Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Mövzu: Sinonimlər (Yaxınmənalı sözlər. III sinif). Təlim nəticəsi



Yüklə 0,51 Mb.
səhifə48/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   44   45   46   47   48   49   50   51   ...   70
C.Nabat Monoqrafiya

Mövzu: Sinonimlər (Yaxınmənalı sözlər. III sinif).
Təlim nəticəsi: Şagird:
1. Mətndəki sözlərin hansı mənada (həqiqi və ya məcazi) işləndiyini fərqləndirir.
2. Şeirdə yaxınmənalı, çoxmənalı sözləri fərqləndirir.
3. Şeirdə verilmiş müəllif fikrinə münasibət bildirir.
İnteqrasiya:Azərbaycan dili: 2.1.2; 2.1.3.
İş forması: kiçik qruplarla iş
İş üsulu: əqli hücum, söz assosiasiyası, diskussiya
Resurslar: əyani vəsait, sxemlər, noutbuk, proyektor, iş vərəqləri və s.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Kəndlə bağlı söhbət aparılır.
“Kəndimiz” mahnısı səsləndirilir. 11 
Müəllim əqli hücum metodu ilə şagirdlərə suallar verir (müxtəlif fərziyyələr dinlənilir).
Tədqiqat sualı: Söz qrupları deyəndə nə başa düşürsünüz?
Tədqiqatın aparılması üçün beş nəfərdən ibarət qruplar yaradılır və adlandırılır:
Ölkə, Torpaq, Şəhər, Kənd (qruplar).
Hər qrupda liderlər müəyyənləşdirilir. Qrupların tərkibinin qarışıq olmasına(yəni zəif və qüvvətli şagirdlərdən təşkil olunmasına) diqqət yetirilir. Qruplara iş vərəqləri paylanır.
Ölkə qrupu
1. Sözün(leksik mənası nədir?
2. Yaxınmənalı sözlərə nə deyilir? (sinonimlər)
3. Çoxmənalı sözlərlə yaxınmənalı sözlərin fərqi haqqında nə deyə bilərsiniz?
4. Qol, diş, buruq, künc, dəstə sözlərinin işlənmə məqamları necədir?
Torpaq qrupu
1. Hansı sözlərin (leksik) mənası var?
2. Bəzi sözlər niyə çoxmənalıdır?
3. İnqilab, müsafir, heyrətamiz, lütfkar sözlərinin mənası nədir?
Şəhərqrupu
1. Yaxınmənalı sözlər (sinonimlər) haqqında nə bilirsiniz?
2. Sözün həqiqi və məcazi mənası necə əmələ gəlir?
3. Vurma, ağıl, fırtına, xatirə, məşəl sözlərindən mübtəda kimi işlədə bilərsiniz?
Kənd qrupu
1. Hansı sözlərə təkmənalı və çoxmənalı deyilir? Fərqini deyin.
2. Leksik və qrammatik məna nədir?
3.Dərin, dəmir, ağır, şirin, iti sözlərini cümlə daxilində məcazi mənada işlədin.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin