52
təlim məqsədlərinin alt-standartlara uyğun olaraq düzgün müəyyənləşdirilməsi;
hər bir məzmun standartından bir neçə mövzunun, çıxarılması.
Məsələn, 4-5 böyüklər qrupunda (böyük qrupda) idrakın inkişafı üzrə təqdim edilən
“2.1.4.Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq)
qruplaşdırır və düzgün davranış (qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş
etdirir.” standartı əsasında standartda verilən obyektlərlə tanışlıq üzrə bir çox məşğələ planlaşdırılır.
Planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə
alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini konkretləşdirməlidir. Mövzular
planlaşdırılarkən xronoloji, sadədən mürəkkəbə və məntiqi ardıcılllığın gözlənilməsinə əməl
olunmalıdır.
Dostları ilə paylaş: