Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə76/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   72   73   74   75   76   77   78   79   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
Sensor tərbiyə
məşğələsi
 
Standart:
2.3.3. Dairəvi əşyaları adlandırır; 
Mövzu: 
“ Çiçək ”
Məqsəd: 
-Dairəvi əşyaları adlandırır. 
-Hazır əşyaları yapışdırır. 
İnteqrasiya: 
2.1.3.Müşahidə etdiyi (və ya adları çəkilən) əşyaları adlandırır və göstərir; 3.1.3. 
Hazır formaları kağız üzərində yerləşdirir; 
İş forması:
Kollektiv və fərdi iş. 
 İş üsulu:
Suallar, əqli hücum, söz assosiasiyası, rollu süjetli oyun. 
Resurs:
3 qutu, rəngli kağızdan kəsilmiş sarı, ağ dairələr, top, nimçə, təkər, alma, kələm, günəş 
şəkli.
Məşğələnin gedişi
Qeyd:
Qabaqcadan 2 qutu hazırlanır və qrup otağında müxtəlif yerlərə qoyulur. I qutunun 
içərisində uşaqların sayı qədər kağızdan kəsilmiş böyük sarı dairələr, II qutunun içərisində isə 
kağızdan kəsilmiş çoxlu ağ kiçik dairələr. (Sarı dairə ortaya, ağ dairələr isə (ləçəkləri) sarı dairənin 
kənarlarına yapışdırılaraq çiçək təsvirini alınacaq)
T:-
Uşaqlar, baxın bizim qonağımız var. (tərbiyəçi öncədən hazırladığı dairə personajını əlində 
tutur və onun səsi ilə uşaqlarla ünsiyyətə girir) 
Dairənin səsi ilə - Salam, uşaqlar! Məni tanıyırsınız?
(Uşaqların cavabları) 
-
Mən sizinlə tanış olmağa gəldim. Amma adımı unutmuşam, deyə bilməyəcəm. Kömək edin 
mənə adımı tapım. Mən nəyə oxşayıram? 
Günəşə, bənzədirlər 
Gah topa, gah təkərə.
Meyvələrdən almaya, 
Portağala, alçaya. 
Tərəvəzlərdən deyim 


69 
Kələmə, çuğundura 
Turpa da oxşadırlar. 
Siz bilərsiz uşaqlar, 
Niyə oxşadırlar məni
 
 
Bütün bunlara onlar? 
T:
-
Uşaqlar, mən sizə şeir söylədim.Gəlin görək qrupumuzda şeirdə deyilən kimi qonağımıza 
oxşayanlardan hansıları var? Gəlin əvvəlcə dolaba baxaq... Nələrə bənzətmişdilər qonağımızı? 
Yadıma salın, uşaqlar. Nimçə demişdilər? 
(Uşaqların cavabları) 
-
Daha nə demişdilər? (Tərbiyəçi uşaqları istiqamətləndirərək adları tələffüs etməyə, 
xatırlamağa sövq edir

(Bu məşğələdə tapşırıq hərəkətli olduğu üçün idman dəqiqəsi verilməyə də bilər. Uşaqlar 
əşyaları axtararkən, qrup otağında ora-bura gəzirlər və tapdıqlarını masaya qoyurlar) 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin