AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.01.2017
ölçüsü0,89 Mb.
#6446
1   2   3   4

Elastin – elastin adlı liflərin əsasını təşkil edir. Elastin adi reagentlərin, yəni 

turşu  və  qələvilərin  təsirinə  dözümlüdür,  suda  qızdırılarkən  yapışqan  halına 

düşmür.  Tripsinlərin  fermenti  elastin  maddəsinə  dağıdıcı  təsir  göstərir,  pepsinlər 

isə təsir etmir. 



Retikulin  adından  göründüyü  kimi  retikulin  liflərinin  tərkibinə  daxil  olub, 

fiziki-kimyəvi xassələrinə görə kollogenlə keratin maddələri arasında keçid əlaqəsi 

yaradır. Retikulin qaynar suya davamlılığı ilə, turşu, qələvi və tripsinlərin fermentli 

məhlullarına  çox  dözümlülüyü  ilə  xarakterizə  olunur.  Natrium  kükürd  turşusu 

retikulində əsaslı dəyişikliyə səbəb olur. 

Keratin  əslində  dərinin  tük  təbəqəsinin  tərkibində  olur,  az  miqdarda  da 

epidermisin  buynuz  qatında  mövcuddur.  Yeyici  qələvinin  və  natrium  kükürd 

məhlulunun  təsirindən  keratin  parçalanmaya  məruz  qalır  ki,  bundan  da  gön 

istehsalı zamanı dəridən epidermis qatının ləğv edilməsində geniş istifadə olunur. 



 

28

Albuminlər,  qlobulinlər,  mutsinlər  və  mukoidlər  epidermisin  tük 

çantalarında,  liflər  arasında,  qan  damarlarında,  sinir  telləri  arasında  olmaqla  zəif 

qələvi  məhlulunda  asanlıqla  həll  olur  ki,  bundan  istifadə  edərək  gön  emalı 

texnologiyası  zamanı  hazırlıq  əməliyyatları  aparılarkən  dəridən  adları  çəkilən 

maddələrin yox edilməsində istifadə olunur. 



Piy  və  piyəbənzər  maddələr  dəri  xammalının  bütün  3  təbəqəsində,  yəni 

epidermis,  derma  və  nəhd  qatlarında  müxtəlif  miqdarda  mövcuddur.  Piy  və 

piyəbənzər  maddələrin  miqdarı  heyvanların  növündən  asılı  olaraq  dərilərinin 

tərkibində  müxtəlif  miqdarda  olur.  Ən  çox  donuz  və  qoyun  dərilərində  piy  və 

piyəbənzər  maddələr  mövcuddur.  Bu  maddələr  gön  emalı  texnologiyasında  ilkin 

mərhələdə,  yəni  hazırlıq  əməliyyatlarının  son  prosesi  sayılan  yağsızlaşdırma 

əməliyyatı zamanı xüsusi kimyəvi maddələrin tətbiqi ilə dəridən yox edilir. 

Mineral  maddələr  xam  dərilərdə  müəyyən  miqdarda  vardır.  Bunların 

ümumi  miqdarı  2-2,5%-dən  çox  olmur,  çünki  qlobulyar  maddələr  gön  emalı 

zamanı  dəridən  yox  edilən  mineral  maddələrin  miqdarı  azalır.  Dəridə  mineral 

maddələr  qan  damarlarında  və  limfa  vəzlərində  toplaşır  ki,  bu  da  duz 

birləşmələrindən ibarətdir. 

   


 

29

V. GÖN XAMMALININ SORTLAŞDIRILMASI VƏ KEYFIYYƏTININ 



QIYMƏTLƏNDIRILMƏSI 

 

Gön xammalının tədarük edilməsi və gön sənayesinə təhvil verilməsi zamanı 



müvafiq  standartlara  uyğun  olaraq  mütləq  sortlaşdırılmalıdır.  Gön  xammalının 

tədarükü  QOST  1134-51-ə  əsasən  təhvil  verilməsi  isə  QOST  382-41-ə  əsasən 

həyata  keçirilir.  QOST  1134-51-də  gön  xammalı  bölməsi  vardır  ki,  burada 

xammalın  xarici  görünüşünə  və  keyfiyyətinə  qoyulan  tələblər,  qəbul  qaydaları  və 

xammalın  ilkin  dəri  növünün  çəkisinə  olan  nisbəti,  habelə  bütün  növ  dərinin 

ümumi  sahəsi  haqqında  olan  məlumatlar  verilir.  QOST  1134-51-ə  uyğun  olaraq 

dərinin  növündən  və  çəkisindən  asılı  olaraq  onların  sortlaşdırılması  qaydası 

müəyyən edilmişdir. Bu baxımdan, bütün gön xammalını 4 qrupa ayırırlar: 

  qrupa  çəkisindən  asılı  olmayaraq  südəmər  buzov  dəriləri,  çəkisi  5  kq-a 

qədər  olan  dayça  dəriləri,  bütün  növ  qoyun  və  keçi  dəriləri,  çəkisi  4  kq-a  qədər 

olan donuz və donuz balası dəriləri aiddir; 

 qrupa dana, dəvə balası, eşşək və qatır dəriləri, iri donuz dəriləri, çəkisi 4-

7 kq-a qədər olan qaban dəriləri daxildir; 

  qruppa  çəkisi  10-17  kq  olan  qaramal  dəriləri,  at,  dəvə,  eşşək  və  qatır 

dəriləri, camış dəriləri aiddir; 

V  qrupa  çəkisi  17  kq-dan  çox  olan  qaramal,  at,  dəvə,  los,  camış,  Tibet 

öküzü dəriləri aiddir.  

Bir qayda olaraq, dərilərin çəkisi yenicə soyulmuş vəziyyətdə olan çəki kimi 

nəzərə  alınır.  Keyfiyyətindən  asılı  olaraq  bütün  gön  xammalının  ,  ,    və  V 

sorta  ayrılırlar.  Gön  xammalının  sortu  onlarda  baş  verən  nöqsanlara  əsasən 

müəyyən  edilir.  Gön  xammalının  yararlı  sahəsi  onun  nöqsansız  olan  sahəsi  ilə 

müəyyən  edilir.  Dərilərin  nöqsanları  müəyyən  ədədlə  qiymətləndirilir.  V  sortun 

tələblərinə cavab verməyən dərilər (loskun) dəri kəsiyi adlandırılır. 

QOST  1134-51-də  qurudulmuş,  duzlanmış,  daha  çox  duzlanmış  dərilərə 

güzəştlər  verilməsi,  habelə  onların  qablaşdırılması,  markalanması  və  saxlanması 

qaydalarına aid məlumatlar da verilir. 



 

30

QOST 382-41-də  gön zavodlarını təhvil  verilən bütün  növ  dərilər  haqqında 



məlumat  verilir.  Bu  standarta  əsasən  gön  xammalı  xırda,  iri  və  donuz  dərilərinə 

ayrılır.  Bu  standartın  texniki  bölməsində  dərinin  xarici  görünüşü  və  soyulması, 

istehsalat  partiyasının  seçilməsinin  normalaşdırılması  haqqında  məlumatlar, 

dərinin  ağırlaşdırılması  dərəcəsinin  müəyyən  edilməsi  üsulları,  sahəsinin  təyini 

yolları, dərinin qalınlığının və tük təbəqəsinin, xüsusilə qoyun dərilərində yununun 

uzunluğunun  ölçülməsi  qaydaları  haqqında  da  izahatlar  verilir.  Bu  göstərilən 

standart növlərindən başqa ayrı-ayrı növ xammallara aid sahə (OST) standartları da 

vardır. 


Gön  xammalında  baş  verən  nöqsanlardan  asılı  olaraq  dərilərin  keyfiyyət 

səviyyəsi  müəyyən edilir.  Bu baxımdan,  gön  xammalında  və eləcə də xəzlik üçün 

olan  dərilərdə  rast  gələn  nöqsanları  ümumi  və  spesifik  nöqsanlara  ayrılırlar. 

Ümumi  nöqsanlar  müxtəlif  növ  dərilərdə,  spesifik  nöqsanlar  isə  müəyyən  növ 

dərilər  üçün  xarakterikdir.  Bundan  əlavə,  yaranma  xarakterinə  görə  nöqsanlar 

heyvanın  yaşadığı dövrdə  və öldükdən sonra rast gələn  nöqsanlara da ayrılır. Gön 

istehsalı zamanı onun sortunun aşağı düşməsinə ən çox yaşayış dövründə baş verən 

nöqsanlar  təsir  göstərir  ki,  bu  da  60%  təşkil  edir.  Lakin  xəz  istehsalında  dərilərin 

sortunun  aşağı  düşməsinə  yaşayış  dövründə  yox,  heyvanın  ölümündən  sonra  baş 

verən nöqsanlar təsir edir ki, bu da bütün nöqsanların 70-80%-ni təşkil edir. 

Heyvanın  yaşadığı  dövrdəki  nöqsanları  dərinin  xəstəliyi,  mexaniki 

zədələnmələr,  düzgün  yemlənməməsi,  habelə  bəzi  çirklənmələr  üzündən  baş  verə 

bilir.  Bu  cür  nöqsanlar  sırasına  diametri  1-5  mm-ə  qədər  olan  deşik  izləri,  vəz 

toxumaları  (gəmiricilərdən  qalmış  izlər),  göbələkləşmə  xəstəliklərindən  qalmış 

keçəllik, çopurluq, yara yerləri, qat  izləri, epidermisin soyulmuş yerləri  və s. kimi 

nöqsanları misal göstərə bilərik. 

Heyvanın  ölümündən  sonra  baş  verən  xammal  nöqsanlarına  misal  olaraq 

onun kəsilməsi, soyulması, konservləşdirilməsi, saxlanması və daşınmasında əmələ 

gələn  nöqsanları  aid  edirlər.  Bunlardan  kəsilmə  zamanı  baş  verən  nöqsanlara 

səmərəli  kəsilmə  metodlarından  düzgün  istifadə  edilmədikdə  yaranan  nöqsanları, 

dərinin  soyulmasında  yaranan  və  konservləşdirmədən  yaranan  nöqsanları  bir-


 

31

birlərindən  mütləq  fərqləndirmək  lazımdır.  Belə  ki,  soyulma  nöqsanları  dərilərin 



sortunun aşağı düşməsində 20%-ə qədəri təşkil edir. 

Konservləşdirmə,  saxlanma  və  daşınma  nöqsanlarına  dərinin  üst-üstə 

yığılma  nöqsanları,  dərinin  sınması,  çat  izləri,  qat  izləri,  dərinin  hislənməsi, 

buynuzlaşma,  gəmiricilərdən  əmələ  gələn  izlər,  kiflənmə,  islanmadan  yaranan 

nöqsanlar,  çürümüş  yerlər,  dərinin  rənginin  dəyişməsi  (krasnata),  duz  izləri  və  s. 

kimi nöqsanları aid etmək olar. 

Gön,  xəz  və  qoyun  kürkü  üçün  istifadə  edilən  xammalın  keyfiyyət 

göstəricilərini  orqpnoleptiki  üsuldan  əlavə  mikrobioloji,  histoloji  və  kimyəvi 

tədqiqat üsulları vasitəsilə qiymətləndirilir. 

Mikrobioloji  tədqiqat.  Xam  dərilərin  mikrobların  iştirakı  ilə  zədələnməsi 

dərəcəsini  mikrobioloji  topoqrafiya  üsulu  ilə  təyin  edirlər  ki,  bu  da  aşağıdakı 

göstəricilərdən ibarətdir: 

1)  bakterioskopik  topoqrafiya  üsulu  dedikdə,  dərilərin  morfologiyasının, 

dərinin  müxtəlif  qatlarında  mikrobların  yerləşməsi  xarakteri  və  sıxlığının 

mikroskopun köməyi ilə öyrənilməsi kimi başa düşülür ki, bunu da üfiqi və şaquli 

istiqamətdə nümunə kəsib tədqiqatdan keçirməklə öyrənirlər; 

2)  bakterioloji  topoqrafiya  üsulu  zamanı  dərinin  ayrı-ayrı  təbəqələrindən 

götürülmüş  mikroblar  müxtəlif  qidalandırıcı  mühitdə  əkilərək  dərinin  qatlarının 

həm duzlanması dərəcəsinin və həm də keyfiyyətli konservləşdirilməsi öyrənilir; 

3)  sintetik  topoqrafiya  üsulu    və    üsulla  alınmış  nəticələrin  bir-birləri  ilə 

tutuşdurulmasından alınan nəticəyə əsaslanır; 

4)  bir-birindən  asılı  olan  və  tədqiqat  topoqrafiya  üsulu  əvvəlki  hər  3 

tədqiqatın  nəticələrini  tutuşdurub  dərinin  strukturunda  baş  verən  dəyişikliyin 

öyrənilməsinə əsaslanır. 

Mikrobioloji  topoqrafiya  üsulu  bütün  elmi-tədqiqat  işlərində  geniş  istifadə 

edilməklə  dərilərin  quruluşundakı  dəyişiklikləri  tamamilə  öyrənməyə  şərait 

yaradır. 



Histobakterioloji  tədqiqat  üsulu  dərilərin  struktur  elementlərinin  təyin 

edilməsinə  əsaslanır.  QOST  13106-67  üzrə  gön  xammalının  histobakterioskopik 



 

32

nəzarəti  haqqında  məlumat  verilir.  Bu  isə  əvvəlcədən  hazırlanmış  xammal 



nümunəsinin  mikroskop  altında  tədqiqatdan  keçirilməsinə  əsaslanır.  Bakterioloji 

dəyişiklik  əsasən  dərinin  derma  qatındakı  vəzli  və  tor  təbəqələrində  tük 

çantalarının  zədələnməsi  hesabına  yaranır.  Bu  isə,  öz  növbəsində  kollogen 

liflərinin  parçalanmasına  gətirib  çıxarır.  Gön  qatının  həddən  artıq  bakterioloji 

dəyişikliyə  məruz  qalması  zamanı  elastin  lifləri  tamamilə  həll  olmuş  vəziyyətə 

düşür. 


Kimyəvi  tədqiqat.  Dərilərin  tərkib  hissəsinin  dəyişilməsi  müxtəlif 

maddələrin  ayrılması  hesabına  da  baş  verir.  Gön  xammalını  keyfiyyət 

göstəricilərinin  qiymətləndirilməsi  dəridən  ayrılmış  maddələrin  kimyəvi  üsulla 

tədqiq  edilməsi  ilə  də  başa  çatdırılır.  Belə  maddələr  nə  zülallar  və  nə  də  yağ-piy 

maddələrinə  aid  deyil.  Normal  və  xarab  olmuş  dəridən  su  iştirakı  ilə  çıxarılmış 

maddələrdə  turşuluq  ədədi  (pH)  göstəriciləri  müxtəlif  olur.  Buna  görə  də  bəzən 

pH-ın  göstəricisinə  görə  gön  xammalının  keyfiyyəti  barədə  fikir  söyləmək 

mümkündür. 

Tədqiqatlar  göstərir  ki,  dərilərin  xarabolma  səviyyəsindən  asılı  olaraq  onun 

tərkibində  sistin,  tirozin,  süd  və  fosfat  turşuları  toplaşır.  Bunların  dəridəki 

miqdarını  təyin  etmək  üçün  bir  neçə  reaksiya  növlərindən  istifadə  edirlər.  Su  ilə 

ayrıla bilən maddələrdə tirozinin olması zülalların nisbətən az xarab olmasını, lakin 

sistinin, süd və digər turşuların olması ilə zülalların tam xarab olmasını sübut edir. 

Bundan  əlavə,  dərinin  keyfiyyətinin  amiyak  maddəsinin  miqdarına  görə  də  təyin 

edirlər. Dərilərin çürümə dərəcəsini ərimə temperaturuna görə də təyin etmək olar. 

Əgər  ərimə  temperaturu  60C-dən  aşağı  deyilsə,  onda  dəridə  çürümə  yoxdur. 

Dərilərin  kimyəvi  tərkibinin  kəmiyyətcə  göstəricilərini  onun  nəmliyinə,  külünün 

miqdarına,  zülali  və  yağlı  maddələrin  miqdarına  görə  və  konservləşdirilməsinin 

keyfiyyətini  isə  natrium  xlor  və  sodanın  miqdarına  görə  təyin  edirlər.  Bütün  bu 

üsullar isə müvafiq standartlarda göstərilir. 

 

 


 

33

VI. Dərilərin tərkibindəki rütubətin miqdarının təyini 

 

Uzun illər ərzində dünya miqyasında gön istehsalı ilə məşğul olan ölkələrin 



tədqiqatçıları  ancaq  gön  yarımfabrikatları  və  aşılayıcı  materiallarda  rütubətin 

miqdarını  öyrənmişlər.  Lakin  ötən  əsrin  sonlarında  xam  dərilərin  tərkibindəki 

rütubətin təyin edilməsinə fikir verilməyə başlandı. Məqsəd isə konservləşdirilmiş 

dərinin  tərkibində  nə  miqdarda  rütubət  mövcuddur.  Əksəriyyət  gön  zavodlarında 

xammalın  keyfiyyətinə  ciddi  nəzarət  edilməsi  zamanı  aşkar  edilmişdir  ki,  ən  az 

öyrənilənilən  «sahə»  istehsal  zamanı  gön  xammalının  nə  vəziyyətdə  olmasıdır. 

Daha doğrusu, dəridə rütubətlə duz maddəsinin bir-birinə olan nisbəti nə qədərdir. 

Elə  bu  fikirlər  gön  xammalının  konservləşdirilməsi  keyfiyyətini  yaxşılaşdırmaqla 

dərinin ağırlaşmasının qarşısını almaq mümkün olsun. 

Dərilərin tərkibindəki rütubətin miqdarının təyin edilməsi istehsal prosesinin 

nizamlaşdırılmasına  şərait  yaradır.  Bu  isə  istər  dəri  xammalının  və  istərsə  də  gön 

yarımfabrikatlarının  tərkibindəki  rütubətin  təyini  üçün  tez  başa  gələn  metodların 

işlənilib  hazırlanmasına  və  həm  də  istehsal  prosesində  tətbiq  olunan  kimyəvi 

maddələrin yarımfabrikatların tərkibindəki rütubətin miqdarına təsirini aşkar etmək 

məqsədini daşıyır. 

Bir neçə Amerika tədqiqatçıları müəyyən etmişlər ki, quru duzlanmış buzov 

dərisinin  tərkibində  anbar  şəraitində  saxlanarkən  rütubətin  miqdarı  40-50% 

arasında  tərəddüd  edir.  Bunun  üçün  tədqiqatçılar  240  ədəd  dərini  havasız  şkafda 

80  temperaturda  16  saat  ərzində  qurutmuşlar.  Tədqiqatla  müəyyən  edilmişdir  ki, 

quru duzlanmış dəridə rütubətin miqdarı 36%-dən 46%-dək çata bilir. Nümunənin 

havasız  quruducu  şkafda  qurudulması  16  saat  ərzində  P

2

O



5

  maddəsi  altında  başa 

çatdırılmışdır. 

Xauz  və  Kreker  yaş  duzlanmış  donuz  dərisində  suyun  itirilməsini 

öyrənmişlər.  Bunun  üçün  dərini  duzlamış  və  mezdra  qatı  istiqamətində  üz-üzə 

qatlanmış,  islanmış  duzlu  su  sərbəst  olaraq  axıb  tökülmüşdür.  3  həftədən  sonra 

dərini silkələməklə artıq duzu dəridən azad etməklə tərkibdə olan rütubətin miqdarı 

təyin  edilmişdir.  Tədqiqatın  nəticələrinə  görə  müəyyənləşdirilmişdir  ki,  donuz 



 

34

dərisindən  itirilən  suyun  miqdarı  iribuynuzlu  heyvan  dərisindən  ayrılan  suyun 



miqdarından azdır. 

Qeyd  etmək  lazımdır  ki,  dərinin  topoqrafiyası  və  mikroquruluşundan  asılı 

olaraq  rütubətin  paylanması  da  müxtəlifdir.  Belə  ki,  aparılan  tədqiqatlardan 

göründüyü  kimi,  yenicə  soyulmuş  və  yaş  duzlanmış  iribuynuzlu  inək  dərisində 

daha çox rütubət dərinin tük çantalarında toplaşır. Konservləşdirmə prosesindən 4 

saatdan sonra rütubətin dərinin epidermis qatından mezdra qatına keçməsi 50-66% 

arasında tərəddüd edir. 

Bu  təcrübələr  dərinin  ya  havada  və  ya  quruducu  şkafda  qurudulması  ilə 

çəkisinin  azalması  ilə  başa  çatdırılmışdır.  Məsələn,  Tenkous  iribuynuzlu  qaramal 

dərisinin  quru  və  yaş  duzlama  yolu  ilə  tərkibindəki  rütubətin  miqdarını 

öyrənmişdir.  Bu  təcrübə  Sokslet  aparatında  nümunənin  benzin  iştirakı  ilə 

distilyasiya  yolu  ilə  aparılmışdır.  Belə  bir  metodika  yaş  duzlanmış  dərinin 

sahəsində  rütubətin  dəyişməsinin  öyrənilməsində  tətbiq  edilmişdir.  Tenkous 

müəyyən  etmişdir  ki,  təzə  soyulmuş  dəridə  rütubət  63%  olduğu  halda,  quru 

duzlanmış dəridə 44% və yaş duzlanmış dəridə isə 48% təşkil edir. 

Sonuncu  məlumata  görə,  yaş  duzlanmış  dərinin  tərkibindəki  rütubətin 

miqdarı  Strendayn  və  onun  əməkdaşlarının  tədqiqatlarının  nəticələri  ilə  tamamilə 

üst-üstə  düşür.  Amerika  tədqiqatçısının  elmi  nəticələrinə  görə  hər  bir  yaş 

duzlanmış dərinin sahəsi boyunca 21  yoxlama  nöqtəsində  rütubətin  miqdarı 39%-

dən  48%-ə  qədər  dəyişə  bilir.  Bu  yaxınlarda  O.Flerti  və  Loller  belə  bir  fərziyə 

söyləmişlər  ki,  quru  duzlanmış  külün  miqdarının  rütubətə  olan  nisbəti 

konservləşdirmə əməliyyatından sonra 31 və istehsala daxil olan dərilərdə isə 33-ə 

bərabərdir.  Bu  fərziyyələr  müxtəlif  tədqiqatçıların  nəticələrinə  əsaslanmaqla  tələb 

edir ki, dərinin konservləşdirilməsi keyfiyyətini müəyyənləşdirmək üçün rütubətin 

və  külün  tədqiqi  çox  vacibdir.  Əlavə  aparılan  tədqiqat  işləri  sübut  edir  ki, 

konservləşdirmə  keyfiyyətli  aparılmış  olarsa,  onun  anbar  şəraitində  saxlanılması 

müddəti  çox  olar.  Belə  halda  dəri  xammalının  tərkibində  rütubətin  miqdarı  48%, 

minimum külün miqdarı isə 14% olması məqsədəuyğundur. 



 

35

Aşağıdakı  3  saylı  cədvəldə  5  ədəd  konservləşdirilmiş  iribuynuzlu  heyvan 



dərisinin  hər  birisinin  36  nöqtəsində  rütubət  və  külün  faizlə  miqdarının  təyini 

haqqında məlumat verilmişdir. 



Cədvəl 3. 

Sıra 

sayı 

Konservləşdirmənin üsulları 

Miqdarı 

Rütubət və 

külün nisbəti 

rütubət 

kül 

1. 


Duzlanıb rəflərdə qurudulma 

45,0 


15,8 

34,4 


2. 

Çənlərdə yaş duzlanmış 

45,9 

15,8 


34,4 

3. 


Barabanlarda yaş duzlanmış 

44,3 


14,6 

33,0 


4. 

Sirkulyasiyalı  

45,5 

13,4 


29,5 

 

Cədvəl  məlumatları  göstərir  ki,  konservləşdirmə  üsulları  müxtəlif  olsa  da, 



nəinki  dərinin  emalı  zamanı,  eyni  zamanda  hətta  yaş  duzlanmış  dəri  növlərinin 

saxlanması üçün də məqbul sayıla bilər.  

Müxtəlif  dövrlərdə  gön  emalı  sahəsində  yarımfabrikatların  tərkibində 

rütubətin miqdarının təyini barədə məlumatlar da verilmişdir. Bu tədqiqat işlərində 

kollogen və elastin liflərinin su ilə qarşılıqlı əlaqəsi haqqında fikirlər söylənmişdir. 

Müəyyən  edilmişdir  ki,  30  günlük  saxlanılmadan  sonra  duzlanmış  dəri  özünün 

çəkisinin  50%-ni  itirir.  Istehsalın  hazırlıq  mərhələsində  dərinin  24  saat  ərzində 

isladılmasından  sonra  dəri  əvvəlki  çəkisinin  və  xarici  görünüşünü  bərpa  edir. 

Yağlanma  prosesindən  sonra  isə  kollogen  və  elastin  lifləri  çəkisini  31%  artırır. 

Lakin  gön  yarımfabrikatının  otaq  temperaturu  şəraitində  saxlanması  ərəfəsində 

qurudulduqdan  sonra  çəkinin  50%  itirilməsi  aşkar  edilmişdir.  Bu  da  əslində  təzə 

dərinin həmin şəraitdə qurudularkən itirdiyi çəkiyə bərabərdir. Bunu sadə fikirlərlə 

də izah etmək olar ki, dərinin və yaxud da yarımfabrikatların çəkisinin artıb və ya 

azalmasında  məhlulun  tərkibinin  tədqiq  edilməsinə  ehtiyac  qalmır,  çünki  həmin 

məhlulda sudan başqa ola bilsin ki, digər maddələr də vardır. 

Kompton  aşılanmış  buzov  dərisində  suyun  tərkibini  xarakterizə  edərək 

göstərir  ki, suyun zülallar tərəfindən  hansı yollarla özünə çəkməsinə baxmayaraq, 

sözsüz  ki,  gön  təbəqəsində  3  növ  su  qalığı  vardır.  Bu  baxımdan,  gön  qatında 

mövcud  olan  adsorbsiya  olunmuş  və  birləşmiş  suyun  miqdarını  70C-də 

qurutmaqla minimum çəki alınanadək təyin edirlər. Gön materialında sərbəst qalan 

suyun  miqdarını  nümunəni  sıxmaqla  kənar  edirlər.  Bunun  üçün  Karver  sıxıcı 


 

36

presləyici  cihazdan  istifadə  edilir.  Alınan  məlumatlara  görə,  gön  istehsalı 



praktikasında  belə  bir  fikir  söylənilir  ki,  gön  materialında  mövcud  olan  mayenin 

70%-ə  qədəri  sərbəst  qalan  suyun  hesabınadır.  Məlumdur  ki,  gön  xammalının 

tərkibindəki  suyun  miqdarının  azalması  ətraf  mühitinin  nisbi  rütubətinin  azalması 

və  temperaturanın  çoxalması  hesabına  baş  verir.  Bunun  üçün  gön  təbəqəsi  4  saat 

ərzində  vaakumlu  quruducu  şkafda  100C-də  saxlanılmaqla  gön  nümunəsinin 

rütubətini təyin edirlər. 

Zülali  maddələrin  su  ilə  əlaqəsi  müzakirə  edilərkən  belə  bir  fikir  söylənilir 

ki,  dəridə  mövcud  olan  su  həll  olmayan  maddələrin  tərkibində  olur.  Belə 

birləşmədə olan suyun miqdarı təxminən 20%-ə qədər çata bilir. 

Gön  xammalının  və  gön  yarımfabrikatlarının  tərkibindəki  rütubətin  zülali 

maddələrlə  qarşılıqlı  əlaqəsinin  tədqiqi  göstərir  ki,  doğrudan  da,  bu  maddələrlə 

suyun  əlaqəsi  daha  böyükdür.  Hətta  mütəxəssislərin  həlledicilərin  iştirakı  ilə 

apardıqları  distilləetmə  metodunun  tətbiqi  göstərir  ki,  temperaturanın  artması  gön 

materialının rütubətinin azalmasına gətirib çıxarır. Eyni zamanda zülali maddələrin 

rütubəti  saxlaması  da  tərəddüd  altındadır.  Odur  ki,  əlavə  suyun  miqdarının 

azaldılması üçün  mütləq temperaturanın artırılması vacibdir. Odur ki, belə bir fakt 

özünü  doğruldur  ki,  zülali  maddələrin  rütubəti  özündə  saxlaması  aşılanmanın 

növündən asılı deyil. 

Gön  emalı  texnologiyasında  və  hazır  gönlərdə  rütubətin  dəyişməsini 

mütəxəssislər tərəfindən təklif olunan karbid üsulu məsləhət görülmüşdür. Deməli, 

bu  kiçik  metodun  tətbiqi  ilə  müəyyən  etmişlər  ki,  dərinin  isladılması  prosesindən 

sonra xammalın tərkibində 68,7%, külləmədən sonra 75,4%, xrom aşılanmasından 

sonra  62,2%  rütubət  qalır.  Yarıya  bölünmüş  dərinin  xrom  aşılanması  prosesində 

rütubətin  miqdarı  54,4%,  yağlanmadan  sonra  64,4%,  birinci  qurudulmadan  sonra 

13,2%,  əlavə  nəmləşdirmədən  sonra  isə  31,1%  olur.  Hazır  gönlərdə  rütubətin 

miqdarı 14,6%-ə çatır.  

Amerikan  alimi  Xemfris  müxtəlif  aşılayıcı  maddələrin  suyun  miqdarına 

təsirini öyrənərkən 6 gön nümunəsini tədqiq etmişdir. O, nümunələri buxarlandırıcı 

şkafda 100C-yədək qızdırarkən müəyyən etmişdir ki, sərbəst su zülali maddələrin 


 

37

quruluşu  və  suda  həll  ola  bilən  maddələrdən  yox,  aşılayıcı  maddələrdən  çox 



asılıdır. 

Gön xammalının və yarımfabrikatların tərkibindəki rütubətin miqdarını təyin 

edərkən  10  q  çəkisində  nümunə  götürülür.  Bu  zaman  əgər  nümunə  həddən  artıq 

rütubətli  olarsa,  onda  əlavə  olaraq  qurudulma  mərhələsindən  keçirilməlidir. 

Xırdalanmış  vəziyyətdə  olan  nümunə  çəkilir  və  brezentdən  olan  materialın 

üzərində  sərilir  ki,  hava  yaxşı  sirkulyasiya  etsin.  Material  atmosfer  şəraiti  ilə 

tarazlaşsın deyə, onu 60C-də saxlayırlar. Seçilmiş nümunə öz növbəsində havada 

qurudulur. Lakin quruducu pesdə isə 100C-dək saxlanılmaqla qurudulur.  

Tədqiqat  zamanı  temperaturun  otaq  temperaturu  səviyyəsindən  tədricən 

60C-dək  qaldırılması  daha  çox  rütubətli  olan  nümunə  üçün  çox  vacibdir.  Çünki 

müxtəlif  növ  gön  xammalının  bu  tədqiqata  münasibəti  də  müxtəlifdir.  Buna  görə 

də tədqiqatçı mütləq qurudulma rejiminə nəzarət etməlidir. Sonra nümunəni çəkib 

ayrılan suyun miqdarını təyin edirlər. 

Gön  xammalının,  yarımfabrikatların  və  kimyəvi  maddələrin  rütubətinin 

miqdarının təhlili göstərir ki, bu gön istehsalçıları və ayaqqabı mütəxəssisləri üçün 

çox əhəmiyyətlidir. Son dövrlərdə mütəxəssislər gön materiallarında olan rütubətin 

və  digər  komponentlərin  miqdarının  təyin  edilməsi  sahəsində  xeyli  işlər 

görülmüşdür.  Bu  sahədə  tətbiq  olunan  tədqiqat  üsulları  çox  dəqiq  nəticə  almağa 

imkan  vermişdir.  Odur  ki,  həm  istehsalçılar  və  həm  də  tədqiqatçılar  dəqiq  nəticə 

almağa çox maraq göstərirlər. 

Dünya  ölkələrinin  gön  sənayesi  praktikasında  uzun  illərdən  bəri  bir  neçə 

metodlardan istifadə etməklə gönlərin tərkibindəki rütubətin təyin edilməsində əsas 

üstünlüyü qurudulma yolu ilə tədqiqat üsuluna vermişlər. Bunun özü də quruducu 

şkafda  tətbiq  olunan  istilik  rejiminin  səviyyəsindən  asılı  olaraq  100-105C-li 

şəraitdə  və  həm də 128-135C-li şəraitdə təyin edilmə  metodlarına ayrılır. Hər  iki 

üsul  keçmiş  SSRI  məkanına  daxil  olan  respublikaların  gön  sənayesi  təcrübəsində 

geniş  istifadə  edilmiş  və  indii  də  MDB  ölkələrinin  gön-ayaqqabı  sənayesinin 

təcrübəsində istifadə edilir. 



 

38

Hazır  gönlərin  tərkibində  rütubətin  quruducu  şkafda  100-105C-də 



qurutmaqla  təyini  aşağıdakı  kimi  yerinə  yetirilir.  Daimi  çəkisi  alınana  qədər 

əvvəlcədən  qurudulmuş  metal  büksün  içərisinə  2,5-3,0  q  ağırlığında  xırdalanmış 

gön  nümunəsi  tökülür.  Nümunə  bükslə  birlikdə  100-105C-li  temperatura  malik 

olan quruducu şkafın içərisinə yerləşdirilir. Bu məqsədlə elektrik qızdırıcılı sistemə 

malik  olan  quruducu  şkafdan  istifadə  edilir  ki,  bunun  daxilində  temperaturun 

səviyyəsi  100C-dən  105C-yə  qədər  çata  bilir.  Qurudulma  ağzı  açıq  büksdə  bir 

neçə  mərhələdə  daimi  çəki  alınana  qədər  davam  etdirilir:  birinci  mərhələ  5 

saatadək  davam  etdirilməklə  sonrakı  mərhələlər  2  saatdək  qızdırılmaqla  başa 

çatdırılır.  Hər  bir  qızdırılma  mərhələsi  başa  çatdıqdan  sonra  büksü  nümunə  ilə 

birlikdə  ağzı  bağlı  halda  eksikatorda  yerləşdirilməklə  30  dəqiqə  ərzində  otaq 

temperaturalı  şəraitdə  soyudulur.  Eksikator  təzə  kalsium  oksidi  ilə  doldurulmuş 

olmalıdır.  Bu  məqsədlə  həm  də  kalsium  xlor  və  yaxud  qurudulmuş  mavi  rəngli 

silikageldən də istifadə etmək olar. çəki təyin edilməzdən əvvəl büksü eksikatordan 

çıxarırlar və bir  neçə saniyə ərzində otaq şəraitində saxlayırlar. Qurudulma o vaxt 

başa  çatmış  hesab  edilir  ki,  sonralar  qurudulmaqla  alınan  çəki  göstəriciləri 

əvvəlkilərdən  0,0004  q-dan  fərqlənməsin.  Nəticənin  hesablanması  zamanı  gön 

nümunəsi içərisində olmaq şərtilə büksün daimi çəkisi götürülür. Büksün çəkisinin 

əvvəlki  çəkidən  faiz  hesabı  ilə  fərqlənməsi  (azalması)  gön  nümunəsinin 

tərkibindəki rütubətin miqdarını göstərir. 

Rütubətin W

1

 miqdarını faizlə aşağıdakı düsturla hesablayırlar: 



,

100


q

q

q



W

1

1





 

burada,  q – nümunənin qurudulmaya qədər olan çəkisidir, qla; 

q

1

 – nümunənin qurudulmadan sonrakı çəkisidir, q-la. 



Paralel  istiqamətdə  aparılan  tədqiqat  zamanı  yol  verilən  xətalar  nümunənin 

tərkibində rütubətin miqdarı 10%-dək olduqda 0,3; 10%-dən 18%-dək olduqda 0,4 

və  18%-dən  çox  olduqda  isə  0,6  kimi  qəbul  edilir.  Əgər  paralel  istiqamətdə 

tədqiqat  aparılarkən  yol  verilən  xətalar  göstərilən  normadan  çox  fərqlənirsə,  o 



 

39

zaman  tədqiqat  yenidən  təkrar  olunur.  Tədqiqatın  nəticəsi  xüsusi  cədvəl 



formasında tərtib edilməklə orta rütubət göstəricisi hesablanır.  

Digər  qurudulma  üsulu  ilə  gönün  tərkibində  rütubətin  miqdarının  təyini 

metodunun  mahiyyəti  aşağıdakı  kimidir.  Bu  üsul  tərkibində  yağlı  birləşmənin 

miqdarı  az  olan  gön  nümunəsinin  rütubətinin  təyini  məqsədi  üçün  daha  əlverişli 

sayılır.  Bunun  üçün  1,5-2  q  çəkidə  gön  nümunəsi  xırda  hissəciklərə  doğranmaqla 

alüminiumdan  olan  büksün  içərisinə  doldurularaq  ağzı  açıq  şəkildə  quruducu 

şkafda yerləşdirilməklə 128-130C-də qurudulur.  

Əgər tədqiqat bir neçə nümunə üzrə paralel aparılırsa, o zaman büksləri eyni 

vaxtda 

quruduğu 



şkafın 

içərisində 

yerləşdirib 

qurudulmanı 

aparırlar. 

Qurudulmanın birinci mərhələsi 30 dəqiqə, sonrakı mərhələnin hər birisi 15 dəqiqə 

daimi çəki alınana qədər davam etdirilir.  

Biz  şəxsi  tədqiqata  başlamazdan  əvvəl  bir  neçə  hazırlıq  işlərini  görməyi 

vacib  saydıq.  Yəni  tədqiqat  üçün  hansı  gön  növündən,  özü  də  gönün  2  hissəyə 

bölünmüş yerinin hansı hissəsindən götürməli, tədqiqat üçün hansı metodikadan və 

cihazlardan  istifadə  etməyi  müəyyənləşdirdik.  Bu  zaman  bir  neçə  çətinliklərlə 

üzləşməli  olduq.  Lakin  çətinliklə  də  olsa,  tədqiqat  üçün  gön  növü  kimi  xrom 

aşılanması  üsulu  ilə buzov dərisindən emal edilmiş ayaqqabının  üzünə sərf edilən 

gön  növünün  seçilməsini  məsləhət  bildik.  Seçilmiş  gön  növündən  işin  tədqiqat 

hissəsində verilmiş 1-ci şəkildəki qaydadan istifadə etməklə 4-cü və 24-cü sahədən 

2 nümunə götürdük. Götürülmüş hər iki nümunə quruducu şkafda həm 100-105C-

də  və  həm  də  128-130C-də  qurudulmaqla  tədqiqatdan  keçirildi.  Ədəbiyyat 

mənbələrindən  göründüyü  kimi,  gönün  topoqrafiyasından  asılı  olaraq  onun 

kimyəvi  tərkib  göstəriciləri  də  ayrı-ayrı  yerlərində  eyni  deyil.  Bu  məsələnin 

aydınlaşdırılması  baxımdan  rütubətin  miqdarını  təyin  edərkən  elə  1-ci  şəkildə 

göstərilən  sahələrə  müvafiq  olaraq  nümunə  kəsib  götürməli  olduq.  Tədqiqatı 

yuxarıda  izah  olunan  metodika  əsasında  aparmış  və  alınan  nəticəni  aşağıdakı 

düsturla hesablamışıq. 

,

100



q

q

q



W

1

1





 

 

40

q



74

,

1



q

q

0



,

2

q



1



 

 

%



13

W

%



13

0

,



2

0

,



26

100


0

,

2



26

,

0



100

0

,



2

74

,



1

0

,



2

W

1



1







 

71

,



1

q

0



,

2

q



1



 

 

%



5

,

14



W

%

5



,

14

0



,

2

0



,

29

100



0

,

2



29

,

0



100

0

,



2

71

,



1

0

,



2

W

2



2







 

Tədqiqatın nəticəsindən göründüyü kimi, ayaqqabının üzünə sərf edilən gön 

növünün müəyyən edilmiş hər iki sahəsindən götürülən nümunə üzrə alınan rütubət 

göstəricisi standart normalarına tamamilə uyğun gəlir. Lakin bununla yanaşı, qeyd 

etmək lazımdır ki, təbii gön materialları çox hiqroskopik  materiallar sırasına daxil 

olduğundan  ətraf  mühitin  nisbi  rütubətinin  dəyişməsi  ilə  gönün  tərkibindəki 

rütubətin  miqdarı  da  dəyişir.  Bu  çox  müsbət  hal  hesab  edilir.  Çünki  gön 

materiallarının  əksəriyyət  fiziki-mexaniki  xassələri  birbaşa  rütubətin  səviyyəsi  ilə 

sıxı  əlaqədardır.  Bu  da  məlumdur  ki,  gönün  tərkibində  rütubət  az  olduqca,  onun 

mexaniki təsirlərə qarşı davamlılığı da azalır. 

 

 

 



 

41


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin