Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


ana dilinə yiyələnir və əlbəttə ünsiyyəti öyrənir.  Məktəbəqədər yaşda uşaqların oyun kateqoriyaları



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə58/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   54   55   56   57   58   59   60   61   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
ana dilinə yiyələnir və əlbəttə ünsiyyəti öyrənir. 
Məktəbəqədər yaşda uşaqların oyun kateqoriyaları.
Oyunların bütün növləri məktəbəqədər 
yaşlı uşaqların inkişafı və təlimi üzrə pedaqoji fəaliyyətin əsası olmalıdır.
Tənha oyun: 
materiallar və ideyalarla təkbaşına oyun.
Paralel oyun: 
Bəzən bir-birini təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə edərək 
fərqli fəaliyyət növünü həyata keçirməklə yaxınlıqda oyun.
Əməkdaşlıq oyunları: 
ümumi maraqlara, həll üçün problemlərə malik olmaqla, ideya, rol 
mübadiləsi ilə digər uşaq və ya uşaqlar qrupu ilə əməkdaşlıqla oyun.
Sərbəst oyunlar: 
təkbaşına və ya yaşıdları ilə oyun, bu zaman yalnız oyun iştirakçıları 
tərəfindən tələb olunduqda böyüklərin dəstək göstərməsi.
Sensomotor oyunlar: 
müxtəlif materiallardan hazırlanmış
 
şax-şaxların köməyi ilə səs 
çıxararaq, su və qumu qarışdıraraq və ya papye-maşedən formalar hazırlamaqla həm hisslərin, həm 
də fiziki hərəkətlərin istifadəsi ilə əşya /obyektlərin xüsusiyyətlərinin öyrənilməsi.
Konstruktiv oyun: 
taxta kubların və ya leqoların istifadəsi ilə oyuncaq maşınlar üçün 
qarajların tikintisi kimi müxtəlif üsulların istifadə konstruksiyaların yaradılması.
Süjetli-rollu oyun: 
xəyali (məsələn, atanı, mağazada satıcını və ya xəstəxanada həkimi təsvir 
edərək) rolların qəbul olunması, hisslər, hadisələr, insanlar, heyvanların imitasiya və təsviri, müvafiq 
dil və jestlərdən istifadə.
Simvolik oyun: 
simvolik və ya xəyali olaraq konkret əşya/obyekt, hərəkət və ya hadisələrin 
təsvir olunması. (Uşaqlar böyüdükcə, uşaqların simvolizə etmək istədikləri əşyanin forma və 
funksiyaları üzrə daha az realistik olan inşaat blokları və ya qutular kimi obyektləri istifadə etməyə 
başlayırlar. Simvolik oyun konstruktiv və dramatik oyun təşkil edir.) və s. 
Erkən dövrdə uşağın inkişafı və təlimi ilə bağlı pedaqoji prosesin təşkilinin aparıcı forma və 
vasitəsi onun müstəqil və ya böyüklərin köməyi ilə yerinə yetirə biləcəyi istənilən fəaliyyət 
növüdür.
Erkən dövrdə (

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin