Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Bəs biz gəzməyə nə ilə gedək? (uşaqların  cavabı)  T:-



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə73/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   69   70   71   72   73   74   75   76   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1


Bəs biz gəzməyə nə ilə gedək? (uşaqların 
cavabı) 
T:-
Yaxşısı budur qatarla gedək. 
Tərbiyəçi oxuyur. 
Qatar gəlir uzaqdan,
Taq-taq, taq-taq, taq-taq-taq.
Gözləyirəm bayaqdan,
Taq-taq, taq-taq, taq-taq-taq.


66 
Tərbiyəçi paravoz, uşaqlar isə vaqon olurlar.Uşaqlar biri-birinin arxasından yapışıraq vaqon, 
tərbiyəçi isə paravoz olub
, tak-tak
deyə-deyə gedirlər. 
-Getdik, getdik, getdik. 
-Biz hara gəldik? 
Uşaqların cavabları. 
T:- Biz meşəyə gəldik. Burada kim yaşayır? (Uşaqların cavabları) (Kənarda qabaqcadan 
qoyulmuş dovşan oyuncağı görünür) 
-Düzdür. Burada dovşan yaşayır. 
-Gəlin, əyilib dovşanı tumarlayaq. Uşaqlar, dovşan necə tullanır? Necə qaçır? Göstərin! 
(göstərirlər) Nə yeməyi xoşlayır? (uşaqların cavabları) 
T:-Uşaqlar, gəlin yolumuza davam edək. Qatar yoluna davam edir. 
-Getdik, getdik, getdik. 
-Biz hara gəldik? 
Uşaqların cavabları. Əvvəlcədən hazırlanmış içərisində su olan tasın yanında dayanırlar. (su 
ilə oyun) 
T:-Uşaqlar, gəlin əlimizi suya vuraq. (Yerinə yetirilir) 
-Su necədir? 
Uşaqların cavabları. 
T:-Baxın, mən gəmini suya buraxıram. Gəmi nə edir? Uşaqların cavabları.(üzür) 
Axırda tərbiyəçi uşaqlara kağız gəmi paylayır ki, evdə valideynləri ilə birlikdə suya 
buraxsınlar. 
Sensor tərbiyə 
məşğələsi
 
St: 2.3.1
. ”Bir” və “çox”anlayışlarını əşyalar üzərində fərqləndirir; 
Mövzu:
“ Bir və çox anlayışları ”
Məqsəd: 
-Bir və çox anlayışlarını əşyalara əsasən düzgün ifadə edir. 
-Əşyaları müəyyən əlamətinə görə fərqləndirir. 
İnteqrasiya:
İd. 2.2.2. Şəkillər üzrə tanış obyektləri adlandırır; 2.2.6. Nitqində böyük, çox 
sözlərindən istifadə edir;

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin