Kollektiv iş zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ
bacarıqların inkişafı təmin edilir.
1-3 yaşlı uşaqlarla iş zamanı aşağıdakı
iş üsullarından istifadə edilə bilər:
Sujetli -rollu oyunlar . Süjetli-rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən
yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq
imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti görürlər. Tərbiyəçi-müəllim ilə
birgə fəaliyyət göstərir, tanış süjetə yeni epizodlar qoşur. Böyüklərın köməyi ilə öz oyunu üçün
oyuncaqlar seçir. Oyuncaq ilə tanış əməliyyatı müxtəlif oyun situasiyasına keçirir. Tərbiyəçi-
müəllim suallar qoymaq yolu ilə oyunu inkişaf etdirməyi bacarır.(“Kukla yedi. Sonra o nə
edəcək?”, “Salfet haradadır?”, “Kukla yatmaq istəyir?” və s.). Təlim prosesinə belə oyun
elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını
genişləndirir:
-Tikinti materiallarından (böyük və kiçik kərpiclər) süjetli oyunun inkişafı üçün tikinti
quraşdırmağa həvəs göstərir.
- Oyun prosesində müəyyən rola uyğun hərəkətlər edir; ananın, həkimin, sürücünün rolunu ifa
edir, tanıdığı heyvanların səsini və hərəkətini təqlid edir və s.
Hərəkətli oyunlar . Birgə oyuna qoşulur. Sadə məzmunlu və hərəkətli oyunlardan istifadə
edir. Bu zaman oyunu əvvəlcə kiçik qruplarla, sonra birgə oynamağı təşkil etmək lazımdır.
Didaktik oyunlar. Oyuncaqlar və stolüstü çap oyunları uşaqların inkişafı üçün mühüm
vasitədir. Ona görə də əşyanın rəngi, forması, böyüklüyü ilə əlaqədar oyunlar keçirmək lazımdır.
Belə oyunlar uşaqların diqqətinin, təfəkkürünün, qavrayışıının, təxəyyülünün, kiçik motor
58
hərəkətlərinin inkişafını təmin edir. Oyuncağı hissələrinə ayırmaq və yığmaq üzrə oyunların təşkili
məqsədə uyğundur.