Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 474,48 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü474,48 Kb.
#34824
1   2   3   4   5
DMK

3. Qayt (-Aminyağ) turşusu;

-Aminyağ turşusu (QAYT) özü təbii maddə olub, 1950-ci ildə məməlilərin baş beynində aşkar olunub. İlk dəfə 1882-ci ildə sintez edilib. Müəyyən edilib ki, QAYT sinir impulslarının verilməsində tormozlayıcı rolunu oynayır. QAYT (aminolon, qammalon) sinir sistemi pozğunluqlarında, nitqin pozulması, yaddaşın zəifləməsi, beyin damarlarının aterosklerozu, uşaqlarda əqli inkişafın ləngiməsi hallarında istifadə olunur. O, nootrop təsir gösrtərərək, öyrənmək qabiliyyətini stimullaşdırır, əqli yaradıcılığı və yaddaşı yaxşılaşdırır. Son zamanlar məlum olmuşdur ki, QAYT təkcə sinir impulslarını tormozlamır, həmçinin beyində olan tormozlayıcı və oyadıcı neyronları qıcıqlandırır. QAYT neyronlarda qlutamatdan sintez olunur, sinaptik yarığa ifraz olunur və postsinaptik neyronun QAYT reseptoruna düşür (rseptorun aktiv olması üçün neyromediatorun 2-3 molekulu kifayətdir). QAYT kompleksi öz reseptorları ilə hüceyrə membranının protein fosfolipid kompleksində konformasiya dəyişikliyinə məcbur edir, nəticədə ölçüləri 3,7-6 Å olan məsamələr əmələ gətirir. Bu da xlor ionlarının keçməsinə kifayət edir ki, onlar da tormozlayıcı effekt yaradır. QAYT elastik svitter-ion molekulu olub, müxtəlif konformasiyalarda mövcud olur. Kvant-kimyəvi hesablamalarla, rentgenostruktur analiz vasitəsilə sintetik analoqların bioloji təsirini öyrənməklə məlum olmuşdur ki, tormozlayıcı effekt almaq üçün ən yaxşı vasitə QAYT-ın uzadılmış konformasiyasıdır (bu zaman yüklənmiş N+ və O arasındakı məsafə 5.4±0.4 Å olur, yığılmış konformasiyada isə 4.2-4.2 Å):



Hazırda QAYT və onun analoqlarının terapevtik effektə malik çox saylı törəmələri öyrənilmişdir. QAYT və onun analoqlarından dərman maddələri kimi istifadə etmək ideyası endogen birləşmələrə uyğun quruluşlu maddələrin axtarılması zamanı meydana gəldi. Bu da onların seçici mərkəzi təsirə və az toksiki olmasına şərait yaradır. Müxtəlif radikalların (R1-R6) QAYT molekuluna daxil edilməsi alınmış birləşmələrin aktivliyinin kifayət qədər dəyişməsinə gətirib çıxarır. Xlor atomunun (Cl) və ya hidroksil qrupunun (OH) qrupunun (R6 =Cl, OH) QAYT molekulunda C-2 vəziyyətdə olması törəməyə sedativ və antikonvulsiv təsir verir. QAYT molekuluna aminqrup (R6 = NH2) daxil edildikdə isə bu təbii metobolitin aktivliyi azalır (bundan başqa o müəyyən qədər toksiklik əldə edir). QAYT molekuluna C-3 vəziyyətdə hidroksil (R5 = OH, həmçinin metobolit) qıcolma əleyhinə effektə malik olur. Bu preparat (hamibetal, buksamin) epilepsiya xəstəliyində istifadə olunur. QAYT-ın R5 =Ph törəməsində sedativ təsir aşkar olunmuşdur (epilepsiya əleyhinə preparat funiqam), lakin R5 = C6H4Cl-p olduqda isə - antispazmatik dərman alınır (lioresal). Karboksil qrupunun eterifikasiyası motor aktivliyinin tormozlanmasını yaxşılaşdırır (QAYT efir şəklində hematoensafalik baryeri daha yaxşı keçir). Lakin bu zaman preparatın toksikliyi artır. Amin qrupunun metilləşdirilməsi (R1 və R2 = Me) və ya metil qrupunun C-2 vəziyyətdə daxil edilməsi (R6 = Me) QAYT-ın sinaptik təcrid etməsini azaldır. QAYT molekuluna γ-butirolaktam və C-2 vəziyyətdə fenil əvəzedicisi (R6 = Ph) daxil etdikdə, QAYT-ın amid formasında bu effekt tamamilə itir. γ-vəziyyətdə QAYT molekuluna vinil qrupu daxil etdikdə epilepsiya əleyhinə təsir güclənir. Bu viqabatrin preparatı QAYT-transferaza fermentini tormozlayır. Epilepsiya əleyhinə dərman qrupuna qabapentin də daxil edilmişdir. Onun quruluşunda QAYT-ın -karbon atomu tsikloheksan həlqəsinə daxil olur. Məlum olmuşdur ki, tsikloalkan fraqmenti preparatın hematoensefelik baryeri keçməsini yaxşılaşdırır. Belə hesab olunur ki, qabapentin QAYT reseptorlarını stimullaşdırır. Ümumiyyətlə, belə hesab edirlər ki, dərman maddələrində QAYT-ın neyrotrop təsirini artırmaq üçün onun strukturunda amin və hidroksil qrupu olmalıdır. Bu da anion və kation yükləri (betain misalında) yaranması ilə əlaqələndirilir, bu da reseptorlarla qarşılıqlı təsir yaradır.



QAYT asetilen əsasında alınmış butirolaktamdan sintez edilir. Birinci mərhələdə asetilen formaldehidlə 1,4-butandiola qədər hidroksimetilləşdirilir, sonuncu mis (Cu) katalizatoru üzərində butirolaktama hidrogenləşdirilir. NH3-ün təzyiqi altında qızdırılmaqla -pirrolidona çevirirlər. Sonda isə onu turşu və ya qələvi iştirakı ilə QAYT-a hidroliz edirlər:



QAYT-ın 3-aril əvəzli törəmələri – feniqam və lioresal sənayedə aromatik aldehidlərin nitrometanla -nitrostirola kondensləşməsindən alırlar. Bunun da dietilmalonatla birləşməsindən 2-karboetoksi-3-aril-4-nitrobutan turşusunun etilatı alınır. Bu nitrotörəmə sonradan Reney nikelinin iştirakilə hidrogenləşdirilməklə laktama qədər reduksiya olunur, sonra termiki dekarboksilləşdirməklə 20%-li HCl ilə hidroliz edilir, feniqam və ya lioresal alınır:





Lioresalın başqa sintez sxemi benzaldehidin asetosirkə efiri ilə kondensləşməsidir. Ardıcıl olaraq dikarbon turşusunun törəmələrini (qlutar), onun tsiklik anhidridini alırlar. İmidi qələvi ilə hidroliz edib 3-arilqlutar turşusunun monoamidinə çevirirlər, sonra ona qələvi iştirakı ilə bromla işləyib Hofman yenidənqruplaşmasına uğradırlar. Bu da aminturşunun (lioresal) əmələ gəlməsinə səbəb olur:



Hamibetalı QAYT-ı 3-xlor törəməsinə fotokimyəvi xlorlaşdırmaqla sintez edirlər. Sonra qələvi təsiri ilə xlor atomunu hidroksil qrupu ilə nukleofil əvəz edirlər:

H2N(CH2)3COOH + Cl2 H2NCH2–CH(Cl)–CH2COOH H2NCH2–CH(OH)–CH2COOH

hamibetal

Hamibetalı xlormetil oksiranın NaCN və o-ftal turşusunun imidinin qarşılıqlı təsirindən də sintez etmək olur. Birinci mərhələdə 4-ftalamid-3-butironitrili asanlıqla hamibetala hidroliz edirlər:

Hamibetalın tam N-metilləşdirilməsindən 4-trimetilamin-3-hidroksibutan turşusunun xloridini alırlar (karnitin xloridi), bu da “boy vitamini” (BT) adlandırılır:



Ona bəzi bitkilərdə və heyvanların əzələ toxumalarında rast gəlinir. Vitamin BT aktiv metabolit olub, zülalların biosintezini stimullaşdırır, anabolik təsir göstərərək zülal və yağ mübadiləsini yaxşılaşdırır, boyun və çəkinin artmasını təmin edir. Vitamin BT pediatriyada, həmçinin böyüklərdə ürəyin işemik xəstəlikləri, sinir və fiziki gərginliklər zamanı, cərrahi əməliyyatlardan sonra və idman təbabətində geniş istifadə olunur. -Aminyağ turşusunun tsiklik forması olan laktamının törəmələri də xüsusi əhəmiyyət kəsb edir.



(1-Pirrolidon-2-il) sirkə turşusunun amidi ilk neyrotrop maddələrdəndir.




Yüklə 474,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin