113
TEZEARUS
Məktəbəqədər təhsil
-
məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına
xidmət edən,
ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesidir.
Məktəbəqədər təhsil müəssisəsi
- məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq
məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və
məktəbəhazırlığını həyata keçirən təhsil müəssisəsidir.
Məktəbəqədər təhsilin dövlət standartı
- uşaqların, ailənin, cəmiyyətin tələbatına
uyğun
olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan, ölkədə məktəbəqədər təhsil sahəsində dövlət
siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur.
Məktəbəqədər təhsilin kurikulumu
- təlim nəticələri və məzmun standartlarını, inkişaf
sahələrini,
pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin
aparılması sistemini özündə əks etdirən konseptual dövlət sənədidir.
Tərbiyəçi-müəllim
- uşaqların
təlim tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq
təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas
təhsilli
şəxsdir.
Erkən dövr inkişaf və təlim kurikulumu-
uşaqların erkən (0-3 yaş) dövr
inkişaf və təliminin
son məqsədlərini, həmin məqsədlərə
çatmaq üçün müəyyən edilən yol, forma və vasitələri, uşaq
inkişafının və təliminin izlənilməsini və dəyərləndirilməsini, inkişaf
səviyyəsini müəyyənləş-
dirmək mexanizmlərini özündə cəmləşdirən dövlət sənədidir.
Dostları ilə paylaş: