56
inkişaf xüsusiyyətlərinə malikdir. Lakin, bütün uşaqlar bir-birindən fərqlənir. Məktəbəqədər
müəssisələrdə çalışan pedaqoji işçilər uşaqların həm yaş, həm də fərdi inkişaf xüsusiyyətlərini
bilməli, anlamalı, həmçinin bunu təlim strategiyasının seçimində və fəaliyyət növlərinin
planlaşdırılmasında nəzərə almalıdır.
Tərbiyəçi-müəllimlər uşaqların inkişafı haqqında müşahidə və uşağın ailəsindən alınan
məlumatların köməyi ilə fəaliyyəti uşaqların fərdi xüsusiyyətlərinə uyğunlaşdırmalıdırdar.
Bunun
üçün aşağıdakıların nəzərə alınması zəruridir:
Təlim strategiyasının uşaqların fərdi təlim üslubuna (üç əsas təlim üslubu mövcuddur:
vizual, eşitmə və kinestetik (ağlın və bədənin mükəmməl bir fiziki işlə birləşdirilərək müəyyən bir
məqsədə yönəlmiş fəaliyyətlərin toplanması qabiliyyəti)) uyğunlaşdırılması.
Təlimin differensiallaşdıırılması. (bu zaman pedaqoqlar uşaqlara onların hazırlıq
səviyyələrinə uyğun tapşırıqlar verir.)
Uşaqlara fəaliyyət növlərinin seçimi imkanının verilməsi.
Müxtəlif iş formaları, kollektiv, kiçik qruplarda, həmçinin fərdi tapşırıq imkanlarının və
təlim vəziyyətlərinin təklif olunması ilə uşaqların müxtəlif tələbatlarının nəzərə alınması.
Uşaqların fərdi tələbatlarına uyğun olan təlim mühitinin və təlim vəziyyətinin yaradılması.
Uşaqların hamısının təlim məqsədlərinə çatması və uğur əldə etməsi üçün müxtəlif bacarıq
səviyyələri üçün müxtəlif təlim materiallarının təmin olunması.
Fəaliyyətlər planlaşdırma tələb edən təlim strategiyasıdır.(uşaqlara hansı suallar verilməlidir,
uşağın təfəkkürünü stimullaşdırmaq üçün hansı müzakirələr aparılmalıdır və s.).
Sualların verilməsi, müzakirələrin aparılması, uşaqların fikirlərinin təhlili tərbiyəçi-müəllimin
dəstəyini, prosesin istiqamətləndirilməsini və cavabların uşaqların özləri tərəfindən tapılması
imkanlarını
verməklə, sulların tərbiyəçi-müəllim tərəfindən cavablandırılmamasını tələb edir.
Uşaqlar oxşar müzakirələr və təcrübə əsasında ətraf aləmi dərk edirlər. Uşaqların yeni bacarıqlar
əldə etməsi, kəşf etməsi və öyrənməsi üçün səmərəli mühit yaratmaq lazımdır. Seçilən mühitlərin
uşağın həyat və mühafizəsini zəmanət altına alması, özünü inkişaf etdirə bilməsi və ətrafdakılarla
sağlam əlaqələr yaratmasına imkan verən, problemi həll etmə bacarıqlarının formalaşdırılması,
başqaları ilə birlikdə çalışmasını təmin edən və potensialını ortaya çıxaran uşağa müsbət
emosional mühitlər olmasına diqqət göstərilməlidir. Eyni yaş qrupunda olan uşaqların eyni vaxtda
hər bir standarta əməl etməsi və yaxud da eyni dərəcədə mükəmməllik göstərilməsi gözlənilmir.
Uşaqlarin necə böyüməsi və inkişaf etmələri onlardan gözlənilən nəticələr ilə birgə uşaqların təlim
təcrübələrinin
inkişaf etdirilməsi, həyata keçirilməsi və maksimallaşdırılması mühüm əhəmiyyət
kəsb edir.
Erkən dövrdə uşağın inkişafı və böyüməsi kontekstində onlardan hansı nəticələrin
gözlənildiyini müəyyənləşdirməlidir. Bu sahəyə dair müəyyən biliklə məktəbəqədər təhsil
müəssisəsində çalışan müəllimlər qrup və eləcə də fərdi uşaqlar üçün müvafiq planın tutulması və
strategiyanın müəyyənləşdirilməsinə dair müəyyən qərarlar verə bilərlər.
Dostları ilə paylaş: