Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu təlimində inteqrasiyanın təşkili yolları



Yüklə 0,51 Mb.
səhifə58/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
C.Nabat Monoqrafiya

Oxu təlimində inteqrasiyanın təşkili yolları

15
 İnteqrasiya latın dilində bərpa olunan, tamamlanan (bütöv, tam) mənasını verir. İnteqrasiyadan oxu təliminin təşkilində geniş istifadə olunur, yəni hər bir oxu mətni müxtəlif bilik sahələrini əhatə edir, verilən məlumatların oxunması şagirdlərin bilik səviyyəsini yüksəltməklə yanaşı, oxu vərdişlərinin də möhkəmlənməsinə səbəb olur. Bu zaman biliklərin əlaqəli mənimsənilməsi üçün əlverişli şərait yaranır. Təlimdə şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla fəndaxili (üfüqi, şaquli) və fənlərarası inteqrasiya modellərindən istifadə olunur.
İbtidai siniflərdə oxu materialları ilə dil qaydalarının inteqrasiyasının təlimin keyfiyyətinin yüksəldilməsində rolu böyükdür. Belə ki, Azərbaycan dilinin öyrənilməsində, oxu materialları ilə dil qaydalarının tədrisində inteqrasiyadan istifadə təlim prosesində yeni anlayışların mənimsənilməsini gücləndirir, kommunikativ bacarıqlar, nitq mədəniyyətinə yiyələnmək diqqət mərkəzində saxlanılmaqla oxu və dil qaydalarına aid biliklər möhkəmləndirilir. Məsələn, ibtidai siniflərdə şagirdlər danışıq səslərini və hərfləri tam mənada fərqləndirə bilmirlər. Bu zaman oxu və dil qaydalarının inteqrasiyasından istifadə müsbət nəticə verir. Belə ki, oxu təlimi zamanı istifadə edilən səsli və səssiz oxu şagirdlərə tanışdır. Hər hansı mətnin daxilən, səssiz mütaliəsi və digərlərinin eşidəcəyi tərzdə mətnin səsli ifadəsi zamanı müəllim mətni şagirdlərə hər iki formada oxudaraq qeyd etməlidir ki, səs və hərflər də sanki səsli və səssiz oxu formalarına bənzəyir.
İbtidai siniflərdə oxu materiallarının (hekayə, seir, nağıl, təmsil və s.) tədrisi zamanı dil qaydalarının da öyrənilməsi: mətndən isim, sifət, fel və s. müəyyənləşdirilməsi, yaxud mətndəki söz birləşmələrinin seçilib yazması, bir neçə cümlənin təhlili və s. inteqrasiyanın uğurlu tətbiqidir. Oxu materialları ilə dil qaydalarının inteqrasiyası şagirdlərin araşdırma aparmaq, problemləri həll etmək, nəticə çıxarmaq kimi bacarıqlara yiyələnməsini də təmin edir. Ümumiyyətlə, pedaqoji ədəbiyyatda inteqrasiyanın mərhələlərindən başqa, növlərinin də olduğu qeyd olunur.
A.Katolikov, İ.V.Koşmina inteqrasiyanı üfiqi və şaquli olmaqla iki növündən bəhs edirlər.
Üfüqi inteqrasiya dedikdə, məzmunca oxşar bir sıra cisimlərin geniş yayılmış birləşməsi; şaquli inteqrasiya dedikdə, müxtəlif illərdə təkrar olunan materialın birləşməsi, müəyyən anlayışlarda və ya mövzularda birləşməsi nəzərdə tutulur [8, s.31].
Belə deyə bilərik ki, inteqrasiya təhsilin həm strategiyası və həm də son nəticəsidir. Təbiətin və cəmiyyətin inkişafı haqqında tam və ya bütöv biliklərin verilməsi müasir məktəbin ən əsas vəzifələrindən biridir. Bu vəzifənin vacibliyini anlamaq üçün müəllim ilk növbədə həm inteqrativ təlimin məzmunu və metodikasını, həm də uşaqların şəxsiyyətinin ayrı-ayrı psixoloji keyfiyyətlərinin inkişafına yönəldilmiş inteqrasiyanın rolunu bilməlidir. Bəzən bir çox anlayışların məzmunu ilə bağlı qarşılıqlı əlaqələrin dərində gizləndiyi üçün aydın olmaması şagirdin dünya haqqında təsəvvürləri anlamamasına gətirib çıxarır. Lakin bilik bütöv məfhum olduğu üçün, şagirdə də tam şəkildə çatdırılmalıdır.
Oxu təlimi zamanı şagirdlərin idrak proseslərinin, fəallıq və müstəqilliyinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. İbtidai sinif Azərbaycan dili dərsliklərində şagirdlərin strategiyalı oxu vərdişlərini, fəallıq və müstəqilliyini inkişaf etdirən mətn və çalışmalar çoxdur. Müəllim şagirdlərin strategiyalı oxu vərdişlərini inkişaf edirmək üçün dərslikdə verilən oxu mətnlərindən və çalışmalardan səmərəli istifadə etməyi, onları bir-biri ilə əlaqələndirməyi bacarmalıdır. Təbii ki, hər bir oxu materialından sonra mətnin məzmununun daha yaxşı dərk olunması üçün xeyli maraqlı tapşırıqlar, çalışmalar verilir.
Azərbaycan dili təlimi prosesində məzmundaxili əlaqələri dərk etmədən, yeni kəsişmə imkanları tapmaq və metodikalar tətbiq etmək qeyri-mümkündür. Bunların hər ikisi müəllimə aydın olduğu zaman inkişafetdirici təlimin mexanizminin çox optimal bir şəkil alması təbii ki, heç bir şübhə doğurmaz.
Şagirdlər danışıq səslərinin söz, sözlərin birləşərək söz birləşməsi və ya cümlə əmələ gətirməsi amilini hər dəfə müəllimin dedikləri əsasında müşahidə edərsə və özü bunu anlayarsa, deməli, onda həm dünyada baş verən digər səslər və nitq səsləri haqqında da bitkin anlayış yaranacaqdır. Beləliklə, şagirdlərdə nitq anlayışından və ya nümunələrindən nitqin hissələrinə doğru analizi görmək və bunları yeri gəldikcə sintez etmək bacarıq və qabiliyyəti formalaşdırılarsa, bu analitik-sintetik təfəkkürün yaratdığı bütöv bir tam obrazdır. Təəssüflər ki, linqvopsixoloji tədqiqatlarda dilin təfəkkürlə qarşılıqlı əlaqəsi yalnız forma və məfhum əlaqəsinin şərh olunmasından irəli gedə bilmir. Linqvopsixoloji tədqiqatların inteqrativ anlayışlar formalaşdırma məqsədilə qurulması üçün öyrənilən obyekt, insanın təbiətə və cəmiyyətə münasibətində dilin rolu əsas predmet kimi vurğulanmalıdır. O cümlədən oxu prosesini təkcə müxtəlif xarakterli oxu materiallarının oxunması ilə məhdudlaşdırmaq olmaz. Çalışmaların oxunması və icrası da oxu bacarıq və vərdişlərinin yaranması vasitəsidir. Məsələn:
1. Oxuyun. Birinci və ikinci sətirdəki sözlər nəyə görə fərqlənir.
Metro, teatr, heyvan, radio, kitab, marker, kino, pomidor.
Ərik, odun, kirpi, ütü, qonaq, kötük, meyvə, uşaq, çörək.
2.Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərin bir-birindən fərqini söyləyin.
Nəzir-nazir, həyət-həyat, əla-ələ, surət-sürət, hakim-həkim, şəhid-şahid, ahəng-əhəng.
3.Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərin mənasının dəyişməsini izah edin.
zal-sal sənəd-sənət kələm-qələm
səfər-zəfər tor-dor dələ-tələ
yağdı-yaxdı tar-dar qara-para
4.Oxuyun. Sözləri və ifadələri işlətməklə hekayə qurub, danışın.
Stadion, idmançılar, qaçış xətti, tamaşaçılar, yarış, sürətli, tamaşaçılar, birinci, cəld, qaçmaq, hündürlüyə tullanmaq, qalib gəlmək, bayraq, hakim.
5. Oxuyun. Mənaca yaxın sözləri seçib ayrı-ayrı sütunlarda yazın.
Dəftəri, dostu, kitabı, dosta, dəftərin, kitabda, dəftərdən, kitabın, dostlar, dəftərdə, kitabdan, dostdan.
6. Atalar sözlərini düzgün tələffüzlə oxuyun.

  • Ağac bar verəndə başını aşağı dikər.

  • Yüz eşitməkdənsə, bir görmək yaxşıdır.

  • Qələmin ucu, qılıncın gücü.

  • Sözü müdrik olanın özü də müdrik olar.

  • Qələm yazanı qılınc da poza bilməz.

7. Cərgələrdəki eyniköklü sözləri oxuyun.

  • Ot, otlu, otluq, otlaq, otbiçən

  • Dağ, dağlı, dağətəyi, dağılmaq, dağıntı

  • Daş, daşlı, daşdı, daşlıq, daşmaq, daşlamaq

  • Yay, yayınmaq, yaylaq, yaymaq, yaylıq, yayma

  • Baş, başlı, başmaq, başlamaq, başlıq, başqa

8. Ot, dərman bitgisi, giləmeyvə adlarını qruplaşdırın və düzdün tələffüzlə oxuyun.
Qantəpər, çobanyastığı, qatırquyruğu, pişikotu, moruq, yonca, qarağat, itburnu, əvəlik, zirə, boymadərən, zirinc, biyan, qazayağı, çiyələk, kəklikotu, yemişan, çaytikanı, çayır, gülxətmi.
9.Oxuyun. Hər sətirdəki əşya adlarını bir sözlə adlandırın.

  • xoruz, ağacdələn, sərçə, qaz, toyuq, ördək, sığırçın;

  • quşüzümü, qarağat, quşarmudu, zirinc, böyürtkən, çiyələk, moruq;

  • qaynaqçı, rəngsaz, malakeş, bənna, xarrat, çilingər, dülgər;

  • bənövşə, inciçiçəyi, novruzgülü, çobanyastığı, lalə, tülpan;

  • kəkotu, gicitkən, yarpız, nanə, qantəpər, bağayarpağı, səhləb.

10. Oxuyun. Qara hərflərlə yazılmış sözlərin mənasını izah edin.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin