sosial və emosional inkişafı onların böyüdüyü və öyrəndiyi kontekstlərlə, mədəni
davranış
və münasibətlərlə bağlı olduğu üçün valideynlər və Tərbiyəçi-müəllimlər uşaqların sosial
və emosional inkişafının formalaşmasında əsas rol oynayırlar. Aşağıdakı strategiyalar doğulandan
məktəbə daxil olana qədər bütün uşaqların müsbət sosial-emosional inkişafına kömək üçün istifadə
edilməlidir. Aşağıdakı strategiya nümunələri hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən öyrənmə
təcrübələri əldə etmələrinə kömək edəcək:
Uşaqlara qarşı həssas olmaq;
Təhlükəsiz, stimullaşdırıcı mühit yaratmaqla inkişaf və təlimi inkişaf etdirmək;
Uşaqlara öz emosiyalarını qəbul etmək, başa düşmək və idarə etməkdə kömək etmək;
Mənfi emosiyalardan azad mühit yaratmaq;
Özünüifadəyə şərait yaratmaq, onlara seçim vermək;
Ünsiyyətin inkişafına ardıcıl və müntəzəm kömək etmək;
Uşaqların inkişafı və davranışı narahatlıq doğurarsa, tibbi və inkişaf üzrə ekspertlərdən
məsləhət almaq.
Bu yaş dövründə İdrakın inkişafına kömək etmək üçün aşağıdakı strategiya nümunələri hər bir
uşağın öyrənmə təcrübələri əldə etmələrinə kömək edəcək:
Uşaqların uğurlarını dəstəkləyərək və rəğbətləndirərək onlarla hər gün qarşılıqlı fəaliyyətdə
olmaq;
Uşaqların yaradıcı proseslərinə dəstək vermək və rəğbətləndirmək;
İnkişafı və təlimi dəstəkləmək məqsədi ilə uşaqların ailəsində istifadə edilən ənənəvi
(uzunmüddətli) səmərəli strategiyaları bir araya gətirmək;
Özündə bütün hissləri, görünüşü, eşitməni, əlaqəni, iyi və dadi birləşdirən çoxsaylı öyrənmə
və öyrətmə yollarını təmin etmək;
Eyni növ təcrübələri bütün uşaqlar üçün təmin etmək;
Qarşılıqlı əməkdaşlıqda və fəaliyyətlərdə müvafiq şifahı, əyanı vasitələrdən istifadə etmək;
Uşaqların temperamentlərini, meyl və münasibətlərini nəzərə alaraq, onların yeni
informasiyaya unikal yanaşma yollarını, özlərini ifadə etmələrini müşahidə etmək və dəstəkləmək;
23
Uşaqların gündəlik həyati bacarıqlara yiyələnmələri üçün inkişafetdirici şərait təşkil etmək;
Öyrətməni uşaqların müxtəlif qabiliyyətləri və öyrənmə yolları ilə uzlaşdırmaq.
Uşaqların