Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə69/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   65   66   67   68   69   70   71   72   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Tətbiqetmə
 
qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsidir. Uşaqların əldə 
etdikləri bilik və bacarıqları möhkəmləndirir, praktik əhəmiyyətini artırır. Bu məqsədlə uşaqlara 
praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü oyun olduğu üçün 
tətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir.
 
Gündəlik planlaşdırma apararkən tərbiyəçi-müəllimin ilk işi mövzunun standarta 
uyğunluğunu müəyyənləşdirməkdir. Standart müəyyənləşəndən sonra, ona müvafiq mövzu seçilir. 
Artıq standarta və öyrənilən mövzuya uyğun müəyyənləşdirilən təlim nəticələri tərbiyəçi-
müəllimə deyil, uşağa yönəlməlidir. Əgər tərbiyəçi-müəllim məşğələnin məqsədini uşağın 
maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər. Uşağı təlimə cəlb 
etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə 
edilməsidir.
Tərbiyəçi-müəllim motivasiyanı elə qurmalıdır ki, uşağı təlimə cəlb edə bilsin. Bu mərhələdə 
tərbiyəçi-müəllim müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında 
sual qoyaraq uşaqları düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, 
həm də uşağın öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf 
xüsusiyyətlərinə müvafiq olmalıdır. 
İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq yeni biliyin 
əldə edilməsi işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün qrupla birlikdə, qruplarda, 
cütlər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif 
variantlardan istifadə olunur.
Növbəti mərhələdə uşaqların qazandıqları bilik və bacarıqların tətbiq edilməsi prosesi başlayır. 
Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Sonrakı 
mərhələdə tərbiyəçi-müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi məqsədilə suallar qoyur və 
bu suallar əsasında biliklər sistemləşdirilir. Uşaq əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli 
sürülmüş fərziyyələrlə tutuşdurur.
Təqdim edilən mərhələlər məşğələ zamanı hiss olunmadan biri-birini əvəz etməlidir. 
Məşğələlər zamanı uşaqların yorulmasına yol vermək olmaz. Odur ki, məktəbəqədər təhsil 
müəssisələrində məşğələlərə oyunlar və ya oyun elementləri daxil edilməli, onlardan təsirli bir 
öyrənmə vasitəsi kimi istifadə olunmalıdır. Eyni zamanda, idman dəqiqələrindən istifadə edilməsi 
məqsədəuyğundur. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin