Fəaliyyətin aparıcı növü — uşaq həyatının bu dövründə uşağın inkişafına imkan yaradan ən
yüksək dərəcəli fəaliyyətdir.
Uşağın inkişafı – uşağın hərəkətlərin, təfəkkürün, nitqin, qavrayış və ünsiyyətin mürəkkəb
növlərini öyrəndiyi təşkil olunmuş və uzun müddətli prosesdir.
Təlimin məzmunu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə
edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən
müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
İnkişaf sahələri - uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını
təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Məzmun standartı - dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyduğu dövlət
tələbidir.
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin
məcmusudur.
Təhsildə inteqrasiya - təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən
didaktik prinsipdir.
Resurslar - məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir.
Şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı və onlarda həyat üçün
lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur.
Diferensiallaşdırma - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və
əqli inkişaf səviyyələrinin, psixo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, təlimin təşkil
olunmasıdır.
Nəticəyönümlülük -fəaliyyətin
əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında
qurulmasıdır.