Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə55/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
C.Nabat Monoqrafiya

Standart: 1.2.2; 2.1.3.
Mövzu: Əksmənalı sözlər (antonimlər)
Təlim nəticəsi: 1. Əksmənalı sözlərdən istifadə edərək mətn qurur və təqdimatlar edir.
2.Mətndəki əksmənalı sözləri fərqləndirir.
İnteqrasiya: Azərbaycan dili, ədəbiyyat
İş forması: kiçik qruplarla iş
İş üsulu: əqli hücum, diskussiya, debat
Resurslar: şəkillər, iş vərəqləri, flamasterlər, rəngli karandaşlar, pozan, marker, yapışqan, qayçı
Dərsin gedişi
Motivasiya. Müəllim lövhədən şəkillər asır. Hündür və alçaq ağac şəkli. Baba və nəvə şəkli. Sonra suallarla şagirdlərə müraciət edir:
-Birinci şəkildə nə təsvir olunub? (ağaclar).
-Bunlar bir-birindən necə fərqlənir? (hündür və alçaq olduğuna görə).
-Bəs, ikinci şəkildə nə görürsünüz? (baba və nəvə).
-Onları necə fərqləndirə bilərsiniz? (qoca və cavan kimi).
-Fərqliliyi yaradan sözlərə necə ad verə bilərik? (əksmənalı sözlər).
-Belə sözlərə elmi dildə antonim sözlər deyilir.
Tədqiqat sualı: Əksmənalı sözlər (antonimlər) haqqında nə öyrənə bilərik?
Tədqiqatın aparılması: Qruplara bölgü aparılır. Hər bir qrupa iş vərəqi təqdim edilir.
İş vərəqi 1
1.Sözlərin antonimlərini yazın.
Qısa, yuxarı, şirin, yavaş, gülmək, dadlı, açmaq, dost, bacı.
2.Atalar sözlərində verilmiş antonimləri müəyyənləşdirin.
Yüz ölç, bir biç.
Mərd bir dəfə ölər, namərd min dəfə.
İlan əyri gedər, ancaq düz gedər.
Böyüyün böyük yeri, kiçiyin kiçik yeri var.
İş vərəqi 2
1.Verilmiş sözlərin sinonimliyini və antonim olduğunu müəyyən edin.
Gülmək-ağlamaq, dost-düşmən, oxumaq-mütaliə etmək, xoşbəxt-bəxtəvər, danışmaq-susmaq, gül-çiçək, yaxşı-pis.
2.Nöqtələrin yerinə uyğun gələn əksmənalı (antonim) sözlər yazın.
Yaman gündə düşmən gələr .... olar.
Yalan ayaq tutar, ancaq ... .
Gecə uzun, gün ... .
Ağ gün ağardar, qara gün ... .
Xeyrlə,... qardaşdır.
Qranlıq gecədən sonra ... gəlir.
İş vərəqi 3
1.Əksmənalı sözləri qarşı-qarşıya yazın.
Aşagı, böyük, acı, ağlamaq, yuxarı, kiçik, şirin, gülmək, isti, qısa, gündüz, soyuq, uzun, gecə.
2.Tapmacalarda buraxılmış antonimləri tapıb yazın.
1. Ağ tala, ... çala, əlim ilə əkərəm, dilim ilə bicərəm.
2.Əkdim bir dənə, çıxdı ... dənə.
3.Gecə-... yol gedər yorulmaz.
4.Gündüzlər gülər, ... mürgülər.
5. Ağaca çıxar adamla, bir nəlbəki badamla, nə dili var, nə ... hey danışır adamla.
İş vərəqi 4
1.Mətni oxuyun. Antonimlərin altından xətt çəkin.
Su təbiətdə kiçik yox, böyük işlər görür. Su həm dirildir, həm öldürür. Su dağıdıcı və yaradıcı ola bilər. Əgər su olmasaydı, həyat olmazdı. Su cansız təbiətə can verir.

2.Özündə əksmənalı sözləri (antonimləri) əks etdirən iki şəkil çəkin.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin