52
reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsi.
Nəticəyönümlülük - təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr
əsasında müəyyən edilməsi.
Portfolio -
uşaq haqqında məlumatların və onun müəyyən müddət ərzində yerinə
yetirdiyi işlərin toplandığı xüsusi qovluq.
Resurslar -
məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim
vasitələri.
Şəxsiyyətyönümlülük -
uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin
formalaşdırılması.
Şəxsiyyətyönümlü təlim prosesi -
əsasında fərdiliyin tanınması, hər bir insanın
orijinallığı, dəyəri, onun hər şeydən əvvəl şəxsiyyət kimi inkişafı, özünün təkrarolunmaz
subyektiv təcrübəsi dayanan təlim.
Təhsildə inteqrasiya - təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin
edən didaktik prinsip.
Təlimin məzmunu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində
ifadə edilən təlim nəticələrinin məcmusu.
Təlim nəticəsi -
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsi.
Dostları ilə paylaş: