1.Qlütamin turşusu (2-Amino-1,5-pentandikarbon) turşusu
Zülali maddələrin hidrolizi (miozin, kazein, buğda, zülali və s.) nəticəsində və sintez vasitəsilə alına bilər. Orqanizm üçün qlütamin turşusunun əhəmiyyəti böyükdür. O, azot mübadiləsində, ammonyakın zərərsizləşdirilməsində iştirak edir. Belə ki, ammonyakla birləşərək orqanizm üçün zərərsiz olan qlütamin əmələ gətirir.
Bu prosesin mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün əhəmiyyəti böyükdür. Qlütamin turşusu zülal və şəkər mübadiləsində iştirak edir. Mərkəzi sinir sistemi xəstəliklərində (epilepsiyada
psixoz, uşaqlarda polimielit, əqli inkişafın zəifliyi) tətbiq edilir.
Qlutamin turşusunun sintezi akrilnitrilin katalizator iştirakı ilə (kobalt və ya renium triarilfosfinkarbonil) nitrilaldehidə çevrilməsinə əsaslanır. Sonuncu Ştrekker metodu ilə aminodinitril qlutar turşusuna çevrilir, sonra 100oC temperaturda qələvi ilə sabunlaşdırmaqla D,L-dinatrium qlutamat alınır. Rasematin enantiomerlərə ayrılması bu məhlulun L-qlutamin turşusunun iştirakı ilə çökdürülməsinə əsaslanır (bu zaman L-Na qlutamat çökür):
Dostları ilə paylaş: |