Məlumatın mübadilə və müzakirəsi: Liderlər qrup işlərini təqdim edirlər. Hər bir qrupun işi dinlənilir və müzakirə edilir.
Nəticə və ümumiləşdirmə: Şagirdlərin baharın gəlişi, bayramlar və adət- ənənələrimiz haqqında bilikləri möhkəmləndirilir. Əldə olunan biliklər ümumiləşdirilir, konkret nəticəyə gəlinir.
Yaradıcı tətbiqetmə: Şagirdlər bayrama aid kiçik səhnəcik göstərirlər.
Qiymətləndirmənin aparılması:
M eyar qrup
I qrup
II qrup
III qrup
IVqrup
Mətnini ifadəli oxuyur
+
+
-
+
Mətndə əsas fikrə münasibət bildirir
+
+
+
+
Mətnin əsas hissələrini seçib nəql edir
+
+
+
-
Əməkdaaşlıq
+
+
+
+
İkinci sinifdə oxu dərslərində şagirdlərinin fəallıq və müstəqilliyini təmin edən çalışmaların məzmunu və xarakteri bir qədər mürəkkəbləşdirilir.
Məsələn:
1. Oxuyun, qarşı-qarşıya verilmiş sözlərin məna fərqini deyin.
Daş-daşlı, üzüm-üzümçü-üzümlük, süd-südlü, ot-otlu-otlaq
2. Nöqtələrin yerinə uyğun gələn sözdəyişdirici şəkilçilər əlavə edib, düzgün tələffüzlə oxuyun.
Yolçu.. bu söyüd.. kölgəsində dincəldilər. Salman əmi bundan çox sevin.. . Bulaq.. başında kölgəlik yox idi. Salman əmi yol.. kənarında bir söyüd ağac.. əkdi Ağac ildən-ilə böyüdü. Onun yaşıl budaqlar.. ətrafa kölgə saldı. Salman əmi bostan.. idi. Onun bostan.. yaxınlığından balaca bir bulaq axırdı. Yolçu.. bu bulaq.. su içməmiş getməzdilər(Mir Cəlal).
3. Oxuyun, qara hərflərlə verilmiş sözləri müqayisə edin.