Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə59/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   55   56   57   58   59   60   61   62   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

1-3 yaş
) təlimin 
oyun-məşğələ
formasında keçirilməsi məqsədəuyğundur.
Oyun - məşğələlər uşağın düzgün və ahəngdar inkişafına kömək edir. Bunlar elə bacarıqların 
formalaşmasına yönəldilir ki, həmin bacarıqlar uşağın müstəqil oyun prosesində böyüklərin təsiri 
olmadan baş verə bilməz. Oyun-məşğələlər uşaqların böyüklərın nitqini analamasına, ətrafa 
bələdləşməsinə kömək edir.
Erkən dövrdə işin səmərəli təşkili üçün tərbiyəçi-müəllim aşağıdakıları nəzərə almalıdır: 
-Hər bir fəaliyyətdə uşaqlarla birgə iştirak etmək;
-Qrup otağı və materialların estetikliliyini təmin etmək;
-Uşaqların inkişaf və təlimində irəliləyişi sənədləşdirmək;


55 
-Təlim və təcrübələr arasında əlaqələri görmək üçün uşaqlara kömək etmək;
-Təqdim edilən iş vasitəsilə öz biliyini ifadə etməkdə uşaqlara kömək etmək; 
-Tərbiyəçi-müəllim və valideynlər arasında əməkdaşlıq;
-
Layihələr haqqında valideynlər və digər tərbiyəçi-müəllimlərlə dialoq aparmaq.
Təlim-tərbiyə prosesi şərti olaraq aşağıdakı kimi bölünə bilər: 
-
Uşaq fəaliyyətinin müxtəlif növlərinin təşkili prosesində həyata keçirilən təlim fəaliyyəti
-Rejimə əsasən həyata keçirilən təlim fəaliyyəti; 
-Uşaqların müstəqil fəaliyyəti
-Proqramın realizəsi zamanı ailələrlə qarşılıqlı əməkdaşlıq. 
Təlim prosesinin təşkilində uşaqların yaşına uyğun iş formaları müəyyənləşdirilməlidir. İş 
formasının seçilməsi müəllim tərəfindən uşaqların kontingentindən, mədəni və regional 
xüsusiyyətlərin nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisəsinin xüsusiyyəti ilə, həmçinin öz 
təcrübə və yaradıcılığına əsasən yanaşmadan istifadə edə bilər. 
Erkən yaş dövründə təlim fəaliyyəti inteqrasiya və oyun əsasında təşkil edilir. Fəaliyyət uşaq 
üçün maraqlı və əyləncəli olmalıdır:
Oyunlar:- 
didaktik, hərəkət elementləri olan didaktik, sujetli-rollu, hərəkətli, musiqili, yallı 
xarakterli, səhnələşdirilmiş oyunlar, imitasiya xarakterli hərəkətli oyunlar; 
Müxtəlif janrlı bədii uşaq ədəbiyyatının 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin