Dovşan:-
Uşaqlar, mən əvvəlcə sizinlə
“Böyük və kiçik”
oyununu oynayacağam, sonra bu
oyuncaqları
sizə bağışlayacağam.
Baxın, bu
ayı
böyükdür (zənbildən götürür). Əhməd, sən mənə
balaca
ayını
tap. Bu isə balaca
topdur.
Əli, sən belə oyuncağı tap
v
ə s. Afərin uşaqlar!
T:
-Uşaqlar, siz oyuncaqları düzgün tapdınız. İndi isə baxaq, görək zənbildə daha nə var? (şirə
içmək üçün borucuq) Uşaqlar, gəlin küləyin kağızı necə əsdirdiyini dovşana göstərək.
Tənəffüs gimnastikası "vərəqi üfür
".(Tərbiyəçi qabaqcadan kiçik hissələrə ayrılmış kağız
parçaları üzrə təcrübəni təşkil edir).
Dovşan:-
Afərin uşaqlar, mən bilmirdim ki, külək kağızı uçurub aparır. Sizinlə oynamaq
mənim çox xoşuma gəldi. Ona görə də mən hədiyyələri sizə verəcəyəm. (oyuncaqları paylayır)
sağ olun! (uşaqlar da onunla sağollaşırlar) Mən yenə də gələcəyəm!
Hərəkətlərin inkişafı
məşğələsi
St.1.1.1
.Sadə fiziki hərəkətləri (sərbəst yeriyir, 3-4 metr məsafəyə qaçır və maneələrdən yan
keçir) yerinə yetirir;
Mövzu:
“
Qatarla səyahət”
Məqsəd:
-
Biri-birinin ardınca sərbəst yeriyir.
-
3-4 metr məsafəyə qaçır.
İnteqrasiya:
2.1.6. Ətraf mühitdə baş verən hadisələri 1-2 sözlə ifadə edir;
2.1.4. Böyüklərin göstərişi ilə tanış obyektləri göstərir;
İş forması.
Kollektiv, fərdi.
İş üsulu.
Əqli hücum, suallar.
Resurslar.
Oyuncaq dovşan, içərisində su olan tas, kiçik daşlar, kağızdan düzəldilmiş
gəmi .
Məşğələnin gedişi
T:-
Uşaqlar bu gün biz sizinlə gəzməyə gedəcəyik
Dostları ilə paylaş: |