Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


FƏSİL I. TƏBİİ VƏ ANTROPOGEN SƏS MƏNBƏLƏRİ, ONLARI XARAKTERIZƏ EDƏN KƏMİYYƏTLƏR VƏ XÜSUSİYYƏTLƏR



Yüklə 417,49 Kb.
səhifə4/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   2   3   4   5   6   7   8   9   ...   31
Mirz-yeva-Aid-

FƏSİL I. TƏBİİ VƏ ANTROPOGEN SƏS MƏNBƏLƏRİ, ONLARI XARAKTERIZƏ EDƏN KƏMİYYƏTLƏR VƏ XÜSUSİYYƏTLƏR.

1.1.Təbii səs-küy mənbələri və onların xüsusiyyətləri

Səs, dalğalar şəklində yayılan enerji forması olub, hava, su və buna oxşar mühitdə təzyiq dəyişkənliyi şəklində qulaq tərəfindən qəbul edilir. Başqa sözlə desək, səs təzyiq dalğasıdır. Səsin meydana gəlməsi və yayılması, ətraf mühit hissəciklərinin titrəməsi və bu titrəşimlərin qonşu hissəciklərə ötürülməsi ilə baş verir. Ətraf mühit hissəciklərinin titrəşimi nəticəsində yaranan dalğalar, havada təzyiq dəyişiklikləri yaradır ki, bu cür təzyiq dəyişiklikləri qulaq tərəfindən elektrik siqnallarına çevrilir və beyin tərəfindən “səs” kimi qəbul edilir.

Səs - müxtəlif mühitdə yəni, bərk, maye və qaz mühitində səs mənbəyinin yaratdığı dalğalardır və insan qulağının eşidə biləcəyi mexaniki titrəyişlərdir. Biz isə bu səsləri müəyyən hüdud daxilində (səs dalğalarının tezliyi 16 hs-dən 20000 hs-ə qədər) qəbul edə bilirik. Əgər bu titrəyişlər 20000 hs-in üzərindədirsə ultrasəslər, 16 hs-dən azdırsa infrasəslər adlanır. İnsan bu səsləri eşidə bilmir, lakin insana və digər canlı orqanizmlərə bioloji təsir göstərir. Mənbənin fiziki təbiətindən asılı olaraq səs-küy aşağıdakı qruplara bölünür;


  1. akustik səs-küy




  1. elektrik səs-küyü.




  • Akustik səs-küy bərk, maye və qaz mühitində arzuolunmaz mexaniki dalğaların təsirindən yaranır. Akustik səs-küy qrupuna mexaniki səs-küy, aero- hidrodinamiki səs-küy, termodinamiki səs-küy daxildir.

  • Mexaniki səs-küy isə titrəyişlər və bərk cisimlərin zərbələri zamanı yaranır (dəzgahlar,maşınlar ,mexaniki qurğular);

  • Aero-hidrodinamiki səs-küy qaz və mayelərin turbulent axınlarında təzyiq fluktuasiyası nəticəsində yaranır (məs;reaktiv təyyarələrin mühərriklərində yaranır);

  • Termodinamiki səs-küyə qaz sıxlığının dəyişməsinə səbəb olur( məs: yanma və partlayış zamanı yaranır). Elektrik səs-küyü - radioelektrik qurğuların elektromaqnit sahələrində yaranan arzuolunmaz səs-küydür. Bu səsləri daimi (müntəzəm) və dəyişkən olmaqla 2 yerə ayırırlar.

Səs-küy mənbəyinin vəziyyətinə görə: daxili və xarici səslər.

Mənşəyinə görə isə təbii və antropogen mənşəli olmaqla iki yerə bölünür. Səs-küy latın sözü olub "arzuolunmaz səs" və ya "yüksək, xoşagəlməz,

gözlənilməz səs" mənasını verir.
Akustika - ətraf mühitə yayılan mexaniki dalğaları və mühitin elastik rəqslərini öyrənən elmdir. [1]

Səs - elastiki mühitdə yayılan səs mənbəyinin yaratdığı mexaniki dalğalardır. Səs-küy anlayışını daha yaxşı başa düşmək üçün səsi xarakterizə edən kəmiyyətləri və xüsusiyyətləri bilməliyik. Səsi xarakterizə edən əsas kəmiyyətlər aşağıdakılardır:



    • Səs təzyiqi

    • Səsin sürəti

    • Səsin dalğa uzunluğu

    • Səsin tezliyi

    • Səsin intensivliyi

Səs sahəsində aşağı təzyiqdə və sıxılma deformasiyaları yaranır ki, bu da atmosfer təzyiqi ilə müqayisədə istənilən nöqtədə təzyiqin dəyişməsinə səbəb olur. Bu səs sahəsindəki təzyiqlər arasındakı fərq səs təzyiqi adlanır. Səs təzyiqi paskalla ( Pa ) ölçülür, 1Pa= 1N/m2. İnsanın qulağı 2*10-5-dan 2*10 2 (pa) n/m2-ə qədər

olan səs təzyiqini hiss edir. Səs təzyiqi nə qədər böyükdürsə, o qədər güclü qıcıqlanma və səsin ucalığı hissi olunur.

P= F/S


Burada F- səs dalğasının səthə təsir etdiyi qüvvədir, N S-səs dalğasının düşdüyü səthin sahəsi, m2

Səs təzyiqinin zamandan asılı olaraq yaratdığı sadə dalğa hərəkəti aşağıdakı şəkil1.1-də göstərilməşdir.[2]



Şəkil1.1 Səs təzyiqinin zamandan asılı olaraq yaratdığı sadə dalğa hərəkəti Səsin yayılma sürəti ətraf mühitin xüsusiyyətindən asılıdır. Səs dalğalarının

sürəti havanın temperaturundan, atmosfer təzyiqindən və rütubətdən asılı olaraq dəyişir. T=20 0C temperaturda havada səsin yayılma sürəti c= 344 m/s-dir.

Cədvəl 1.1-də müxtəlif mühitlərdə səsin yayılma sürəti əks olunmuşdur.




Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin