Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Həkim xəstəyə dərman yazdı. Hakim



Yüklə 0,51 Mb.
səhifə59/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
C.Nabat Monoqrafiya

Həkim xəstəyə dərman yazdı. Hakim oyunçuya xəbərdarlıq etdi.
Xalqımız şəhidləri son mənzilə yola saldı. Hakim şahidləri dindirdi.
Körpə çəpiş anasını əmir. Komandir döyüşçülərə əmr etdi.
11. Nöqtələrin yerinə uyğun feillər əlavə etməklə oxuyun.
Gör təyyarə necə sürətlə ... .
Dünən gecə güclü yağış ... .
Bu il kəndimizə qaz kəməri... .
İsti yay günlərində Nabrana ... .
Pandemiyaya qarşı mübarizə tədbirləri... .
Qəddar düşmənlər yenə atəşkəsi ... .
12.Oxuyun. “Çəkirdi” sözünün mənalarındakı fərqi izah edin.
Təranə dərslərindən Balaca Cəmil bala
Çox çətinlik çəkirdi. Hey bürnunu şəkirdi.
Hamıdan utanırdı Baba da asta-asta
Yamanca dərd çəkirdi. Qəyanını çəkirdi.
Nənə onun başına Satıcı tərəzidə
Yenə sığal çəkirdi. Bizə alma çəkirdi.
Ana uzağa baxır Nəsimi fürsət tapıb
Gözləri yol çəkirdi. Şəklimizi çəkirdi.
Bütün bu kimi çalışmaların icrasında həm şagirdlərin oxu vərdişləri inkişaf etdirilir, həm də dil qaydalarının öyrənilməsi ilə inteqrasiya baş verir. Bildiyimiz kimi, kurikulum sənədində inteqrasiya mühüm təlim prinsipidir və hər bir dərsdə fəndaxili və fənləarası inteqrasiyaya əməl edilməsi şagirdlərin bilikləri tam, bütöv qavramasına şərait yaradır. Odur ki, şagirdlərin dünyaya baxışı, dünyagörüşü tam şəkildə formalaşır. Yəni oxu təlimini də sırf oxu mətnləri ilə məhdudlaşdırmaq düzgün deyildir.
Dil qaydalarına interqrasiya şəraitində oxu ilə çalışmaların icrasının sintezi şagirdlərin müsahibə, müşahidə qabiliyyətlərini, təfəkkür və nitqini, orfoqrafik və orfoepik biliklər sahəsində praktik bacarıqlarını, dil qaydalarına dair biliklərini inkişaf etdirir və lüğətlərini zənginləşdirir. İbtidai sinif dərsliklərində az da olsa, məntiqi çalışmalar vardır ki, bunlar da şagirdlərin təfəkkür və nitqinin inkişafında mühüm rol oynayır.
Lüğət-məntiqi çalışmaların icrasında şagirdlərin lüğət ehtiyatı, oxu vərdişləri, nitq bacarıqları, təfəkkürü inkişaf edir. Oxu-məntiqi çalışmalar, dil qaydaları-məntiqi çalışmalar və s. şagirdlərin düşünmə, nəticəyə gəlmə, ümumiləşdirmə bacarıqlarını inkişaf etdirir. Ümumiyyətlə, şagirdlərin idrak fəaliyyətinin inkişafında müstəsna rol oynadığı üçün məntiqi çalışmalarla iş savad təlimi dövründən geniş istifadə edilməlidir. Bildiyimiz kimi, şagirdlər savad təlimi dövründə ad, əlamət, hərəkət, say bildirən sözlərlə tanış olur və həmin sözlərə suallar verməyi də öyrənirlər. Belə olan halda, müəllim müxtəlif çalışma növlərindən istifadə edə bilər. Oxu mətnləri və çalışmaların inteqrasiyası ibtidai sinif dərsliklərində uğurlu alınmışdır. Belə ki, oxunmuş mətndən ad bildirən sözlərin seçilməsi və ya əlamət, hərəkət, say bildirən sözlərin seçilməsi şagirdlərin inkişafını bir neçə aspektdən tənzimləyir:

    • oxu materialı üzrə işin təşkili;

    • ədəbi fələffüz qaydalarını gözləməklə oxu;

    • oxu materialının lüğət tərkibinin təhlili;

    • mənası tanış olmayan və ya az tanış olan sözlərin izahı;

    • mətn daxilində rənglərlə fərqləndirilmiş söz və ifadələrin təhlili;

    • oxu mətni üzrə dil qaydalarının tətbiqi;

    • cümlə qurmaq üzrə işlərin aparılması;

    • oxu mətninə planın tərtibi;

    • mətnin nağıl edilməsi;

    • yaradıcı iş.

Çalışmaq lazımdır ki, şagirdlər oxu mətni üzrə işləri bir-biri ilə əlaqələndirə bilsinlər. Şagirdlər hər bir sözün mənasını, kontekstdə tələffüzünü və cümlədə işlədilməsini bilməli, inteqrativ tədrisin tələbləri baxımından mətn üzrə işi tam şəkildə qavramalıdırlar.
Cümlələrin qurulması, mətnin nağıl edilməsi, mətnə uyğun hadisənin uydurulması və hər bir halda düzgün tələffüz üzrə iş aparılması zəruridir. Oxu mətnində verilən hadisələrin müzakirə edilməsi şagirdlərin sözə həssas münasibət bəsləməsinə, sözlərdən məqsədəuyğun istifadə etməsinə, düzgün tələffüz vərdişlərinə yiyələnməsinə optimal şərait yaradır.
Oxu mətnlərinə yaradıcı yanaşma bu yaş dövrü üçün daha maraqlı bir mənzərənin yaranması ilə müşahidə olunur. Hələ də nağıllar aləmindən ayrıla bilməyən ibtidai sinif şagirdləri oxu mətninə uyğun mətn fikirləşdikdə belə ora nağılvari elementlər daxil edirlər. Məsələn, Novruz bayramıa aid simvollar haqqında, Keçələ, Kosaya aid öz bildikləri, fikirləşdikləri haqqında danışmaq onlara zövq verir. Şagirdlərin hər biri daha fərqli nağıl uydurmağa cəhd edir, Kecəl və Kosa haqqında özlərinin məzəli fikirlərini söyləyirlər. Belə ki, şagirdlərdən birinin tövsiyəsinə görə Keçəl və Kosaya müalicəvi balzamın alınması, digərinin fikrinə görə parikin qoyulmasını məsləhət bilməsi gülüş doğurur. Belə olduqda şagirdlər daha fəal düşünməyə, daha nə deyəcəklərini və diqqət cəlb edəcəklərini fikirləşirlər. Dərsin gedişində isə onların işi tədqiqat xarakteri daşıyır. Bir dərsnümunəsinə nəzər salaq:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin