Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə64/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   60   61   62   63   64   65   66   67   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Şaxələndirmə (klaster). 
tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun 
mərkəzində yapışdırılmış şəkil ilə bağlı söz və ya ifadələr söyləmək uşaqlara tapşırılır. Mərkəzdə 


59 
yapışdırılmış şəkildən başlayaraq hər növbəti şəkil onunla əlaqəli şəkillərlə xətlərlə birləşdirilir. 
Məşğələnin sonunda alınan şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır. Bu üsuldan 
məktəbəhazırlıq qruplarında istifadə oluna bilər. 
Problemli vəziyyət. 
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini 
inkişaf etdirir. əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Uşaqlar 4-5 nəfərlik 
qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər uşaqlara paylanır. Hər qrup təklif 
edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən 
sonra qrupda ümumi müzakirə aparılır.
Oyunlar. 
Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb 
edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə 
baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti başqasının gözü ilə 
görürlər. Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı 
fəaliyyət göstərməsi imkanlarını genişləndirir.
Suallar. 
Uşaqların idrak fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi 
təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmun və mövzu ilə 
bilavasitə əlaqəli olmalıdır. 
Söz assossasiyası. 
Bu üsüldan hər-hansi bir mövzunun öyrənilməsinə başlamazdan əvvəl, 
uşaqların həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsənildikdən sonra onların yeni nə 
öyrəndiklərini aydınlaşdırmaq məqsədi ilə istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, 
tərbiyəçi mövzunun məğzini ifadə edən əsas sözü uşaqlara təklif edir və uşaqlar eşitdiklərini 
həmin sözlə əlaqədar assosiativ şəkildə xatırladıqları ilk sözləri deyirlər. Bu üsul tərbiyəçi-müəllimə 
məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə, uşaqlara isə təlim prosesində öz 
inkişaf dinamikasını dərk etməyə imkan verir.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin