Standart: 2.2.1; 2.2.4; 2.2.5.
Mövzu: “Bayram payı”[4, s. 140-141].
Təlim nəticəsi: (Şagird) 1. Mətni ifadəli oxuyur.
2. Mətndə əsas fikrə münasibətini bildirir.
3. Mətndə əsas hissələri seçib nəql edir.
İnteqrasiya:Texnologiya, Həyat bilgisi, Musiqi
İş forması: kiçik qruplarla iş
İş üsulu:əqli hücum, klaster, diskusiya, auksion
Resurslar: şəkil, rəngli flamasterlər qayçı, yapışqan, rəngli vərəqlər
Dərsin gedişi Motivasiya. Problemin qoyuluşu. Lövhədən bahar bayramına dair şəkil asılır. Müəllim şagirdlərə müraciət edir:
-Uşaqlar, bugünkü dərsimizdə nədən bəhs edəcəyik? (Şagirdlərin fərziyyələri dinlənilir).
Sonda Novruz bayramından bəhs olunacağı qeyd edilir.
Tədqiqat sualı: Nəyə görə Novruz bayramına həm də Bahar bayramı deyirik?
Tədqiqatın aparılması: Şagirdlər Novruz bayramı, həmçinin baharın gəlişi, təbiətdə baş verən dəyişikliklər barədə öz fikirlərini söyləyir, yeni məlumatlarla tanış olurlar.
Həmçinin dərslikdəki “Bayram payı” mövzusunun izahlı oxusu keçirilir. Şagirdlər mətnlə tanış olur, çətin sözlərin mənasını araşdırırlar. Daha sonra mətnin ifadəli oxusuna yer verilir. Bir neçə şagird mətni ifadəli oxuyur. Növbəti mərhələdə şagirdlər rənglərlə qruplara bölünür. Qruplara iş vərəqləri təqdim edilir.
İş vərəqi 1
Çərşənbələr nə zaman qeyd edilir?
Çərşənbələr haqqında bildiklərinizi danışın.
İş vərəqi 2 Bahar gəldikdə təbiətdə hansı dəyişikliklər baş verir?
“Bayram payı” mövzusunda Novruz bayramına aid hansı adətlər əks olunub?
İş vərəqi 3 Novruz bayramı ilə bağlı hansı adət-ənənlərimiz var?
Bayramda oğlanlar nə üçün damdan heybə sallayırlar?
İş vərəqi 4 Şəkildə gördükləriniz haqqında mətn qurun.
Bahar fəslinə aid şəkil çəkin.