsulu ilə konservləşdirirlər. Bunun da məlum üstün cəhətləri
vardır. məsələn, soyuq, çiskinli havalarda böyük miqdarda əldə olunan dərilərin
havada qurudulması çətinləşir. Məhz buna görə də bəzən belə gəmiricilərin
ovlanması dayanır. Odur ki, bu cür şəraitdə pikelləmə üsulu təklif olunur.
Turşulu-duzlu konservləşdirilmədə dərilərin yağsızlaşdırılması tələb
olunmur. Təzə dərini stol və ya taxta üzərinə lət üzü yuxarı istiqamətdə sərir,
22
qıraqlarını hamarlayıb baş və pəncələrini açıq vəziyyətdə düzəldirlər ki, səthdə
qırış və qatlar alınmasın.
Dərinin ölçüsündən asılı olaraq onun orta hissəsinə 30q-dan 40 q-a qədər
konservləşdirici maddə tökərək onu lət səthinin ortasından qıraqlara tərəf yaymaqla
sürtüb dəriyə yeridirlər. Bu zaman elə etmək lazımdır ki, dərinin bütün hissələri
qarışığın nazik qatı ilə örtülsün. Belə konservləşdirilmiş dəriləri bir-birinin üzərinə
elə yığırlar ki, tük təbəqəsi altdakı dərinin lət üzərinə qoyulsun. Beləliklə, hər
qalaqda 50 ədəd dəri yığılır (hazırlıq məntəqəsinə təhvil vermək üçün). Ən
axırıncı, yəni üstdə qalan dərinin tük təbəqəsini yuxarı istiqamətdə qoyaraq qalağı
xaç şəklində ön və dal pəncələri tərəfdən iplə bağlayırlar. Dərilərin tam duzlanması
üçün qalağı 2 gündən az olmamaq şərtilə saxlamaq lazımdır. Bu vaxtdan sonra
onları sərin qapalı yerdə uzun müddət saxlamaq olar və ya qalağın üstünə brezent
material salınmalıdır ki, lət tam qurumasın.
Şüalandırma. Son zamanlar gön və xəz istehsalında işlədilən dərilərin
konservləşdirilməsi üzrə yeni tədqiqatlar aparılır ki, bunlardan da biri şüalandırma
üsulu sayılır. Bu tədqiqatlara görə dərilərin konservləşdirilməsi 18-20C-də havada
Co (radioaktiv kobalt izotoplu) mənbəyindən alınan qamma-şüalardan istifadə
etməklə aparılır. Şüalanma üsulu ilə təzə, yaşduzlanmış və quru duzlanmış xammal
növləri konservləşdirilir.
Təzə dəri kC/kq (0,1 Mrad) dozası ilə şüalanmadan sonra 7 gün ərzində heç
bir bakterial təsiri nişanəsi olmadan saxlanıla bilir. Əgər doza 3 kC/kq (0,3 Mrad)
götürülürsə, saxlanma müddəti 12 günə qədər çatır. Bu zaman xammalın kimyəvi
maddələrlə əlavə olaraq konservləşməsinə lüzum qalmır.
Təzə xammal polietilen paketlərə qoyulub şüalandırılarkən onu gözə
çarpacaq korlanma nişanəsi olmadan 7 aydan çox saxlamaq olur.
Hətta təyin olunmuşdur ki, gön xammallarının 1-3 kC/kq (0,1-0,3 M rad)
doza ilə şüalandırılması onların fiziki-mexaniki xassələrini yaxşılaşdırır. Görünür,
bu zaman dərinin zülal maddəsi destruksiya olunmadan müəyyən strukturlaşmaya
məruz qalır. Şüalanmanın effekti hazır göndə də qalır və ayaqqabının üstünə
işlədilən gönlərin dartılmada möhkəmlik həddi 20-28% artır.
23
Xammalın dezinfeksiyası. Heyvanların arasında adətən bir çox xəstəlik
növləri olur, məsələn, sibir qarayarası, manqo, saqqo, dabaq (ağız yarası),
qanqrena və s.
Sibir qarayarasının 3 növü məlumdur: dəri üzərində, ciyərlərdə və
bağırsaqda. Sibir qarayarası olan xammalı təyin etmək üçün Askom-Valenti
presipitasiya üsulundan istifadə edirlər. Bu məqsədlə xəstə heyvandan alınan
xüsusi zərdabı tədqiq olunan dəridən sorulan məhlula tökürlər. Əgər dəridə sibir
qarayara xəstəliyi vardırsa, məhlulda zülalın ağ həlqəsi çöküntü kimi alınır.
Xəstəliyə düçar olmuş dərilər yandırılır, şübhəli xammal isə mütləq dezinfeksiya
olunur. Dezinfeksiya üçün çox vaxt 30C-də 40 saat müddətində pikelləşdirmədən
istifadə olunur.
24
IV. DƏRILƏRIN KIMYƏVI TƏRKIBI VƏ TƏDQIQI ÜSULLARI
Gön yarımfabrikatlarının və məmulatların keyfiyyət göstəriciləri istifadə
olunan xammalın növündən və kimyəvi tərkibindən çox asılıdır. Yeni soyulmuş
xam dərinin kimyəvi tərkibi su ilə yanaşı zülallardan, mineral maddələrdən, yağ və
yağabənzər maddələrdən, karbohidratlardan ibarətdir. Son tədqiqat nəticələrinə
görə təzə dəridə az miqdarda fermentlər, piqmentlər və kükürdlü birləşmələrin
olması da aşkar edilmişdir.
Göstərmək lazımdır ki, heyvan bədənindən soyulmuş təzə dəri xammalının
tərkibi daimi deyil. Bu, hər şeydən əvvəl, heyvanın növündən, cinsindən, yaşından,
bəslənmə şəraitindən və topoqrafik xüsusiyyətlərindən çox asılıdır.
Hesab edirlər ki, təzə dərinin tərkibində suyun miqdarı 60-75% arasında
dəyişə bilir. Çünki konservləşdirilmiş və qurudulmuş dəri xammalının tərkibinin
95%-ə qədəri zülali maddələrdəndir.
Zülallar dedikdə, dəri xammalının kimyəvi tərkibində olan lifli materiallar
nəzərdə tutulur ki, buraya kollogen, keratin, elastin və retikulinlifləri aiddir. Xam
dərinin və emal edilmiş gön yarımfabrikatlarının əsasını kollogen, az miqdarda isə
elastin və retikulin təşkil edir. Lakin gön emalı ərəfəsində dəridə olan keratin,
albumin və qlobuminli zülallar dəridən yox edilir.
Kollogen heyvan dərisinin derma qatının lifli quruluşunun əsasını təşkil
edir. Heyvanın növündən asılı olaraq, xüsusilə iribuynuzlu heyvan dərisinin
tərkibindəki quru qalığın 84-87%-ə qədəri kollogen liflərindən ibarətdir.
Kollogenin elementar tərkibi isə 50,2% karbondan, 6,4% hidrogendən, 17,8%
azotdan, 25,6% oksigendən təşkil olunmuşdur.
Kollogenin, o cümlədən yüksək molekulalı birləşmələrin xassələri elementar
kimyəvi tərkibə görə deyil, onların quruluşuna görə təyin olunur. Kollogen
mürəkkəb quruluşa malik olmaqla hələ də onun tərkibi tam müəyyən edilməyib.
Lakin kollogenin quruluşu haqqında müasir fikirlər yalnız tədqiqatla alınan
nəticələrə deyil, zülallar və polimerlərin kimyəvi tərkibi barədə mövcud
fərziyyələrə əsaslanır.
25
Müəyyən
edilmişdir
ki,
kollogen
tərkibinə
görə
müxtəlif
növ
aminturşularından ibarətdir ki, bunlar da turşu və qələvilərdə hidroliz nəticəsində
kollogendən ayrıla bilir. Amin turşuları, öz növbəsində karboksil və amin
qruplarına bölünür. Bunlardan monoaminmonokarbon turşuları bir karboksil və bir
amin qruplarından təşkil edilib. Buna misal olaraq qlitsini göstərə bilərik ki, bunun
kimyəvi forması aşağıdakı kimidir:
NH
2
―
CH
2
―
COOH
Kollogenin hidrolizi zamanı alınan qalığın 25%-i qlitsindən ibarətdir.
Monoaminodikarbon turşuları turşulu xarakterə malik olmaqla iki karboksil
və bir amin qruplarından ibarətdir. Bu qruplardan məlum olanları aspargin və
qlyutamin turşularıdır.
Diaminmonokarbon turşuları 2 amin qruplarından və bir karboksil
qrupundan ibarətdir. Buna misal olaraq arqinini göstərmək olar.
Karbo cərgəli amin turşularının nümayəndəsi fenilalanindir.
Heterosilsiləvi amin turşularına prolin və oksiprolin aiddir.
COOH―CH―CH
2
―
|
NH
2
COOH―CH―CH
2
―CH
2
―NH―C=NH
| |
NH
2
NH
2
H
2
C―CH
2
| |
H
2
C―CH
NH
пролин
COOH―CH―CH
2
―COOH
|
NH
2
26
Kollogen maddəsinin tərkibində olan oksiamin və amin turşularında cüzi
miqdarda kükürd birləşməsinə də rast gəlinir. Amin turşuları öz aralarında peptid
―CO―NH― əlaqəsi ilə birləşirlər ki, bunların hesabına uzun zəncirvari quruluş
yaranır, buna da polipeptid zənciri deyilir ki, bunun da sonu hələlik elmə bəlli
deyil.
Yaxın zamanlaradək kollogenin quruluşuna fəzada qəfəsə halında baxılırdı,
bu da təbəqəli-zəncirli quruluşa malikdir. Paralel yerləşən polipeptid zəncirləri öz
aralarında hidrogen əlaqələri ilə birləşirlər. Bu birləşmədəki təbəqələr öz aralarında
elektrovalentli və kovalent əlaqələri ilə birləşərək 3 ölçülü quruluş yaranır. Odur
ki, belə amin turşuları bir-biri ilə amin və karboksil qruplarla birləşərək (su
ayrılmaqla) uzun zəncir əmələ gətirir.
Ən yeni tədqiqat işlərinin nəticələrinə görə kollogenin başqa struktur modeli
yaradılmışdır. Müasir baxışlara görə, kollogenin quruluşu 3 spirallı hissəciklərdən
ibarət olub, bir-birləri ilə ümumi ox ətrafında toxunurlar. 3 spirallı hissəciklər
fibrillərin yaranmasına səbəb olur. Bu liflərin diametri 500-1000A bərabər
olmaqla bunu ancaq elektron mikroskopu altında görmək olar (şəkil 2).
Kollogenin çoxpilləli quruluşunun mürəkkəbləşməsi hazırki dövrdə belə
nəzərdən keçirilir: polipeptid zəncirləri (əsas molekulyar vahid) protofibrillər (3
spirallı hissəciklər) fibrillər elementar liflər mürəkkəb liflər lif dəstləri.
Kollogenin xassələri əsasən onun kimyəvi quruluşunun xüsusiyyətləri ilə
müəyyənləşdirilir. Belə ki, kollogen maddəsinin xassələri təkcə kimyəvi tərkibi ilə
deyil, həm də aktiv qrupların və onlar arasındakı əlaqənin özünə məxsusluğu ilə
qiymətləndirilir.
Kollogenin səthinin daha yüksək inkişaf etməsi və daha çox aktiv
qruplarının olması onun reaksiyayagirmə qabiliyyətini sürətləndirir, xüsusilə də
kollogen maddəsinin aşılayıcı maddələrlə istənilən səviyyədə reaksiyayagirmə
qabiliyyətini artırır.
Kollogen isti və soyuq suda həll olmur, habelə həll olmuş turşu, qələvi və
duz məhlullarına qarşı davamlı xassəyə malikdir. Lakin kollogen maddəsi suda və
məhlullarda şişir. Turşulu və qələvi mühitində kollogen lifləri tədricən struktur
27
elementlərinə ayrılır, müxtəlif əlaqə və forma dəyişkənliyinə məruz qalmaqla
nəticədə yeni əlaqə formaları yaranır.
Kollogen maddəsinə turşu və qələvilərin təsiri amin və karboksil qrupların
əlaqə formalarının yaranmasına səbəb olur. Şəraitdən və təsiretmə müddətindən
asılı olaraq proses zamanı amin turşularının yaranmasına səbəb olur ki, bu da
davamlı əlaqə və zəncirlərin parçalanmasına şərait yaradır.
Neytral duzlar kollogenə
yumşaltma təsiri
göstərir,
bu əsasən
molekulalararası əlaqəyə təsir edir. Suda qızdırılma zamanı kollogen maddəsi
tədricən bişmiş vəziyyətə düşür. Bu onunla izah edilir ki, kollogen deformasiyaya
məruz qalaraq qatlanır. Həmin proses ərəfəsindəki temperatura bişmə
temperaturası adlanır. Tər dəridə kollogen üçün bişirilmə temperaturası 55-
65sayılır. Deməli, bişirilmə zamanı kollogen liflərinin uzunluğu qısalmağa
başlayır, qalınlığı artır, davamlılığı azalır. Uzun müddət qaynar suyun təsirindən
kollogen maddəsi yapışqan halına düşür.
Fermentlərin, tripsinlərin, pepsinlərin və orizonların kollogenə təsiri eyni
deyil. Belə ki, tripsinlərin fermenti kollogenin təbiətinə təsir etmir. Əhəng maddəsi
ilə kollogenin emalı zamanı tripsinlər peptid əlaqəsinə təsir göstərə bilir.
Dostları ilə paylaş: |