Fenibutin -amino--fenilyağ turşusunun hidroxloridi olub quruluşunun əsasını -aminyağ turşusu təşkil edir.
4.-Aminokapron turşusu tsikloheksanon əsasında alınır.
-Aminokapron turşusu müxtəlif səbəbdən olan qanaxmaların qarşısını almaq üçün tətbiq edilir.
5.ε-Aminheksan turşusu
ε-Aminheksan turşusu (ε-aminkapron) tibbdə güclü qanaxmaların dayandırılmasında istifadə olunur, o qanın effektli laxtalanmasını təmin edir. Onun bəzi tsiklik analoqları (məsələn, 4-aminometiltsikloheksan karbon turşusu) həmçinin qanın laxtalanmasını sürətləndirir. ε-Aminkapron turşusunu tsikloheksandan oksim mərhələsindən keçməklə sintez edirlər, bu da Bekman yenidən qruplaşmasına uğradılaraq kaprolaktama keçir, sonuncu isə HCl iştirakilə aminturşuya hidroliz edilir:
Tibb təcrübəsində digər aminturşular və onların törəmələri də müalicəvi preparatlar kimi tətbiq edilir.
Histidin-hepatitlərdə, mədə və onikibarmaq bağırsağın yaralarında, sistein-göz xəstəliklərində, asetilsistein isə tənəffüs yollarının xəstəliklərində işlənir.
Aminturşular bölməsinin sonunda aminturşuların törəmələri olan dərman maddələrinə strukturunu ditiokarbamin turşusu təşkil edən – tetrametil tiuramdisulfidi (teturam, antabus) misal göstərmək olar. Onu alkoqol əleyhinə vasitə kimi istifadə edirlər. Antabusu NaOH iştirakilə dietilaminin karbondisulfidlə kondensləşməsi əsasında sintez edirlər. Birinci mərhələdə N,N-dietilditiokarbamin turşusunun natrium duzu alınır, sonra onu oksigenin, hidrogen peroksidin və ya xlorun təsirilə dimerləşdirirlər:
Dostları ilə paylaş: |