64
idarə edənin və idarə olunanların məqsədyönlü qarşılıqlı təsiri, bütövlükdə idarə olunan obyektin
optimal inkişafının
təmin edilməsinə, formalaşmasına və sabitləşməsinə istiqamətlənən
məqsədyönlü fəaliyyətdir. Bu məqsədə nail olmaq üçün idarəetmə
fəaliyyəti təlim prosesinin
mövcud vəziyyəti ilə tələb olunan vəziyyəti arasında uyğunsuzluğun aradan qaldırılmasına
istiqamətlənməlidir. MTM-də təlim prosesinin idarə olunmasının mahiyyəti müəssisə rəhbərinin
və tərbiyəçi-müəllimin bu prosesin nizamlı tamlığını və bütün idarəetmə
sistemini keyfiyyətcə
yeni məhələyə qaldırılmasını təmin edən məqsədyönlü fəaliyyətindən ibarətdir.
Təlim prosesinin idarə olunması dinamik mexanizm olaraq bütün subyektlərin qarşılıqlı təsir,
prinsip, funksiya və metodların reallaşması əsasında və demokratik stilli idarəetmə ilə səmərəli
təşkil olunur. Müasir dövrdə MTM –də tərbiyəçi-müəllimin təlim prosesini idarə etməsi sistem
yaradan idarəetmə modeli prinsipləri: humanistləşdirmə,
inteqrasiya, psixoloji iqlimin nəzərə
alınması, differensiasiya, fərdiləşmə və komplekslilik əsasında həyata keçir.
Təlim prosesinin
idarə olunması özündə fəaliyyətyönlü prosesi ehtiva edir və eyni zamanda həm tərbiyəçi-
müəllimin, həm uşağın, həm də təlim prosesinin idarə edilməsinin təkmilləşdirməsinə
istiqamətləndirir.
YAŞ QRUPLARI ÜZRƏ MƏŞĞƏLƏ NÜMUNƏLƏRİ
Körpələr qrupunda təşkil edilən məşğələlərin spesifik xüsusiyyətləri vardır. Onlar
bir qayda
olaraq oyun formasında aparılır və bu zaman uşağın məktəbəqədər təhsil müəssisəsinə
uyğunlaşma dərəcəsi nəzərə alınmalıdır. Məşğələlər mürəkkəb olmamalıdır. Hazırlanmış
material uşaqların
yaş və fərdi xüsusiyyətləri, onların hazırlıq səviyyəsini nəzərə alaraq 2-3
hissəyə bölünərək, ayrı-ayrı günlərdə keçirilə bilər.
Dostları ilə paylaş: