Kənd qrupu Cümlələrə uyğun sinonimləri əlavə edib yazın.
1. Mətləb (müxtəsər, qısa) danışmağı xoşlayırdı.
2. Bizim qələbəmiz düşməni (vahiməyə, qorxuya) salmışdı.
3. O, xırda bir səhvə yol verməsin deyə bütün gecəni (fikiləşdi, düşündü).
Məlumatlar dinlənilir, müzakirə edilirvə fikirlər ümumiləşdirilir.
Nəticələrin cıxarılması.Diskussiya aparılır:
-Sinonimlərin dildə nə kimi əhəmiyyəti vardır?
-Sinonimlərdən, əsasən, bədii əsərlərdə istifadə olunur.
Bəli, fikri daha dəqiq ifadə etmək üçün sinonimlərin rolu böyükdür. İsim və feillərdə sinonimlik daha qabarıqdır.
Sonra şagirdlər lövhədə S.Vurğunun “Azərbaycan” şeirindəki sinonimləri yazırlar:
Yurdum, yuvam, məskənimsən.
Elim, günüm, obam sənsən.
Lövhədə bir neçə sinonim yazılır: qoca-yaşlı; uca-hündür. Yaşlı və hündür sözlərinin əvəzinə sinonimlərinin işlədilməsinin mümkünlüyünə dair fikirlər söylənilir. Qruplar qərara gəlirlər ki, qoca sözünü yaşlı sözü ilə əvəz etmək olar, uca sözünü isə hündür sözü ilə əvəzləmək olarsa, məzmun bir o qədər dolğun olmayacaqdır, çünki bunlar yaxınmənalı sinonimlərdir.
Evə tapşırıq verilir.Oxu mətnindən yaxınmənalı sözləri seçib yazın.
Qiymətləndirmə meyarlarla cədvəldə yekunlaşdırılır.
Oxu dərslərində antonimlər üzərində iş aparmaq da çox faydalıdır. Şagirdlərin bir-birinə zidd olan sözləri tapmaları, məna ziddiyətini öyrənmələri, onların lüğət ehtiyatını zənginləşdirir. Məsələn, şagirdlərin diqqəti aşağıdakı nümunələrə cəlb olunur:
-Kim yatmış, kim oyaq?
-Hamı yatmış, Cırtdan oyaq [16, s.171].
Yaxud:
--Çox çalışıb, görünür,
Məşq edib axşam-səhər[16, s.122].
Yaxud:
Mən anayam, bu səsimdə,
Yerin, göyün dərdi var.
Sülhə gəlin ey insanlar,
Yoxsa, dünya məhv olar!
Bu parçalarda yatmış-oyaq, axşam-səhər, yer-göy və s. əksmənalı sözlər antonimlərdir. Müəllim antonimlərdən məlumat verməklə bərabər, onların bədii əhəmiyyətini də şagirdlərə başa salmalıdır.